< Ikinci Şamuel 11 >

1 Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.
καὶ ἐγένετο ἐπιστρέψαντος τοῦ ἐνιαυτοῦ εἰς τὸν καιρὸν τῆς ἐξοδίας τῶν βασιλέων καὶ ἀπέστειλεν Δαυιδ τὸν Ιωαβ καὶ τοὺς παῖδας αὐτοῦ μετ’ αὐτοῦ καὶ τὸν πάντα Ισραηλ καὶ διέφθειραν τοὺς υἱοὺς Αμμων καὶ διεκάθισαν ἐπὶ Ραββαθ καὶ Δαυιδ ἐκάθισεν ἐν Ιερουσαλημ
2 Bir axşamçağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzişirdi. O, damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi.
καὶ ἐγένετο πρὸς ἑσπέραν καὶ ἀνέστη Δαυιδ ἀπὸ τῆς κοίτης αὐτοῦ καὶ περιεπάτει ἐπὶ τοῦ δώματος τοῦ οἴκου τοῦ βασιλέως καὶ εἶδεν γυναῖκα λουομένην ἀπὸ τοῦ δώματος καὶ ἡ γυνὴ καλὴ τῷ εἴδει σφόδρα
3 Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır».
καὶ ἀπέστειλεν Δαυιδ καὶ ἐζήτησεν τὴν γυναῖκα καὶ εἶπεν οὐχὶ αὕτη Βηρσαβεε θυγάτηρ Ελιαβ γυνὴ Ουριου τοῦ Χετταίου
4 Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı.
καὶ ἀπέστειλεν Δαυιδ ἀγγέλους καὶ ἔλαβεν αὐτήν καὶ εἰσῆλθεν πρὸς αὐτόν καὶ ἐκοιμήθη μετ’ αὐτῆς καὶ αὐτὴ ἁγιαζομένη ἀπὸ ἀκαθαρσίας αὐτῆς καὶ ἀπέστρεψεν εἰς τὸν οἶκον αὐτῆς
5 Qadın bundan boylu olub Davuda «mən hamiləyəm» deyə xəbər göndərdi.
καὶ ἐν γαστρὶ ἔλαβεν ἡ γυνή καὶ ἀποστείλασα ἀπήγγειλεν τῷ Δαυιδ καὶ εἶπεν ἐγώ εἰμι ἐν γαστρὶ ἔχω
6 Davud Yoavın yanına adam göndərib dedi: «Xetli Uriyanı mənim yanıma göndər». Yoav Uriyanı Davudun yanına göndərdi.
καὶ ἀπέστειλεν Δαυιδ πρὸς Ιωαβ λέγων ἀπόστειλον πρός με τὸν Ουριαν τὸν Χετταῖον καὶ ἀπέστειλεν Ιωαβ τὸν Ουριαν πρὸς Δαυιδ
7 Uriya Davudun yanına gələndə Davud Yoavın, xalqın və döyüşün vəziyyətini soruşdu.
καὶ παραγίνεται Ουριας καὶ εἰσῆλθεν πρὸς αὐτόν καὶ ἐπηρώτησεν Δαυιδ εἰς εἰρήνην Ιωαβ καὶ εἰς εἰρήνην τοῦ λαοῦ καὶ εἰς εἰρήνην τοῦ πολέμου
8 Sonra Davud Uriyaya dedi: «Get evinə, ayaqlarını yu». Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi.
καὶ εἶπεν Δαυιδ τῷ Ουρια κατάβηθι εἰς τὸν οἶκόν σου καὶ νίψαι τοὺς πόδας σου καὶ ἐξῆλθεν Ουριας ἐξ οἴκου τοῦ βασιλέως καὶ ἐξῆλθεν ὀπίσω αὐτοῦ ἄρσις τοῦ βασιλέως
9 Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatıb evinə getmədi.
καὶ ἐκοιμήθη Ουριας παρὰ τῇ θύρᾳ τοῦ βασιλέως μετὰ τῶν δούλων τοῦ κυρίου αὐτοῦ καὶ οὐ κατέβη εἰς τὸν οἶκον αὐτοῦ
10 Davuda «Uriya evinə getmədi» deyə bildirdilər. Davud Uriyaya dedi: «Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin?»
