< ՄԱՐԿՈՍ 4 >

1 Դարձեալ սկսաւ սորվեցնել ծովեզերքը, եւ մեծ բազմութիւն մը անոր քով հաւաքուեցաւ, այնպէս որ ինք նաւ մտաւ ու նստաւ՝ ծովուն վրայ. իսկ ամբողջ բազմութիւնը ցամաքն էր՝ ծովեզերքը:
İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı.
2 Շատ բաներ կը սորվեցնէր անոնց՝ առակներով, եւ կ՚ըսէր անոնց իր ուսուցումին մէջ.
İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi:
3 «Լսեցէ՛ք, ահա՛ սերմնացան մը գնաց սերմ ցանելու:
«Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı.
4 Մինչ կը ցանէր, քանի մը սերմեր ինկան ճամբային եզերքը, եւ թռչունները եկան ու լափեցին զանոնք:
Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.
5 Ուրիշներ ինկան ժայռոտ տեղ մը, ուր շատ հող չկար, եւ իսկոյն բուսան՝ հողին խորունկ չըլլալուն համար.
Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.
6 սակայն տօթակէզ եղան երբ արեւը ելաւ, ու չորցան՝ քանի որ արմատ չունէին:
Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu.
7 Ուրիշներ ալ ինկան փուշերու մէջ. փուշերը բարձրացան եւ խեղդեցին զանոնք, ու պտուղ չտուին:
Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi.
8 Իսկ ուրիշներ ինկան լաւ հողի մէջ, պտուղ տուին՝ բարձրանալով եւ աճելով, ու բերին՝ մէկը երեսուն, մէկը՝ վաթսուն, մէկը՝ հարիւր»:
Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi».
9 Եւ ըսաւ անոնց. «Ա՛ն որ ականջ ունի լսելու՝ թող լսէ»:
Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!»
10 Երբ առանձին էր, իր շուրջը եղողները՝ տասներկուքին հետ հարցուցին իրեն այս առակին մասին:
İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular.
11 Եւ ըսաւ անոնց. «Ձեզի տրուած է գիտնալ Աստուծոյ թագաւորութեան խորհուրդը, բայց անոնց որ դուրսէն են՝ ամէն ինչ առեղծուած կ՚ըլլայ.
O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir.
12 որպէսզի շատ տեսնեն՝ բայց չըմբռնեն, շատ լսեն՝ բայց չհասկնան, ու դարձի չգան եւ իրենց մեղքերը չներուին»:
Belə ki “Gördükcə görsünlər, amma qanmasınlar, Eşitdikcə eşitsinlər, amma anlamasınlar, Yoxsa onlar dönüb bağışlanar”».
13 Ապա ըսաւ անոնց. «Այս առակը չէ՞ք ըմբռներ. ուրեմն ի՞նչպէս պիտի հասկնաք բոլոր առակները:
İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz?
14 Սերմնացանը՝ խօ՛սքը կը ցանէ:
Əkinçi Allahın kəlamını əkir.
15 Ճամբային եզերքը եղողները՝ ուր խօսքը կը ցանուի՝ անո՛նք են, որ երբ կը լսեն՝ իսկոյն Սատանան կու գայ եւ կը վերցնէ անոնց սիրտերուն մէջ ցանուած խօսքը:
Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır.
16 Նմանապէս՝ ժայռոտ տեղերու վրայ ցանուածները անո՛նք են, որ երբ կը լսեն խօսքը՝ իսկոյն կ՚ընդունին զայն ուրախութեամբ:
Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər.
17 Բայց իրենց մէջ արմատ չունենալով՝ քիչ ժամանակ կը տոկան. յետոյ, երբ տառապանք կամ հալածանք ըլլայ խօսքին պատճառով, իսկոյն կը գայթակղին:
Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar.
18 Փուշերու մէջ ցանուածները անո՛նք են՝ որ խօսքը կը լսեն,
Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər,
19 բայց այս աշխարհի հոգերը, հարստութեան խաբէութիւնը եւ ուրիշ բաներու ցանկութիւնները ներս մտնելով՝ կը խեղդեն խօսքը, ու ան կ՚ըլլայ անպտուղ: (aiōn g165)
lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur. (aiōn g165)
20 Իսկ լաւ հողի մէջ ցանուածները անո՛նք են՝ որ խօսքը կը լսեն, կ՚ընդունին եւ պտուղ կ՚արտադրեն՝ մէկը երեսուն, մէկը՝ վաթսուն, մէկը՝ հարիւր»:
Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir».
