< Yezekel 41 >

1 Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı darvazanın yan taxtalarını ölçdü: yan taxtaların eni hər tərəfdən altı qulac idi.
그가 나를 데리고 성소에 이르러 그 문벽을 척량하니 이편 두께도 육척이요 저편 두께도 육척이라 두께가 이와 같으며
2 Girişinin eni on qulac, ona hər iki tərəfdən bitişən hər divarının eni isə beş qulac idi. O adam məbədin əsas hissəsini də ölçdü: uzunluğu qırx, eni iyirmi qulac idi.
그 문통의 광이 십척이요 문통 이편 벽의 광이 오척이요 저편 벽의 광이 오척이며 그가 성소를 척량하니 그 장이 사십척이요 그 광이 이십척이며
3 Sonra o, iç otağa girib girişin yan taxtalarını ölçdü: hər birinin eni iki qulac idi. Girişin eni altı qulac, ona hər iki tərəfdən bitişən divarların eni yeddi qulac idi.
그가 안으로 들어가서 내전 문통의 벽을 척량하니 두께가 이척이요 문통이 육척이요 문통의 벽의 광이 각기 칠척이며
4 O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü: həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs yerdir» dedi.
그가 내전을 척량하니 장이 이십척이요 광이 이십척이라 그가 내게 이르되 이는 지성소니라 하고
5 Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin ətrafındakı yan otaqlardan hər birinin eni dörd qulac idi.
전의 벽을 척량하니 두께가 육척이며 전 삼면에 골방이 있는데 광이 각기 사척이며
6 Bu yan otaqlar üç mərtəbə idi, hər mərtəbədə otuz otaq var idi. Məbədin divarları boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki, dayaqlar məbəd divarlarına girməsin.
골방은 삼층인데 골방 위에 골방이 있어 모두 삼십이라 그 삼면 골방이 전 벽 밖으로 그 벽에 의지하였고 전 벽 속은 범하지 아니하였으며
7 Məbədin ətrafındakı yan otaqlar yuxarı mərtəbəyə tərəf çıxdıqca genişlənirdi. Məbədin ətrafındakı tikilinin yuxarıya qalxan bir pilləkəni var idi. Yuxarıya doğru çıxdıqca yan otaqlar genişlənirdi. Pilləkənlə aşağı mərtəbədən orta mərtəbəyə, oradan da üst mərtəbəyə çıxırdılar.
이 두루 있는 골방이 그 층이 높아갈수록 넓으므로 전에 둘린 이골방이 높아갈수록 전에 가까와졌으나 전의 넓이는 아래 위가 같으며 골방은 아랫층에서 중층으로 윗층에 올라가게 되었더라
8 Məbədin ətrafında yan otaqların bünövrəsini təşkil edən uca bir döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi.
내가 보니 전 삼면의 지대 곧 모든 골방 밑 지대의 고가 한 장대 곧 큰 자로 육척인데
9 Yan otaqların bayır divarının qalınlığı beş qulac idi. Məbədin yan otaqları ilə kahin otaqları arasında açıq bir sahə var idi.
전을 의지한 그 골방 바깥벽 두께는 오척이요 그 외에 빈 터가 남았으며
10 Məbədin ətrafı boyunca uzanan sahənin eni iyirmi qulac idi.
전 골방 삼면에 광이 이십척 되는 뜰이 둘려 있으며
11 Yan otaqların girişləri açıq sahəyə baxırdı: biri şimalda, o biri isə cənubda idi. Açıq sahəyə bitişən bünövrənin eni hər tərəfdən beş qulac idi.
그 골방 문은 다 빈 터로 향하였는데 한 문은 북으로 향하였고 한 문은 남으로 향하였으며 그 둘려 있는 빈 터의 광은 오척이더라
12 Məbədin qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş qulac idi. Divarının qalınlığı hər tərəfdən beş qulac, uzunluğu doxsan qulac idi.
서편 뜰 뒤에 건물이 있는데 광이 칠십척이요 장이 구십척이며 그 사면 벽의 두께가 오척이더라
13 Sonra o adam məbədi ölçdü: uzunluğu yüz qulac idi. Açıq sahə, tikili və onun divarları yüz qulac uzunluğunda idi.
그가 전을 척량하니 장이 일백척이요 또 서편 뜰과 그 건물과 그 벽을 합하여 장이 일백척이요
14 Şərqdəki məbədin açıq sahəsinin eni məbədin ön tərəfi ilə birgə yüz qulac idi.
