< Birinci Salnamələr 29 >

1 Padşah Davud bütün camaata dedi: «Allahın yeganə seçdiyi oğlum Süleyman cavan və təcrübəsizdir, bu iş isə böyükdür, çünki bu bina insan üçün deyil, Rəbb Allah üçün olacaq.
καὶ εἶπεν Δαυιδ ὁ βασιλεὺς πάσῃ τῇ ἐκκλησίᾳ Σαλωμων ὁ υἱός μου εἷς ὃν ᾑρέτικεν ἐν αὐτῷ κύριος νέος καὶ ἁπαλός καὶ τὸ ἔργον μέγα ὅτι οὐκ ἀνθρώπῳ ἡ οἰκοδομή ἀλλ’ ἢ κυρίῳ θεῷ
2 Bütün səyimlə Allahımın məbədindən ötrü qızıl şeylər üçün qızıl, gümüş şeylər üçün gümüş, tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir, ağac şeylər üçün ağac, damarlı əqiq daşları və onların sağanaqları, cilalı və cürbəcür rəngli daşlar, hər cür qiymətli daşlar və çoxlu mərmər daşlar hazırlamışam.
κατὰ πᾶσαν τὴν δύναμιν ἡτοίμακα εἰς οἶκον θεοῦ μου χρυσίον ἀργύριον χαλκόν σίδηρον ξύλα λίθους σοομ καὶ πληρώσεως καὶ λίθους πολυτελεῖς καὶ ποικίλους καὶ πάντα λίθον τίμιον καὶ πάριον πολύν
3 Bundan başqa, Allahımın məbədini tikməyə həvəsim naminə müqəddəs məbəd üçün hazırladığım hər şeydən əlavə nə qədər qızıl-gümüş xəzinəm varsa, onu da Allahım Rəbbin məbədi üçün verirəm:
καὶ ἔτι ἐν τῷ εὐδοκῆσαί με ἐν οἴκῳ θεοῦ μου ἔστιν μοι ὃ περιπεποίημαι χρυσίον καὶ ἀργύριον καὶ ἰδοὺ δέδωκα εἰς οἶκον θεοῦ μου εἰς ὕψος ἐκτὸς ὧν ἡτοίμακα εἰς τὸν οἶκον τῶν ἁγίων
4 Ofir qızılından üç min talant qızılı, yeddi min talant xalis gümüşü evlərin divarını örtmək üçün,
τρισχίλια τάλαντα χρυσίου τοῦ ἐκ Σουφιρ καὶ ἑπτακισχίλια τάλαντα ἀργυρίου δοκίμου ἐξαλειφθῆναι ἐν αὐτοῖς τοὺς τοίχους τοῦ ἱεροῦ
5 qızıl şeylər üçün qızılı, gümüş şeylər üçün gümüşü ustaların düzəldəcəyi bütün işlər üçün verirəm. Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?»
διὰ χειρὸς τεχνιτῶν καὶ τίς ὁ προθυμούμενος πληρῶσαι τὰς χεῖρας αὐτοῦ σήμερον κυρίῳ
6 Nəsil başçıları, İsrail qəbilələrinin başçıları, minbaşılar, yüzbaşılar və padşahın işləri üzərində olan rəislər könüllü gəlib
καὶ προεθυμήθησαν ἄρχοντες τῶν πατριῶν καὶ οἱ ἄρχοντες τῶν υἱῶν Ισραηλ καὶ οἱ χιλίαρχοι καὶ οἱ ἑκατόνταρχοι καὶ οἱ προστάται τῶν ἔργων καὶ οἱ οἰκονόμοι τοῦ βασιλέως
7 Allah məbədinin xidməti üçün beş min talant və on min darik qızıl, on min talant gümüş, on səkkiz min talant tunc və yüz min talant dəmir verdilər.
καὶ ἔδωκαν εἰς τὰ ἔργα οἴκου κυρίου χρυσίου τάλαντα πεντακισχίλια καὶ χρυσοῦς μυρίους καὶ ἀργυρίου ταλάντων δέκα χιλιάδας καὶ χαλκοῦ τάλαντα μύρια ὀκτακισχίλια καὶ σιδήρου ταλάντων χιλιάδας ἑκατόν
8 Kimdə qiymətli daşlar var idisə, onları Gerşon nəslindən olan Yexielin nəzarəti altında olan Rəbbin məbədinin xəzinəsinə verirdi.
καὶ οἷς εὑρέθη παρ’ αὐτοῖς λίθος ἔδωκαν εἰς τὰς ἀποθήκας οἴκου κυρίου διὰ χειρὸς Ιιηλ τοῦ Γηρσωνι
9 Xalq onların könüllü nəzir verməsinə sevindi, çünki bütün qəlbi ilə Rəbbə nəzir təqdim etmişdilər. Padşah Davud da çox sevindi.
