< Birinci Salnamələr 19 >

1 Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu.
ויהי אחרי כן וימת נחש מלך בני עמון וימלך בנו תחתיו
2 Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə
ויאמר דויד אעשה חסד עם חנון בן נחש כי עשה אביו עמי חסד וישלח דויד מלאכים לנחמו על אביו ויבאו עבדי דויד אל ארץ בני עמון אל חנון--לנחמו
3 Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər».
ויאמרו שרי בני עמון לחנון המכבד דויד את אביך בעיניך כי שלח לך מנחמים הלא בעבור לחקר ולהפך ולרגל הארץ באו עבדיו אליך
4 Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.
ויקח חנון את עבדי דויד ויגלחם ויכרת את מדויהם בחצי עד המפשעה וישלחם
5 Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
וילכו ויגידו לדויד על האנשים וישלח לקראתם כי היו האנשים נכלמים מאד ויאמר המלך שבו בירחו עד אשר יצמח זקנכם ושבתם
6 Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər.
ויראו בני עמון כי התבאשו עם דויד וישלח חנון ובני עמון אלף ככר כסף לשכר להם מן ארם נהרים ומן ארם מעכה ומצובה רכב ופרשים
7 Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər.
וישכרו להם שנים ושלשים אלף רכב ואת מלך מעכה ואת עמו ויבאו ויחנו לפני מידבא ובני עמון נאספו מעריהם ויבאו למלחמה
8 Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.
וישמע דויד וישלח את יואב ואת כל צבא הגבורים
9 Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.
ויצאו בני עמון ויערכו מלחמה פתח העיר והמלכים אשר באו לבדם בשדה
10 Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü.
וירא יואב כי היתה פני המלחמה אליו--פנים ואחור ויבחר מכל בחור בישראל ויערך לקראת ארם
11 Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü.
ואת יתר העם נתן ביד אבשי אחיו ויערכו לקראת בני עמון
12 Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm.
ויאמר אם תחזק ממני ארם--והיית לי לתשועה ואם בני עמון יחזקו ממך והושעתיך
13 Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
חזק ונתחזקה בעד עמנו ובעד ערי אלהינו ויהוה הטוב בעיניו יעשה
14 Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı.
ויגש יואב והעם אשר עמו לפני ארם--למלחמה וינוסו מפניו
15 Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.
ובני עמון ראו כי נס ארם וינוסו גם הם מפני אבשי אחיו ויבאו העירה ויבא יואב ירושלם
16 Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi.
וירא ארם כי נגפו לפני ישראל וישלחו מלאכים ויוציאו את ארם אשר מעבר הנהר ושופך שר צבא הדדעזר לפניהם
17 Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu.
ויגד לדויד ויאסף את כל ישראל ויעבר הירדן ויבא אלהם ויערך אלהם ויערך דויד לקראת ארם מלחמה וילחמו עמו
18 Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü.
וינס ארם מלפני ישראל ויהרג דויד מארם שבעת אלפים רכב וארבעים אלף איש רגלי ואת שופך שר הצבא המית
19 Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.
ויראו עבדי הדדעזר כי נגפו לפני ישראל וישלימו עם דויד ויעבדהו ולא אבה ארם להושיע את בני עמון עוד

< Birinci Salnamələr 19 >