< ՄԱՏԹԷՈՍ 12 >

1 Այդ ատեն Յիսուս՝ Շաբաթ օր մը՝ գնաց արտերու մէջէն. իր աշակերտները՝ անօթենալով՝ սկսան ցորենի հասկեր փրցնել եւ ուտել:
O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar.
2 Երբ Փարիսեցիները տեսան՝ ըսին անոր. «Ահա՛ քու աշակերտներդ կը գործեն, մինչդեռ արտօնուած չէ գործել Շաբաթ օրը»:
Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər».
3 Ան ալ ըսաւ անոնց. «Չէ՞ք կարդացեր Դաւիթի ըրածը, երբ ինք եւ իրեն հետ եղողները անօթեցան.
İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı?
4 մտաւ Աստուծոյ տունը, ու կերաւ առաջադրութեան հացերը, որ ո՛չ իրեն արտօնուած էր ուտել, ո՛չ ալ իրեն հետ եղողներուն, բայց միայն քահանաներուն:
O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər.
5 Կամ թէ Օրէնքին մէջ չէ՞ք կարդացեր թէ քահանաները կը սրբապղծեն Շաբաթը տաճարին մէջ՝ Շաբաթ օրերը, եւ անպարտ են:
Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar?
6 Բայց կը յայտարարեմ ձեզի թէ այստեղ տաճարէ՛ն աւելի մեծ մէկը կայ:
Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır.
7 Եթէ գիտնայիք թէ ի՛նչ ըսել է. “Կարեկցութի՛ւն կ՚ուզեմ, ու ո՛չ թէ զոհ”, այն ատեն չէիք դատապարտեր անպարտները.
Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz.
8 որովհետեւ մարդու Որդին տէրն է Շաբաթին»:
Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».
9 Մեկնելով անկէ՝ եկաւ անոնց ժողովարանը:
İsa oradan ayrılıb onların sinaqoquna girdi.
10 Հոն մարդ մը կար, որուն ձեռքը չորցած էր: Ամբաստանելու համար զինք՝ հարցուցին անոր. «Արտօնուա՞ծ է բուժել Շաբաթ օրը»:
Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.
11 Ան ալ ըսաւ անոնց. «Ձեզմէ ո՞վ է այն մարդը, որ եթէ ոչխար մը ունենայ եւ ան փոսի մէջ իյնայ Շաբաթ օրը, չի բռներ ու վեր չի հաներ զայն:
İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz?
12 Հետեւաբար մարդը ո՜րչափ աւելի կ՚արժէ ոչխարէն: Ուրեմն արտօնուած է բարիք գործել Շաբաթ օրը»:
İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var».
13 Այն ատեն ըսաւ այդ մարդուն. «Երկարէ՛ ձեռքդ»: Ան ալ երկարեց, եւ առողջացաւ միւսին պէս:
Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu.
14 Իսկ Փարիսեցիները դուրս ելլելով՝ խորհրդակցեցան անոր դէմ թէ ի՛նչպէս կորսնցնեն զայն:
Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər.
15 Երբ Յիսուս գիտցաւ՝ մեկնեցաւ անկէ: Մեծ բազմութիւններ հետեւեցան անոր, եւ բուժեց բոլորը.
İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi.
16 բայց սաստիկ հրահանգեց անոնց՝ որ ո՛չ մէկուն յայտնեն զինք,
Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.
17 որպէսզի իրագործուի Եսայի մարգարէին միջոցով ըսուած խօսքը.
Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:
18 «Ահա՛ իմ ծառաս՝ որ ընտրեցի, եւ իմ սիրելիս՝ որուն հաճեցաւ իմ անձս. իմ Հոգիս պիտի դնեմ անոր վրայ, ու իրաւունքը պիտի հռչակէ հեթանոսներուն:
«Budur, Mənim seçdiyim Qulum! Mənə sevimlidir, könlüm Ondan razıdır. Mən Öz Ruhumu Onun üzərinə qoyacağam. O, millətlərə ədalət elan edəcək.
