< Birinci Salnamələr 11 >

1 Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik.
καὶ ἦλθεν πᾶς Ισραηλ πρὸς Δαυιδ ἐν Χεβρων λέγοντες ἰδοὺ ὀστᾶ σου καὶ σάρκες σου ἡμεῖς
2 Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan».
καὶ ἐχθὲς καὶ τρίτην ὄντος Σαουλ βασιλέως σὺ ἦσθα ὁ ἐξάγων καὶ εἰσάγων τὸν Ισραηλ καὶ εἶπεν κύριος ὁ θεός σού σοι σὺ ποιμανεῖς τὸν λαόν μου τὸν Ισραηλ καὶ σὺ ἔσῃ εἰς ἡγούμενον ἐπὶ Ισραηλ
3 İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
καὶ ἦλθον πάντες πρεσβύτεροι Ισραηλ πρὸς τὸν βασιλέα εἰς Χεβρων καὶ διέθετο αὐτοῖς ὁ βασιλεὺς Δαυιδ διαθήκην ἐν Χεβρων ἐναντίον κυρίου καὶ ἔχρισαν τὸν Δαυιδ εἰς βασιλέα ἐπὶ Ισραηλ κατὰ τὸν λόγον κυρίου διὰ χειρὸς Σαμουηλ
4 Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı.
καὶ ἐπορεύθη ὁ βασιλεὺς καὶ ἄνδρες Ισραηλ εἰς Ιερουσαλημ αὕτη Ιεβους καὶ ἐκεῖ οἱ Ιεβουσαῖοι οἱ κατοικοῦντες τὴν γῆν
5 Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.
εἶπαν δὲ οἱ κατοικοῦντες Ιεβους τῷ Δαυιδ οὐκ εἰσελεύσῃ ὧδε καὶ προκατελάβετο τὴν περιοχὴν Σιων αὕτη ἡ πόλις Δαυιδ
6 Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu.
καὶ εἶπεν Δαυιδ πᾶς τύπτων Ιεβουσαῖον ἐν πρώτοις καὶ ἔσται εἰς ἄρχοντα καὶ εἰς στρατηγόν καὶ ἀνέβη ἐπ’ αὐτὴν ἐν πρώτοις Ιωαβ υἱὸς Σαρουια καὶ ἐγένετο εἰς ἄρχοντα
7 Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar.
καὶ ἐκάθισεν Δαυιδ ἐν τῇ περιοχῇ διὰ τοῦτο ἐκάλεσεν αὐτὴν πόλιν Δαυιδ
8 O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi.
καὶ ᾠκοδόμησεν τὴν πόλιν κύκλῳ καὶ ἐπολέμησεν καὶ ἔλαβεν τὴν πόλιν
9 Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.
καὶ ἐπορεύετο Δαυιδ πορευόμενος καὶ μεγαλυνόμενος καὶ κύριος παντοκράτωρ μετ’ αὐτοῦ
10 Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər.
καὶ οὗτοι οἱ ἄρχοντες τῶν δυνατῶν οἳ ἦσαν τῷ Δαυιδ οἱ κατισχύοντες μετ’ αὐτοῦ ἐν τῇ βασιλείᾳ αὐτοῦ μετὰ παντὸς Ισραηλ τοῦ βασιλεῦσαι αὐτὸν κατὰ τὸν λόγον κυρίου ἐπὶ Ισραηλ
11 Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü.
καὶ οὗτος ὁ ἀριθμὸς τῶν δυνατῶν τοῦ Δαυιδ Ιεσεβααλ υἱὸς Αχαμανι πρῶτος τῶν τριάκοντα οὗτος ἐσπάσατο τὴν ῥομφαίαν αὐτοῦ ἅπαξ ἐπὶ τριακοσίους τραυματίας ἐν καιρῷ ἑνί
12 Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi.
καὶ μετ’ αὐτὸν Ελεαζαρ υἱὸς Δωδαι ὁ Αχωχι οὗτος ἦν ἐν τοῖς τρισὶν δυνατοῖς
13 Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı.