καὶ ἀνήγγειλαν τῷ Δαυιδ λέγοντες ὅτι οὐ κατέβη Ουριας εἰς τὸν οἶκον αὐτοῦ καὶ εἶπεν Δαυιδ πρὸς Ουριαν οὐχὶ ἐξ ὁδοῦ σὺ ἔρχῃ τί ὅτι οὐ κατέβης εἰς τὸν οἶκόν σου
11 Uriya Davuda dedi: «Əhd sandığı və İsraillilərlə Yəhudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Həyatına və canına and olsun, mən belə şey etmərəm».
καὶ εἶπεν Ουριας πρὸς Δαυιδ ἡ κιβωτὸς καὶ Ισραηλ καὶ Ιουδας κατοικοῦσιν ἐν σκηναῖς καὶ ὁ κύριός μου Ιωαβ καὶ οἱ δοῦλοι τοῦ κυρίου μου ἐπὶ πρόσωπον τοῦ ἀγροῦ παρεμβάλλουσιν καὶ ἐγὼ εἰσελεύσομαι εἰς τὸν οἶκόν μου φαγεῖν καὶ πιεῖν καὶ κοιμηθῆναι μετὰ τῆς γυναικός μου πῶς ζῇ ἡ ψυχή σου εἰ ποιήσω τὸ ῥῆμα τοῦτο
12 Davud Uriyaya dedi: «Bu gün də burada qal, sabah səni yola salaram». Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı.
καὶ εἶπεν Δαυιδ πρὸς Ουριαν κάθισον ἐνταῦθα καί γε σήμερον καὶ αὔριον ἐξαποστελῶ σε καὶ ἐκάθισεν Ουριας ἐν Ιερουσαλημ ἐν τῇ ἡμέρᾳ ἐκείνῃ καὶ τῇ ἐπαύριον
13 Davud onu çağırıb yedirib-içirərək sərxoş etdi. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi.
καὶ ἐκάλεσεν αὐτὸν Δαυιδ καὶ ἔφαγεν ἐνώπιον αὐτοῦ καὶ ἔπιεν καὶ ἐμέθυσεν αὐτόν καὶ ἐξῆλθεν ἑσπέρας τοῦ κοιμηθῆναι ἐπὶ τῆς κοίτης αὐτοῦ μετὰ τῶν δούλων τοῦ κυρίου αὐτοῦ καὶ εἰς τὸν οἶκον αὐτοῦ οὐ κατέβη
14 Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi.
καὶ ἐγένετο πρωὶ καὶ ἔγραψεν Δαυιδ βιβλίον πρὸς Ιωαβ καὶ ἀπέστειλεν ἐν χειρὶ Ουριου
15 Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün».
καὶ ἔγραψεν ἐν τῷ βιβλίῳ λέγων εἰσάγαγε τὸν Ουριαν ἐξ ἐναντίας τοῦ πολέμου τοῦ κραταιοῦ καὶ ἀποστραφήσεσθε ἀπὸ ὄπισθεν αὐτοῦ καὶ πληγήσεται καὶ ἀποθανεῖται
16 Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi.
καὶ ἐγενήθη ἐν τῷ φυλάσσειν Ιωαβ ἐπὶ τὴν πόλιν καὶ ἔθηκεν τὸν Ουριαν εἰς τὸν τόπον οὗ ᾔδει ὅτι ἄνδρες δυνάμεως ἐκεῖ
17 Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi.
καὶ ἐξῆλθον οἱ ἄνδρες τῆς πόλεως καὶ ἐπολέμουν μετὰ Ιωαβ καὶ ἔπεσαν ἐκ τοῦ λαοῦ ἐκ τῶν δούλων Δαυιδ καὶ ἀπέθανεν καί γε Ουριας ὁ Χετταῖος
18 Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi.
καὶ ἀπέστειλεν Ιωαβ καὶ ἀπήγγειλεν τῷ βασιλεῖ πάντας τοὺς λόγους τοῦ πολέμου
19 Qasidə əmr edib dedi: «Döyüş haqqında olan bütün məlumatları padşaha söyləyib bitirərkən
καὶ ἐνετείλατο τῷ ἀγγέλῳ λέγων ἐν τῷ συντελέσαι σε πάντας τοὺς λόγους τοῦ πολέμου λαλῆσαι πρὸς τὸν βασιλέα
20 padşah sənə qəzəblənib “Şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi?