καὶ εὐφράνθη ὁ λαὸς ὑπὲρ τοῦ προθυμηθῆναι ὅτι ἐν καρδίᾳ πλήρει προεθυμήθησαν τῷ κυρίῳ καὶ Δαυιδ ὁ βασιλεὺς εὐφράνθη μεγάλως
10 Davud bütün camaatın gözü önündə Rəbbə alqış edib dedi: «Ey atamız İsrailin Allahı Rəbb, əzəldən sonsuza qədər Sənə alqış olsun!
καὶ εὐλόγησεν ὁ βασιλεὺς Δαυιδ τὸν κύριον ἐνώπιον τῆς ἐκκλησίας λέγων εὐλογητὸς εἶ κύριε ὁ θεὸς Ισραηλ ὁ πατὴρ ἡμῶν ἀπὸ τοῦ αἰῶνος καὶ ἕως τοῦ αἰῶνος
11 Ya Rəbb, əzəmət, qüdrət, calal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və Hökmdar olaraq hər şeydən ucasan.
σοί κύριε ἡ μεγαλωσύνη καὶ ἡ δύναμις καὶ τὸ καύχημα καὶ ἡ νίκη καὶ ἡ ἰσχύς ὅτι σὺ πάντων τῶν ἐν τῷ οὐρανῷ καὶ ἐπὶ τῆς γῆς δεσπόζεις ἀπὸ προσώπου σου ταράσσεται πᾶς βασιλεὺς καὶ ἔθνος
12 Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir.
παρὰ σοῦ ὁ πλοῦτος καὶ ἡ δόξα σὺ πάντων ἄρχεις κύριε ὁ ἄρχων πάσης ἀρχῆς καὶ ἐν χειρί σου ἰσχὺς καὶ δυναστεία καὶ ἐν χειρί σου παντοκράτωρ μεγαλῦναι καὶ κατισχῦσαι τὰ πάντα
13 İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik.
καὶ νῦν κύριε ἐξομολογούμεθά σοι καὶ αἰνοῦμεν τὸ ὄνομα τῆς καυχήσεώς σου
14 Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik.
καὶ τίς εἰμι ἐγὼ καὶ τίς ὁ λαός μου ὅτι ἰσχύσαμεν προθυμηθῆναί σοι κατὰ ταῦτα ὅτι σὰ τὰ πάντα καὶ ἐκ τῶν σῶν δεδώκαμέν σοι
15 Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur.
ὅτι πάροικοί ἐσμεν ἐναντίον σου καὶ παροικοῦντες ὡς πάντες οἱ πατέρες ἡμῶν ὡς σκιὰ αἱ ἡμέραι ἡμῶν ἐπὶ γῆς καὶ οὐκ ἔστιν ὑπομονή
16 Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib, bunların hamısı Sənindir.
κύριε ὁ θεὸς ἡμῶν πᾶν τὸ πλῆθος τοῦτο ὃ ἡτοίμακα οἰκοδομηθῆναι οἶκον τῷ ὀνόματι τῷ ἁγίῳ σου ἐκ χειρός σού ἐστιν καὶ σοὶ τὰ πάντα
17 Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirsən. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim, indi də burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm.
καὶ ἔγνων κύριε ὅτι σὺ εἶ ὁ ἐτάζων καρδίας καὶ δικαιοσύνην ἀγαπᾷς ἐν ἁπλότητι καρδίας προεθυμήθην πάντα ταῦτα καὶ νῦν τὸν λαόν σου τὸν εὑρεθέντα ὧδε εἶδον ἐν εὐφροσύνῃ προθυμηθέντα σοι
18 Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özünə tərəf yönəlt.
κύριε ὁ θεὸς Αβρααμ καὶ Ισαακ καὶ Ισραηλ τῶν πατέρων ἡμῶν φύλαξον ταῦτα ἐν διανοίᾳ καρδίας λαοῦ σου εἰς τὸν αἰῶνα καὶ κατεύθυνον τὰς καρδίας αὐτῶν πρὸς σέ
19 Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksin».
καὶ Σαλωμων τῷ υἱῷ μου δὸς καρδίαν ἀγαθὴν ποιεῖν τὰς ἐντολάς σου καὶ τὰ μαρτύριά σου καὶ τὰ προστάγματά σου καὶ τοῦ ἐπὶ τέλος ἀγαγεῖν τὴν κατασκευὴν τοῦ οἴκου σου
20 Davud bütün camaata dedi: «İndi Allahınız Rəbbə həmd edin». Bütün camaat atalarının Allahı Rəbbə həmd etdi. Onlar əyilib Rəbbə səcdə, padşaha isə təzim etdilər.
καὶ εἶπεν Δαυιδ πάσῃ τῇ ἐκκλησίᾳ εὐλογήσατε κύριον τὸν θεὸν ὑμῶν καὶ εὐλόγησεν πᾶσα ἡ ἐκκλησία κύριον τὸν θεὸν τῶν πατέρων αὐτῶν καὶ κάμψαντες τὰ γόνατα προσεκύνησαν τῷ κυρίῳ καὶ τῷ βασιλεῖ
21 Ertəsi gün Rəbbə qurbanlar kəsdilər və Rəbbə yandırma qurbanı olaraq min baş buğa, min baş qoç, min baş quzu, onların içmə təqdimlərini və bütün İsrail üçün çoxlu qurbanlar təqdim etdilər.