전 전면의 광이 일백척이요 그 앞 동향한 뜰의 광도 그러하며
15 O adam məbədin arxasındakı açıq sahəyə baxan tikilinin və hər iki tərəfindəki dəhlizlərin uzunluğunu ölçdü: yüz qulac idi. Məbədin əsas hissəsi, iç otaq, həyətə baxan eyvan,
그가 뒷뜰 뒤에 있는 건물을 척량하니 그 좌우편 다락까지 일백 척이더라 내전과 외전과 그 뜰의 현관과
16 darvaza astanaları, qəfəsli pəncərələr, astananın qarşısında üç mərtəbəni əhatə edən dəhlizlər döşəmədən pəncərələrə qədər ağacla örtülmüşdü. Pəncərələr açılıb-bağlanırdı.
문통 벽과 닫힌 창과 삼면에 둘려 있는 다락은 문통 안편에서부터 땅에서 창까지 널판으로 가리웠고 (창은 이미 닫히었더라)
17 Girişin üstü, iç otaq, onun bayırı, bütün içəri və bayır divarlar nizamlı aralıqlarla,
문통 위와 내전과 외전의 사면 벽도 다 그러하니 곧 척량한 대소 대로며
18 keruv və xurma ağacı oyma təsvirləri ilə düzəldilmişdi. İki keruv arasında bir xurma ağacı təsviri var idi. Hər keruvun iki üzü var idi:
널판에는 그룹들과 종려나무를 새겼는데 두 그룹 사이에 종려나무 하나가 있으며 매 그룹에 두 얼굴이 있으니
19 bir yandan xurma ağacına baxan insan üzü, o biri yandan xurma ağacına baxan şir üzü. Məbəd başdan-başa bu oyma təsvirləri ilə bəzənmişdi.
하나는 사람의 얼굴이라 이편 종려나무를 향하였고 하나는 어린 사자의 얼굴이라 저편 종려나무를 향하였으며 온 전 사면이 다 그러하여
20 Döşəmədən girişin üstündəki hissəyə qədər məbədin əsas hissəsinin divarları keruv və xurma ağaclarının oyma təsvirləri ilə düzəldilmişdi.
땅에서부터 문통 위에까지 그룹들과 종려나무들을 새겼으니 성전벽이 다 그러하더라
21 Əsas hissənin qapısının yan taxtaları dördbucaqlı şəklində idi. Ən Müqəddəs yerin önündəki qapının yan taxtaları da bunlara bənzəyirdi.
외전 문설주는 네모졌고 내전 전면에 있는 식양은 이러하니
22 Orada üç qulac hündürlüyündə, iki qulac uzunluğunda, iki qulac enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri, altlığı və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa budur» dedi.
곧 나무 제단의 고가 삼척이요 장이 이척이며 그 모퉁이와 옆과 면을 다 나무로 만들었더라 그가 내게 이르되 이는 여호와의 앞의 상이라 하더라
23 Əsas hissənin və Ən Müqəddəs yerin cüt qanadlı qoşa qapısı var idi.
내전과 외전에 각기 문이 있는데
24 Hər qapının iki tərəfə iki qanadı var idi: bir qapı üçün iki qanad, o biri qapı üçün iki qanad.
문마다 각기 두 문짝 곧 접치는 두 문짝이 있어 이 문에 두 짝이요 저 문에 두 짝이며
25 Divarlar üzərində olduğu kimi əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma təsvirləri düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan var idi.
이 성전 문에 그룹과 종려나무를 새겼는데 벽에 있는 것과 같고 현관 앞에는 나무 디딤판이 있으며
26 Eyvanın yan divarlarındakı qəfəsli pəncərələrin hər iki tərəfi xurma ağaclarının oyma təsvirləri ilə örtülmüşdü. Məbədin yan otaqları ilə asma tavanları da bu cür idi.
현관 좌우편에는 닫힌 창도 있고 종려나무도 새겼고 전의 골방과 디딤판도 그러하더라

< Yezekel 41 >