< ՄԱՏԹԷՈՍ 23 >

1 Այն ատեն Յիսուս խօսեցաւ բազմութեան եւ իր աշակերտներուն՝ ըսելով.
Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib
2 «Դպիրներն ու Փարիսեցիները բազմած են Մովսէսի աթոռին վրայ:
dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar.
3 Ուրեմն ինչ որ ըսեն ձեզի՝ որ պահէք, պահեցէ՛ք եւ ըրէ՛ք. բայց մի՛ ընէք անոնց գործերուն պէս, որովհետեւ կ՚ըսեն՝ սակայն չեն ըներ:
Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər.
4 Արդարեւ ծանր ու դժուարակիր բեռներ կը կապեն եւ կը դնեն մարդոց ուսերուն վրայ, ու իրենց մատո՛վ իսկ չեն ուզեր շարժել զանոնք:
Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər.
5 Իրենց բոլոր գործերը կ՚ընեն մարդոցմէ տեսնուելու համար. կը լայնցնեն իրենց գրապանակները եւ կ՚երկնցնեն իրենց հանդերձներուն քղանցքները.
Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar.
6 կը սիրեն առաջին բազմոցները՝ ընթրիքներու մէջ, առաջին աթոռները՝ ժողովարաններու մէջ, բարեւները՝ հրապարակներու վրայ,
Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı,
7 ու “ռաբբի՛, ռաբբի՛” կոչուիլ մարդոցմէ:
bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər.
8 Բայց դուք մի՛ կոչուիք “ռաբբի”, որովհետեւ մէ՛կ է ձեր Ուսուցիչը՝ Քրիստոս,
Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız.
9 եւ դուք բոլորդ եղբայր էք: Ու երկրի վրայ ո՛չ մէկը կոչեցէք ձեր “հայրը”, որովհետեւ մէ՛կ է ձեր Հայրը՝ որ երկինքն է:
Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır.
10 Եւ դուք մի՛ կոչուիք “ուսուցիչ”, որովհետեւ մէ՛կ է ձեր Ուսուցիչը՝ Քրիստոս:
Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir.
11 Ու ձեր մէջէն մեծագոյնը՝ ձեր սպասարկո՛ւն թող ըլլայ:
Aranızda ən böyük olan xidmətçiniz olsun.
12 Ո՛վ որ բարձրացնէ ինքզինք՝ պիտի խոնարհի, իսկ ո՛վ որ խոնարհեցնէ ինքզինք՝ պիտի բարձրանայ»:
Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
13 «Վա՜յ ձեզի, կեղծաւո՛ր դպիրներ եւ Փարիսեցիներ, որ կը գոցէք երկինքի թագաւորութիւնը մարդոց առջեւ. դո՛ւք չէք մտներ, ու մտնողներուն ալ թոյլ չէք տար՝ որ մտնեն:
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız.
14 Վա՜յ ձեզի, կեղծաւո՛ր դպիրներ եւ Փարիսեցիներ, որ կը լափէք այրիներուն տուները, ու իբր պատրուակ՝ աղօթքը կ՚երկարէք. ուստի աւելի՛ խստութեամբ պիտի դատուիք՝՝:
15 Վա՜յ ձեզի, կեղծաւո՛ր դպիրներ եւ Փարիսեցիներ, որ կը շրջիք ծով ու ցամաք՝ մէկը նորահաւատ ընելու, եւ երբ ըլլայ՝ զայն ձեզմէ երկու անգամ աւելի գեհենի որդի կ՚ընէք: (Geenna g1067)
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. (Geenna g1067)
16 Վա՜յ ձեզի, կո՛յր առաջնորդներ, որ կ՚ըսէք. “Ո՛վ որ երդում կ՚ընէ տաճարին վրայ՝ բան մը չէ, բայց ո՛վ որ երդում կ՚ընէ տաճարի ոսկիի՛ն վրայ՝ պարտաւոր կ՚ըլլայ”:
Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”.
17 Յիմարնե՛ր ու կոյրե՛ր, ո՞րը մեծ է, ոսկի՞ն՝ թէ տաճա՛րը, որ կը սրբացնէ ոսկին:
Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi?
18 Նաեւ կ՚ըսէք. “Ո՛վ որ երդում կ՚ընէ զոհասեղանին վրայ՝ բան մը չէ, բայց ո՛վ որ երդում կ՚ընէ զոհասեղանին վրայի ընծայի՛ն վրայ՝ պարտաւոր կ՚ըլլայ”:
Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”.
19 Յիմարնե՛ր ու կոյրեր, ո՞րը մեծ է, ընծա՞ն՝ թէ զոհասեղանը, որ կը սրբացնէ ընծան:
Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı?
20 Ուրեմն, ո՛վ որ երդում կ՚ընէ զոհասեղանին վրայ, երդում կ՚ընէ անոր վրայ ու անոր վրայ եղած բոլոր բաներուն վրայ:
Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir.