19 Ո՛չ պիտի հակառակի, ո՛չ պիտի պոռայ, եւ ո՛չ մէկը պիտի լսէ անոր ձայնը հրապարակներուն մէջ:
O nə mübahisə, nə də fəryad edəcək. Küçələrdə heç kim Onun səsini eşitməyəcək.
20 Պիտի չփշրէ ջախջախուած եղէգը ու պիտի չմարէ պլպլացող պատրոյգը, մինչեւ որ իրաւունքը հասցնէ յաղթութեան:
Ədaləti zəfərə çatdırana qədər Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
21 Եւ հեթանոսները պիտի յուսան անոր անունին»:
Millətlər Onun adına ümid bağlayacaq».
22 Այն ատեն բերին իրեն կոյր ու համր դիւահար մը, եւ բուժեց զայն, այնպէս որ համրն ու կոյրը խօսեցաւ եւ տեսաւ:
Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi. Beləcə o danışmağa və görməyə başladı.
23 Ամբողջ բազմութիւնը զմայլեցաւ, ու կ՚ըսէր. «Արդեօք ասիկա՞ է Դաւիթի որդին»:
Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı.
24 Բայց երբ Փարիսեցիները լսեցին՝ ըսին. «Ասիկա ուրիշ բանով դուրս չի հաներ դեւերը, բայց միայն դեւերուն Բէեղզեբուղ իշխանով»:
Lakin fariseylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».
25 Յիսուս գիտնալով անոնց մտածումները՝ ըսաւ անոնց. «Ինքնիր դէմ բաժնուած որեւէ թագաւորութիւն՝ կ՚աւերի, եւ ինքնիր դէմ բաժնուած որեւէ քաղաք կամ տուն՝ չի կրնար կենալ:
Fariseylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz.
26 Եթէ Սատանա՛ն դուրս հանէ Սատանան, բաժնուած է ինքնիր դէմ. ուրեմն անոր թագաւորութիւնը ի՞նչպէս պիտի կենայ:
Əgər Şeytan Şeytanı qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər?
27 Ու եթէ ես Բէեղզեբուղո՛վ կը հանեմ դեւերը, ձեր որդիները ինչո՞վ կը հանեն. ուստի անո՛նք պիտի ըլլան ձեր դատաւորները:
Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq.
28 Բայց եթէ ես Աստուծոյ Հոգիով կը հանեմ դեւերը, ուրեմն Աստուծոյ թագաւորութիւնը հասած է ձեր վրայ:
Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.
29 Կամ մէկը ի՞նչպէս կրնայ մտնել ուժեղ մարդու մը տունը եւ յափշտակել անոր կարասիները, եթէ նախ չկապէ այդ ուժեղ մարդը, եւ ա՛յն ատեն կողոպտէ անոր տունը:
Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.
30 Ա՛ն որ ինծի հետ չէ՝ ինծի հակառակ է, եւ ա՛ն որ ինծի հետ չի ժողվեր՝ կը ցրուէ:
Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
31 Ուստի կը յայտարարեմ ձեզի. “Ամէն տեսակ մեղք ու հայհոյութիւն պիտի ներուի մարդոց, բայց Սուրբ Հոգիին դէմ եղած հայհոյութիւնը պիտի չներուի մարդոց”:
Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq.
32 Ո՛վ որ խօսք մը ըսէ մարդու Որդիին դէմ՝ պիտի ներուի անոր, բայց ո՛վ որ խօսի Սուրբ Հոգիին դէմ՝ պիտի չներուի անոր, ո՛չ այս աշխարհին մէջ եւ ո՛չ գալիքին մէջ»: (aiōn g165)
Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə. (aiōn g165)
33 «Կա՛մ լա՛ւ սեպեցէք ծառը, ու անոր պտուղը լաւ կ՚ըլլայ, կա՛մ վա՛տ սեպեցէք ծառը, եւ անոր պտուղը վատ կ՚ըլլայ. որովհետեւ ծառը կը ճանչցուի իր պտուղէն:
Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır.
34 Իժերո՛ւ ծնունդներ, ի՞նչպէս կրնաք՝ չար ըլլալով՝ բարի բաներ խօսիլ. որովհետեւ բերանը կը խօսի սիրտին լիութենէն:
Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar.
