< Ikinci Salnamələr 15 >

1 Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi.
ועזריהו בן עודד היתה עליו רוח אלהים
2 O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.
ויצא לפני אסא ויאמר לו שמעוני אסא וכל יהודה ובנימן יהוה עמכם בהיותכם עמו ואם תדרשהו ימצא לכם ואם תעזבהו יעזב אתכם
3 Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur.
וימים רבים לישראל ללא אלהי אמת וללא כהן מורה--וללא תורה
4 Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.
וישב בצר לו על יהוה אלהי ישראל ויבקשהו וימצא להם
5 O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü.
ובעתים ההם אין שלום ליוצא ולבא כי מהומת רבות על כל ישבי הארצות
6 Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı.
וכתתו גוי בגוי ועיר בעיר כי אלהים הממם בכל צרה
7 Ancaq siz möhkəm olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız».
ואתם חזקו ואל ירפו ידיכם כי יש שכר לפעלתכם
8 Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından, Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdən iyrənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını təmir etdi.
וכשמע אסא הדברים האלה והנבואה עדד הנביא התחזק ויעבר השקוצים מכל ארץ יהודה ובנימן ומן הערים אשר לכד מהר אפרים ויחדש את מזבח יהוה אשר לפני אולם יהוה
9 Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsrailli onun tərəfinə keçmişdi.
ויקבץ את כל יהודה ובנימן והגרים עמהם מאפרים ומנשה ומשמעון כי נפלו עליו מישראל לרב בראתם כי יהוה אלהיו עמו
10 Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar.
ויקבצו ירושלם בחדש השלשי לשנת חמש עשרה למלכות אסא
11 O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər.
ויזבחו ליהוה ביום ההוא מן השלל הביאו בקר שבע מאות וצאן שבעת אלפים
12 Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər.
ויבאו בברית--לדרוש את יהוה אלהי אבותיהם בכל לבבם ובכל נפשם
13 İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi.
וכל אשר לא ידרש ליהוה אלהי ישראל יומת--למן קטן ועד גדול למאיש ועד אשה
14 Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər.
וישבעו ליהוה בקול גדול ובתרועה--ובחצצרות ובשופרות
15 Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi.
וישמחו כל יהודה על השבועה כי בכל לבבם נשבעו ובכל רצונם בקשהו וימצא להם וינח יהוה להם מסביב
16 Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı.
וגם מעכה אם אסא המלך הסירה מגבירה אשר עשתה לאשרה מפלצת ויכרת אסא את מפלצתה וידק וישרף בנחל קדרון
17 Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
והבמות--לא סרו מישראל רק לבב אסא היה שלם כל ימיו
18 O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın məbədinə gətirdi.
ויבא את קדשי אביו וקדשיו--בית האלהים כסף וזהב וכלים
19 Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı.
ומלחמה לא היתה עד שנת שלשים וחמש למלכות אסא

< Ikinci Salnamələr 15 >