καὶ ἔσται ἐὰν ἀναβῇ ὁ θυμὸς τοῦ βασιλέως καὶ εἴπῃ σοι τί ὅτι ἠγγίσατε πρὸς τὴν πόλιν πολεμῆσαι οὐκ ᾔδειτε ὅτι τοξεύσουσιν ἀπάνωθεν τοῦ τείχους
21 Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən».
τίς ἐπάταξεν τὸν Αβιμελεχ υἱὸν Ιεροβααλ οὐχὶ γυνὴ ἔρριψεν ἐπ’ αὐτὸν κλάσμα μύλου ἐπάνωθεν τοῦ τείχους καὶ ἀπέθανεν ἐν Θαμασι ἵνα τί προσηγάγετε πρὸς τὸ τεῖχος καὶ ἐρεῖς καί γε Ουριας ὁ δοῦλός σου ὁ Χετταῖος ἀπέθανεν
22 Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi.
καὶ ἐπορεύθη ὁ ἄγγελος Ιωαβ πρὸς τὸν βασιλέα εἰς Ιερουσαλημ καὶ παρεγένετο καὶ ἀπήγγειλεν τῷ Δαυιδ πάντα ὅσα ἀπήγγειλεν αὐτῷ Ιωαβ πάντα τὰ ῥήματα τοῦ πολέμου καὶ ἐθυμώθη Δαυιδ πρὸς Ιωαβ καὶ εἶπεν πρὸς τὸν ἄγγελον ἵνα τί προσηγάγετε πρὸς τὴν πόλιν τοῦ πολεμῆσαι οὐκ ᾔδειτε ὅτι πληγήσεσθε ἀπὸ τοῦ τείχους τίς ἐπάταξεν τὸν Αβιμελεχ υἱὸν Ιεροβααλ οὐχὶ γυνὴ ἔρριψεν ἐπ’ αὐτὸν κλάσμα μύλου ἀπὸ τοῦ τείχους καὶ ἀπέθανεν ἐν Θαμασι ἵνα τί προσηγάγετε πρὸς τὸ τεῖχος
23 Qasid Davuda dedi: «Adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq.
καὶ εἶπεν ὁ ἄγγελος πρὸς Δαυιδ ὅτι ἐκραταίωσαν ἐφ’ ἡμᾶς οἱ ἄνδρες καὶ ἐξῆλθαν ἐφ’ ἡμᾶς εἰς τὸν ἀγρόν καὶ ἐγενήθημεν ἐπ’ αὐτοὺς ἕως τῆς θύρας τῆς πύλης
24 Oxatanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padşahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır».
καὶ ἐτόξευσαν οἱ τοξεύοντες πρὸς τοὺς παῖδάς σου ἀπάνωθεν τοῦ τείχους καὶ ἀπέθαναν τῶν παίδων τοῦ βασιλέως καί γε ὁ δοῦλός σου Ουριας ὁ Χετταῖος ἀπέθανεν
25 Davud qasidə dedi: «Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır».
καὶ εἶπεν Δαυιδ πρὸς τὸν ἄγγελον τάδε ἐρεῖς πρὸς Ιωαβ μὴ πονηρὸν ἔστω ἐν ὀφθαλμοῖς σου τὸ ῥῆμα τοῦτο ὅτι ποτὲ μὲν οὕτως καὶ ποτὲ οὕτως φάγεται ἡ μάχαιρα κραταίωσον τὸν πόλεμόν σου πρὸς τὴν πόλιν καὶ κατάσπασον αὐτὴν καὶ κραταίωσον αὐτόν
26 Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu.
καὶ ἤκουσεν ἡ γυνὴ Ουριου ὅτι ἀπέθανεν Ουριας ὁ ἀνὴρ αὐτῆς καὶ ἐκόψατο τὸν ἄνδρα αὐτῆς
27 Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.
καὶ διῆλθεν τὸ πένθος καὶ ἀπέστειλεν Δαυιδ καὶ συνήγαγεν αὐτὴν εἰς τὸν οἶκον αὐτοῦ καὶ ἐγενήθη αὐτῷ εἰς γυναῖκα καὶ ἔτεκεν αὐτῷ υἱόν καὶ πονηρὸν ἐφάνη τὸ ῥῆμα ὃ ἐποίησεν Δαυιδ ἐν ὀφθαλμοῖς κυρίου

< Ikinci Şamuel 11 >