καὶ ἔθυσεν Δαυιδ τῷ κυρίῳ θυσίας καὶ ἀνήνεγκεν ὁλοκαυτώματα τῷ θεῷ τῇ ἐπαύριον τῆς πρώτης ἡμέρας μόσχους χιλίους κριοὺς χιλίους ἄρνας χιλίους καὶ τὰς σπονδὰς αὐτῶν καὶ θυσίας εἰς πλῆθος παντὶ τῷ Ισραηλ
22 O gün onlar böyük sevinclə Rəbbin önündə yeyib-içdilər. Sonra ikinci dəfə Davud oğlu Süleymanı padşah etdilər. Rəbb üçün onu hökmdar və Sadoqu kahin olaraq məsh etdilər.
καὶ ἔφαγον καὶ ἔπιον ἐναντίον κυρίου ἐν ἐκείνῃ τῇ ἡμέρᾳ μετὰ χαρᾶς καὶ ἐβασίλευσαν ἐκ δευτέρου τὸν Σαλωμων υἱὸν Δαυιδ καὶ ἔχρισαν αὐτὸν τῷ κυρίῳ εἰς βασιλέα καὶ Σαδωκ εἰς ἱερωσύνην
23 Süleyman atası Davudun yerinə padşah olaraq Rəbbin taxtında oturdu və uğur qazandı. Bütün İsraillilər ona itaət etdi.
καὶ ἐκάθισεν Σαλωμων ἐπὶ θρόνου Δαυιδ τοῦ πατρὸς αὐτοῦ καὶ εὐδοκήθη καὶ ἐπήκουσαν αὐτοῦ πᾶς Ισραηλ
24 Bütün rəislər, igid adamlar, həm də Davudun bütün oğulları padşah Süleymana tabe oldu.
οἱ ἄρχοντες καὶ οἱ δυνάσται καὶ πάντες υἱοὶ τοῦ βασιλέως Δαυιδ πατρὸς αὐτοῦ ὑπετάγησαν αὐτῷ
25 Rəbb Süleymanı bütün İsraillilərin gözündə çox ucaltdı və özündən əvvəl İsraildə heç bir padşahın malik olmadığı padşahlıq əzəmətini ona verdi.
καὶ ἐμεγάλυνεν κύριος τὸν Σαλωμων ἐπάνωθεν ἐναντίον παντὸς Ισραηλ καὶ ἔδωκεν αὐτῷ δόξαν βασιλέως ὃ οὐκ ἐγένετο ἐπὶ παντὸς βασιλέως ἔμπροσθεν αὐτοῦ
26 Beləliklə, Yessey oğlu Davud bütün İsrail üzərində padşahlıq etdi.
καὶ Δαυιδ υἱὸς Ιεσσαι ἐβασίλευσεν ἐπὶ Ισραηλ
27 Onun İsrail üzərində padşahlıq etdiyi müddət qırx il idi; yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etdi.
ἔτη τεσσαράκοντα ἐν Χεβρων ἔτη ἑπτὰ καὶ ἐν Ιερουσαλημ ἔτη τριάκοντα τρία
28 O, uzun ömür sürüb sərvət və şöhrətdən doymuş halda xoş bir qocalıq çağında öldü və yerinə oğlu Süleyman padşah oldu.
καὶ ἐτελεύτησεν ἐν γήρει καλῷ πλήρης ἡμερῶν πλούτῳ καὶ δόξῃ καὶ ἐβασίλευσεν Σαλωμων υἱὸς αὐτοῦ ἀντ’ αὐτοῦ
29 Padşah Davudun əvvəldən axıra qədər bütün işləri görücü Şamuelin kitabında, peyğəmbər Natanın kitabında və görücü Qadın kitabında yazılmışdır.
οἱ δὲ λοιποὶ λόγοι τοῦ βασιλέως Δαυιδ οἱ πρότεροι καὶ οἱ ὕστεροι γεγραμμένοι εἰσὶν ἐν λόγοις Σαμουηλ τοῦ βλέποντος καὶ ἐπὶ λόγων Ναθαν τοῦ προφήτου καὶ ἐπὶ λόγων Γαδ τοῦ βλέποντος
30 Bu kitablarda həm Davudun padşahlığı və qüdrəti, həm də onun, İsrailin və bütün dünya padşahlıqlarının başına gələn əhvalatlar barədə yazılmışdır.
περὶ πάσης τῆς βασιλείας αὐτοῦ καὶ τῆς δυναστείας αὐτοῦ καὶ οἱ καιροί οἳ ἐγένοντο ἐπ’ αὐτῷ καὶ ἐπὶ τὸν Ισραηλ καὶ ἐπὶ πάσας βασιλείας τῆς γῆς

< Birinci Salnamələr 29 >