< 1 Saloniklilərə 2 >

1 Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı.
For you yourselves know, brothers, our visit to you was not in vain,
2 Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq.
but having suffered before and been shamefully treated, as you know, at Philippi, we grew bold in our God to tell you the Good News of God in much conflict.
3 Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur.
For our exhortation is not of error, nor of uncleanness, nor in deception.
4 Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq.
But even as we have been approved by God to be entrusted with the Good News, so we speak; not as pleasing people, but God, who tests our hearts.
5 Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir.
For neither were we at any time found using words of flattery, as you know, nor with a pretext for greed (God is witness),
6 İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq.
nor seeking glory from people (neither from you nor from others), when we might have claimed authority as apostles of Christ.
7 Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik.
But we were gentle among you, like a nursing mother cherishes her own children.
8 Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz.
Even so, affectionately longing for you, we were well pleased to impart to you, not the Good News of God only, but also our own souls, because you had become very dear to us.
9 Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik.
For you remember, brothers, our labor and travail; for working night and day, that we might not burden any of you, we preached to you the Good News of God.
10 Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir.
You are witnesses with God, how holy, righteously, and blamelessly we behaved ourselves toward you who believe.
11 Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik.
As you know, as a father with his own children,
12 Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
we exhorted, comforted, and implored every one of you to lead a life worthy of God, who calls you into his own Kingdom and glory.
13 Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır.
For this cause we also thank God without ceasing, that, when you received from us the word of the message of God, you accepted it not as a human word, but, as it is in truth, the word of God, which also works in you who believe.
14 Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz.
For you, brothers, became imitators of the churches of God which are in Judea in Christ Jesus; for you also suffered the same things from your own countrymen, even as they did from the Judeans;
15 Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar.
who killed both the Lord Jesus and the prophets, and drove us out, and did not please God, and are hostile to all people;
16 Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular.
forbidding us to speak to those who are not Jewish that they may be saved; to fill up their sins always. But wrath has come on them to the uttermost.
17 Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik.
But we, brothers, being bereaved of you for a short season, in presence, not in heart, tried even harder to see your face with great desire,
18 Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu.
because we wanted to come to you—indeed, I, Paul, once and again—but Satan hindered us.
19 Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi?
For what is our hope, or joy, or crown of rejoicing? Is it not even you, before our Lord Jesus at his coming?
20 Çünki siz bizim izzətimiz və sevincimizsiniz.
For you are our glory and our joy.

< 1 Saloniklilərə 2 >