< Çixiş 29 >

1 Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür.
וזה הדבר אשר תעשה להם לקדש אתם--לכהן לי לקח פר אחד בן בקר ואילם שנים--תמימם
2 Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla.
ולחם מצות וחלת מצת בלולת בשמן ורקיקי מצות משחים בשמן סלת חטים תעשה אתם
3 Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et.
ונתת אותם על סל אחד והקרבת אתם בסל ואת הפר--ואת שני האילם
4 Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur.
ואת אהרן ואת בניו תקריב אל פתח אהל מועד ורחצת אתם במים
5 Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla.
ולקחת את הבגדים והלבשת את אהרן את הכתנת ואת מעיל האפד ואת האפד ואת החשן ואפדת לו בחשב האפד
6 Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy.
ושמת המצנפת על ראשו ונתת את נזר הקדש על המצנפת
7 Məsh yağını götürüb Harunun başına tök və onu məsh et.
ולקחת את שמן המשחה ויצקת על ראשו ומשחת אתו
8 Sonra oğullarını gətir və onlara xirqələr geyindir.
ואת בניו תקריב והלבשתם כתנת
9 Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy.
וחגרת אתם אבנט אהרן ובניו וחבשת להם מגבעת והיתה להם כהנה לחקת עולם ומלאת יד אהרן ויד בניו
10 Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar.
והקרבת את הפר לפני אהל מועד וסמך אהרן ובניו את ידיהם על ראש הפר
11 Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs.
ושחטת את הפר לפני יהוה פתח אהל מועד
12 Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök.
ולקחת מדם הפר ונתתה על קרנת המזבח באצבעך ואת כל הדם תשפך אל יסוד המזבח
13 Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır.
ולקחת את כל החלב המכסה את הקרב ואת היתרת על הכבד ואת שתי הכלית ואת החלב אשר עליהן והקטרת המזבחה
14 Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır.
ואת בשר הפר ואת ערו ואת פרשו תשרף באש מחוץ למחנה חטאת הוא
15 Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar.
ואת האיל האחד תקח וסמכו אהרן ובניו את ידיהם--על ראש האיל
16 Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp.
ושחטת את האיל ולקחת את דמו וזרקת על המזבח סביב
17 Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, tikələrinin və başının üstünə qoy.
ואת האיל--תנתח לנתחיו ורחצת קרבו וכרעיו ונתת על נתחיו ועל ראשו
18 Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
והקטרת את כל האיל המזבחה עלה הוא ליהוה ריח ניחוח אשה ליהוה הוא
19 Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar.
ולקחת את האיל השני וסמך אהרן ובניו את ידיהם על ראש האיל
20 Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp.
ושחטת את האיל ולקחת מדמו ונתתה על תנוך אזן אהרן ועל תנוך אזן בניו הימנית ועל בהן ידם הימנית ועל בהן רגלם הימנית וזרקת את הדם על המזבח סביב
21 Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun.
ולקחת מן הדם אשר על המזבח ומשמן המשחה והזית על אהרן ועל בגדיו ועל בניו ועל בגדי בניו אתו וקדש הוא ובגדיו ובניו ובגדי בניו אתו
22 Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur.
ולקחת מן האיל החלב והאליה ואת החלב המכסה את הקרב ואת יתרת הכבד ואת שתי הכלית ואת החלב אשר עליהן ואת שוק הימין כי איל מלאים הוא
23 Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür.
וככר לחם אחת וחלת לחם שמן אחת--ורקיק אחד מסל המצות אשר לפני יהוה
24 Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy.
ושמת הכל--על כפי אהרן ועל כפי בניו והנפת אתם תנופה לפני יהוה
25 Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
ולקחת אתם מידם והקטרת המזבחה על העלה לריח ניחוח לפני יהוה אשה הוא ליהוה
26 Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır.
ולקחת את החזה מאיל המלאים אשר לאהרן והנפת אתו תנופה לפני יהוה והיה לך למנה
27 Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et.
וקדשת את חזה התנופה ואת שוק התרומה אשר הונף ואשר הורם מאיל המלאים--מאשר לאהרן ומאשר לבניו
28 Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun.
והיה לאהרן ולבניו לחק עולם מאת בני ישראל כי תרומה הוא ותרומה יהיה מאת בני ישראל מזבחי שלמיהם--תרומתם ליהוה
29 Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar.
ובגדי הקדש אשר לאהרן יהיו לבניו אחריו למשחה בהם ולמלא בם את ידם
30 Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin.
שבעת ימים ילבשם הכהן תחתיו--מבניו אשר יבא אל אהל מועד לשרת בקדש
31 Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat.
ואת איל המלאים תקח ובשלת את בשרו במקם קדש
32 Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər.
ואכל אהרן ובניו את בשר האיל ואת הלחם אשר בסל פתח אהל מועד
33 Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir.
ואכלו אתם אשר כפר בהם למלא את ידם לקדש אתם וזר לא יאכל כי קדש הם
34 Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir.
ואם יותר מבשר המלאים ומן הלחם--עד הבקר ושרפת את הנותר באש לא יאכל כי קדש הוא
35 Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et. Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir.
ועשית לאהרן ולבניו ככה ככל אשר צויתי אתכה שבעת ימים תמלא ידם
36 Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et.
ופר חטאת תעשה ליום על הכפרים וחטאת על המזבח בכפרך עליו ומשחת אתו לקדשו
37 Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.
שבעת ימים תכפר על המזבח וקדשת אתו והיה המזבח קדש קדשים כל הנגע במזבח יקדש
38 Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir.
וזה אשר תעשה על המזבח כבשים בני שנה שנים ליום תמיד
39 Toğlunun birini səhər, digərini isə axşamçagı təqdim et.
את הכבש האחד תעשה בבקר ואת הכבש השני תעשה בין הערבים
40 Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.
ועשרן סלת בלול בשמן כתית רבע ההין ונסך רביעת ההין יין--לכבש האחד
41 Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir.
ואת הכבש השני תעשה בין הערבים כמנחת הבקר וכנסכה תעשה לה לריח ניחח אשה ליהוה
42 Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam.
עלת תמיד לדרתיכם פתח אהל מועד לפני יהוה אשר אועד לכם שמה לדבר אליך שם
43 Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq.
ונעדתי שמה לבני ישראל ונקדש בכבדי
44 Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər.
וקדשתי את אהל מועד ואת המזבח ואת אהרן ואת בניו אקדש לכהן לי
45 İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam.
ושכנתי בתוך בני ישראל והייתי להם לאלהים
46 Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm.
וידעו כי אני יהוה אלהיהם אשר הוצאתי אתם מארץ מצרים לשכני בתוכם אני יהוה אלהיהם

< Çixiş 29 >