οὗτος ἦν μετὰ Δαυιδ ἐν Φασοδομιν καὶ οἱ ἀλλόφυλοι συνήχθησαν ἐκεῖ εἰς πόλεμον καὶ ἦν μερὶς τοῦ ἀγροῦ πλήρης κριθῶν καὶ ὁ λαὸς ἔφυγεν ἀπὸ προσώπου ἀλλοφύλων
14 Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı.
καὶ ἔστη ἐν μέσῳ τῆς μερίδος καὶ ἔσωσεν αὐτὴν καὶ ἐπάταξεν τοὺς ἀλλοφύλους καὶ ἐποίησεν κύριος σωτηρίαν μεγάλην
15 Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu.
καὶ κατέβησαν τρεῖς ἐκ τῶν τριάκοντα ἀρχόντων εἰς τὴν πέτραν πρὸς Δαυιδ εἰς τὸ σπήλαιον Οδολλαμ καὶ παρεμβολὴ τῶν ἀλλοφύλων παρεμβεβλήκει ἐν τῇ κοιλάδι τῶν γιγάντων
16 Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi.
καὶ Δαυιδ τότε ἐν τῇ περιοχῇ καὶ τὸ σύστεμα τῶν ἀλλοφύλων τότε ἐν Βαιθλεεμ
17 Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!»
καὶ ἐπεθύμησεν Δαυιδ καὶ εἶπεν τίς ποτιεῖ με ὕδωρ ἐκ τοῦ λάκκου Βαιθλεεμ τοῦ ἐν τῇ πύλῃ
18 Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü.
καὶ διέρρηξαν οἱ τρεῖς τὴν παρεμβολὴν τῶν ἀλλοφύλων καὶ ὑδρεύσαντο ὕδωρ ἐκ τοῦ λάκκου τοῦ ἐν Βαιθλεεμ ὃς ἦν ἐν τῇ πύλῃ καὶ ἔλαβον καὶ ἦλθον πρὸς Δαυιδ καὶ οὐκ ἠθέλησεν Δαυιδ τοῦ πιεῖν αὐτὸ καὶ ἔσπεισεν αὐτὸ τῷ κυρίῳ
19 O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.
καὶ εἶπεν ἵλεώς μοι ὁ θεὸς τοῦ ποιῆσαι τὸ ῥῆμα τοῦτο εἰ αἷμα ἀνδρῶν τούτων πίομαι ἐν ψυχαῖς αὐτῶν ὅτι ἐν ψυχαῖς αὐτῶν ἤνεγκαν αὐτό καὶ οὐκ ἐβούλετο πιεῖν αὐτό ταῦτα ἐποίησαν οἱ τρεῖς δυνατοί
20 Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi.
καὶ Αβεσσα ἀδελφὸς Ιωαβ οὗτος ἦν ἄρχων τῶν τριῶν οὗτος ἐσπάσατο τὴν ῥομφαίαν αὐτοῦ ἐπὶ τριακοσίους τραυματίας ἐν καιρῷ ἑνί καὶ οὗτος ἦν ὀνομαστὸς ἐν τοῖς τρισίν
21 Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.
ἀπὸ τῶν τριῶν ὑπὲρ τοὺς δύο ἔνδοξος καὶ ἦν αὐτοῖς εἰς ἄρχοντα καὶ ἕως τῶν τριῶν οὐκ ἤρχετο
22 Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü.
καὶ Βαναιας υἱὸς Ιωδαε υἱὸς ἀνδρὸς δυνατοῦ πολλὰ ἔργα αὐτοῦ ὑπὲρ Καβασαηλ οὗτος ἐπάταξεν τοὺς δύο αριηλ Μωαβ καὶ οὗτος κατέβη καὶ ἐπάταξεν τὸν λέοντα ἐν τῷ λάκκῳ ἐν ἡμέρᾳ χιόνος
23 O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü.
καὶ οὗτος ἐπάταξεν τὸν ἄνδρα τὸν Αἰγύπτιον ἄνδρα ὁρατὸν πεντάπηχυν καὶ ἐν χειρὶ τοῦ Αἰγυπτίου δόρυ ὡς ἀντίον ὑφαινόντων καὶ κατέβη ἐπ’ αὐτὸν Βαναιας ἐν ῥάβδῳ καὶ ἀφείλατο ἐκ τῆς χειρὸς τοῦ Αἰγυπτίου τὸ δόρυ καὶ ἀπέκτεινεν αὐτὸν ἐν τῷ δόρατι αὐτοῦ
24 Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi.