35 Բարի մարդը իր սիրտին բարի գանձէն կը հանէ բարի բաներ, իսկ չար մարդը իր սիրտին չար գանձէն կը հանէ չար բաներ:
Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır.
36 Բայց կը յայտարարեմ ձեզի. “Ամէն դատարկ խօսքի համար՝ որ մարդիկ կը խօսին, հաշիւ պիտի տան դատաստանին օրը”:
Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər.
37 Որովհետեւ քու խօսքերէ՛դ պիտի արդարանաս, եւ քու խօսքերէ՛դ պիտի դատապարտուիս»:
Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan».
38 Այն ատեն դպիրներէն ու Փարիսեցիներէն ոմանք ըսին իրեն. «Վարդապե՛տ, նշա՛ն մը կ՚ուզենք տեսնել քեզմէ»:
O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik».
39 Իսկ ինք պատասխանեց անոնց. «Չար եւ շնացող սերունդը նշան կը խնդրէ: Ուրիշ նշան պիտի չտրուի անոր, բայց միայն Յովնան մարգարէին նշանը:
İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək.
40 Որովհետեւ ինչպէս Յովնան մնաց կէտ ձուկին փորին մէջ՝ երեք օր ու երեք գիշեր, այնպէս մարդու Որդին պիտի մնայ երկրի սիրտին մէջ՝ երեք օր եւ երեք գիշեր:
Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq.
41 Նինուէի մարդիկը դատաստանին օրը պիտի կանգնին այս սերունդին դէմ ու պիտի դատապարտեն զայն, որովհետեւ զղջացին Յովնանի քարոզութեամբ. եւ ահա՛ Յովնանէ մեծ մէկը կայ հոս:
Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.
42 Հարաւի թագուհին դատաստանին օրը ոտքի պիտի ելլէ այս սերունդին դէմ ու զայն պիտի դատապարտէ, որովհետեւ ինք եկաւ երկրի ծայրերէն՝ Սողոմոնի իմաստութիւնը լսելու. եւ ահա՛ Սողոմոնէ մեծ մէկը կայ հոս»:
Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
43 «Երբ անմաքուր ոգին դուրս կ՚ելլէ մարդէ մը՝ կը շրջի անջուր տեղեր, հանգստութիւն կը փնտռէ, ու չի գտներ:
Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz.
44 Այն ատեն կ՚ըսէ. “Վերադառնամ իմ տունս՝ ուրկէ ելայ”: Կու գայ եւ կը գտնէ զայն՝ պարապ, աւլուած ու զարդարուած:
O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində görər.
45 Այն ատեն կ՚երթայ, եւ կ՚առնէ իրեն հետ եօթը ուրիշ ոգիներ՝ իրմէ աւելի չար, ու մտնելով հոն կը բնակին. եւ այդ մարդուն վերջին վիճակը կ՚ըլլայ առաջինէն աւելի գէշ: Ա՛յսպէս պիտի ըլլայ այս չար սերունդին ալ»:
Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək».
46 Մինչ ինք կը խօսէր բազմութեան, իր մայրն ու եղբայրները կայնած էին դուրսը, եւ կը ջանային խօսիլ իրեն հետ:
İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər.
47 Մէկը ըսաւ իրեն. «Ահա՛ քու մայրդ ու եղբայրներդ կայնած են դուրսը, եւ կը ջանան խօսիլ քեզի հետ»:
Bir nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər».
48 Ինք ալ պատասխանեց իրեն ըսողին. «Ո՞վ է իմ մայրս, ու որո՞նք են իմ եղբայրներս»:
Amma İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?»
49 Եւ երկարելով իր ձեռքը դէպի իր աշակերտները՝ ըսաւ. «Ահա՛ մայրս ու եղբայրներս.
Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.
50 որովհետեւ ո՛վ որ կը գործադրէ իմ երկնաւոր Հօրս կամքը, անիկա՛ է իմ եղբայրս, քոյրս եւ մայրս»:
Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

< ՄԱՏԹԷՈՍ 12 >