21 Եւ ո՛վ որ երդում կ՚ընէ տաճարին վրայ, երդում կ՚ընէ անոր վրայ ու անոր մէջ բնակողին վրայ:
Məbədə and içən kəs ona və içində Yaşayana and içir.
22 Եւ ո՛վ որ երդում կ՚ընէ երկինքի վրայ, երդում կ՚ընէ Աստուծոյ գահին վրայ ու անոր վրայ բազմողին վրայ:
Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir.
23 Վա՜յ ձեզի, կեղծաւո՛ր դպիրներ եւ Փարիսեցիներ, որ կը վճարէք անանուխին, սամիթին ու չամանին տասանորդը, բայց կը թողուք Օրէնքին աւելի ծանր բաները՝ իրաւունքը, կարեկցութիւնն ու հաւատքը. ասո՛նք պէտք է ընէիք, եւ զանոնք չձգէիք:
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
24 Կո՛յր առաջնորդներ, որ կը քամէք մժղուկը ու կը կլլէք ուղտը:
Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz!
25 Վա՜յ ձեզի, կեղծաւո՛ր դպիրներ եւ Փարիսեցիներ, որ կը մաքրէք գաւաթին ու պնակին դուրսի՛ կողմը, բայց ներսէն լեցուն են յափշտակութեամբ եւ անիրաւութեամբ:
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur.
26 Կո՛յր Փարիսեցի, նախ մաքրէ՛ գաւաթին ու պնակին ներսի՛ կողմը, որպէսզի անոնց դուրսի կողմն ալ մաքուր ըլլայ:
Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!
27 Վա՜յ ձեզի, կեղծաւո՛ր դպիրներ եւ Փարիսեցիներ, որ կը նմանիք ծեփուած գերեզմաններու, որոնք արդարեւ դուրսէն գեղեցիկ կ՚երեւնան, բայց ներսէն լեցուն են մեռելներու ոսկորներով ու ամէն տեսակ անմաքրութեամբ:
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur.
28 Նոյնպէս դուք դուրսէն արդար կ՚երեւնաք մարդոց, իսկ ներսէն լի էք կեղծաւորութեամբ եւ անօրէնութեամբ»:
Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz.
29 «Վա՜յ ձեզի, կեղծաւո՛ր դպիրներ ու Փարիսեցիներ, որ կը կառուցանէք մարգարէներուն տապանները եւ կը զարդարէք արդարներուն գերեզմանները,
Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz.
30 ու կ՚ըսէք. “Եթէ մեր հայրերուն օրերը ըլլայինք, անոնց հետ կամակից չէինք ըլլար մարգարէներուն արիւնին թափուելուն”:
“Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz.
31 Հետեւաբար դո՛ւք կը վկայէք ձեր մասին, թէ որդիներն էք անո՛նց՝ որ կը սպաննէին մարգարէները:
Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz.
32 Ուստի դո՛ւք ալ ձեր հայրերուն չափը լեցուցէք:
Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın!
33 Օձե՛ր, իժերո՛ւ ծնունդներ, ի՞նչպէս պիտի խուսափիք գեհենի դատապարտութենէն: (Geenna g1067)
Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız? (Geenna g1067)
34 Ուստի ահա՛ ես կը ղրկեմ ձեզի մարգարէներ եւ իմաստուններ ու դպիրներ: Անոնցմէ ոմանք պիտի սպաննէք եւ խաչէք, ոմանք ալ պիտի խարազանէք ձեր ժողովարաններուն մէջ ու հալածէք քաղաքէ քաղաք:
Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız;
35 Որպէսզի ձեր վրայ գայ երկրի վրայ թափուած ամբողջ արդար արիւնը, արդար Աբէլի արիւնէն մինչեւ Բարաքիայի որդիին՝ Զաքարիայի արիւնը, որ սպաննեցիք տաճարին եւ զոհասեղանին միջեւ:
belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız.
36 Ճշմա՛րտապէս կը յայտարարեմ ձեզի. “Այս բոլոր բաները պիտի գան այս սերունդին վրայ”»:
Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq.
37 «Ո՛վ Երուսաղէ՜մ, Երուսաղէ՜մ, որ կը սպաննէիր մարգարէները ու կը քարկոծէիր քեզի ղրկուածները. քանի՜ անգամ ուզեցի հաւաքել զաւակներդ, ինչպէս հաւը թեւերուն տակ կը հաւաքէ իր ձագերը, բայց դուք չուզեցիք:
Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz!
38 Ահա՛ ձեր տունը ամայի պիտի մնայ ձեզի:
Baxın, eviniz viran qalır.
39 Արդարեւ կ՚ըսեմ ձեզի թէ ա՛լ ասկէ ետք պիտի չտեսնէք զիս՝ մինչեւ որ ըսէք. “Օրհնեա՜լ է ա՛ն՝ որ կու գայ Տէրոջ անունով”»:
Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz».

< ՄԱՏԹԷՈՍ 23 >