ταῦτα ἐποίησεν Βαναιας υἱὸς Ιωδαε καὶ τούτῳ ὄνομα ἐν τοῖς τρισὶν τοῖς δυνατοῖς
25 O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.
ὑπὲρ τοὺς τριάκοντα ἔνδοξος οὗτος καὶ πρὸς τοὺς τρεῖς οὐκ ἤρχετο καὶ κατέστησεν αὐτὸν Δαυιδ ἐπὶ τὴν πατριὰν αὐτοῦ
26 Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan,
καὶ δυνατοὶ τῶν δυνάμεων Ασαηλ ἀδελφὸς Ιωαβ Ελεαναν υἱὸς Δωδω ἐκ Βαιθλαεμ
27 Harorlu Şammot, Pelonlu Xeles,
Σαμμωθ ὁ Αδι Χελλης ὁ Φελωνι
28 Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer,
Ωραι υἱὸς Εκκης ὁ Θεκωι Αβιεζερ ὁ Αναθωθι
29 Xuşalı Sibbekay, Axoahlı İlay,
Σοβοχαι ὁ Ασωθι Ηλι ὁ Αχωι
30 Netofalı Mahray, Netofalı Baana oğlu Xeled,
Μοοραι ὁ Νετωφαθι Χολοδ υἱὸς Νοοζα ὁ Νετωφαθι
31 Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya,
Αιθι υἱὸς Ριβαι ἐκ βουνοῦ Βενιαμιν Βαναιας ὁ Φαραθωνι
32 Qaaş vadisindən olan Xuray, Aravalı Aviel,
Ουρι ἐκ Ναχαλιγαας Αβιηλ ὁ Γαραβεθθι
33 Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba,
Αζμωθ ὁ Βεερμι Ελιαβα ὁ Σαλαβωνι
34 Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan,
Βενναιας Οσομ ὁ Γεννουνι Ιωναθαν υἱὸς Σωλα ὁ Αραρι
35 Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal,
Αχιμ υἱὸς Σαχαρ ὁ Αραρι Ελφαλ υἱὸς Ουρ
36 Mekeralı Xefer, Pelonlu Axiya,
Οφαρ ὁ Μοχοραθι Αχια ὁ Φελωνι
37 Karmelli Xesro, Ezbay oğlu Naaray,
Ησεραι ὁ Χαρμαλι Νααραι υἱὸς Αζωβαι
38 Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar,
Ιωηλ ἀδελφὸς Ναθαν Μεβααρ υἱὸς Αγαρι
39 Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,
Σεληκ ὁ Αμμωνι Ναχωρ ὁ Βερθι αἴρων σκεύη Ιωαβ υἱοῦ Σαρουια
40 Yeterli İra, Yeterli Qarev,
Ιρα ὁ Ιεθηρι Γαρηβ ὁ Ιεθηρι
41 Xetli Uriya, Axlay oğlu Zavad,
Ουριας ὁ Χεττι Ζαβετ υἱὸς Αχλια
42 Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər,
Αδινα υἱὸς Σαιζα τοῦ Ρουβην ἄρχων καὶ ἐπ’ αὐτῷ τριάκοντα
43 Maaka oğlu Xanan və Metenli Yehoşafat,
Αναν υἱὸς Μοωχα καὶ Ιωσαφατ ὁ Βαιθανι
44 Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel,
Οζια ὁ Ασταρωθι Σαμμα καὶ Ιιηλ υἱοὶ Χωθαν τοῦ Αραρι
45 Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa,
Ιεδιηλ υἱὸς Σαμερι καὶ Ιωαζαε ὁ ἀδελφὸς αὐτοῦ ὁ Ιεασι
46 Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma,
Ελιηλ ὁ Μιι καὶ Ιαριβι καὶ Ιωσια υἱὸς αὐτοῦ Ελνααμ καὶ Ιεθεμα ὁ Μωαβίτης
47 Eliel, Oved və Mesovalı Yaasiel.
Αλιηλ καὶ Ωβηδ καὶ Ιεσιηλ ὁ Μισαβια

< Birinci Salnamələr 11 >