21 Յետոյ ըսաւ անոնց. «Միթէ ճրագը գրուանին կամ մահիճին տա՞կ դրուելու համար կու գայ. արդեօք աշտանակին վրայ դրուելու համար չէ՞:
İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi?
22 Որովհետեւ չկայ գաղտնիք մը՝ որ բացայայտ պիտի չըլլայ, եւ չէ եղած պահուած բան մը՝ որ երեւան չելլէ:
Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın.
23 Եթէ մէկը ականջ ունի լսելու՝ թող լսէ»:
Eşitməyə qulağı olan eşitsin!»
24 Ապա ըսաւ անոնց. «Զգուշացէ՛ք թէ ի՛նչ կը լսէք. ա՛յն չափով որ դուք կը չափէք, նոյն չափով պիտի չափուի ձեզի. ու ձեզի՛ որ կը լսէք՝ պիտի աւելնայ:
İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək.
25 Որովհետեւ ո՛վ որ ունի՝ անոր պիտի տրուի. իսկ ո՛վ որ չունի՝ ունեցածն ալ անկէ պիտի առնուի»:
Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq».
26 Նաեւ կ՚ըսէր. «Աստուծոյ թագաւորութիւնը այնպէս է, որպէս թէ մարդ մը հողին մէջ հունտ ցանէ.
Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir.
27 քնանայ թէ արթննայ, գիշեր ու ցերեկ, հունտը կը ծաղկի եւ կը մեծնայ, ու ինք չի գիտեր թէ ի՛նչպէս:
O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir.
28 Քանի որ հողը ինքնիրմէ պտուղ կ՚արտադրէ. նախ՝ խոտը, յետոյ՝ հասկը, անկէ ետք՝ լեցուն ցորենը հասկին մէջ:
Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.
29 Երբ պտուղը հասուննայ՝ իսկոյն մանգաղը կը ղրկէ, որովհետեւ հունձքի ատենը հասած է»:
Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».
30 Ապա կ՚ըսէր. «Աստուծոյ թագաւորութիւնը ի՞նչ բանի նմանցնենք, կամ ի՞նչ առակով բացատրենք զայն:
Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək?
31 Մանանեխի հատիկին նման է, որ հողին մէջ ցանուած ատենը՝ երկրի վրայ եղած սերմերուն ամենէն պզտիկն է.
O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da,
32 բայց երբ ցանուի՝ կը բուսնի, բոլոր տունկերէն ալ մեծ կ՚ըլլայ ու մեծ ճիւղեր կ՚արձակէ, այնպէս որ երկինքի թռչունները կրնան անոր շուքին տակ բնակիլ»:
əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər».
33 Շատ այսպիսի առակներով կը քարոզէր խօսքը անոնց, այնքան՝ որքան կրնային մտիկ ընել:
İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi;
34 Առանց առակի չէր խօսեր անոնց, բայց առանձին՝ իր աշակերտներուն կը մեկնէր բոլորը:
onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.
35 Նոյն օրը՝ երբ իրիկուն կ՚ըլլար, ըսաւ անոնց. «Եկէ՛ք ծովուն միւս եզերքը անցնինք»:
Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək».
36 Անոնք ալ բազմութիւնը արձակելով՝ առին զինք, քանի նաւուն մէջ էր. ուրիշ նաւակներ ալ կային անոր հետ:
Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi.
37 Ու հզօր փոթորիկ մը եղաւ եւ ալիքները նաւուն վրայ կը խուժէին, այնպէս որ արդէն կը լեցուէր.
Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu.
38 իսկ ինք՝ նաւուն ետեւի կողմը՝ բարձի վրայ կը քնանար: Արթնցուցին զինք եւ ըսին իրեն. «Վարդապե՛տ, հոգ չե՞ս ըներ՝ որ կը կորսուինք»:
İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?»
39 Ուստի ելլելով՝ սաստեց հովը եւ ըսաւ ծովուն. «Դադրէ՛, լո՛ւռ կեցիր»: Հովը դադրեցաւ, ու մեծ խաղաղութիւն եղաւ:
İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü.
40 Ըսաւ անոնց. «Ինչո՞ւ այդպէս երկչոտ էք. ի՞նչպէս կ՚ըլլայ՝ որ հաւատք չունիք»:
İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?»
41 Անոնք չափազանց վախցան, եւ կ՚ըսէին իրարու. «Արդեօք ո՞վ է ասիկա, որ նոյնիսկ հովն ու ծովը կը հնազանդին իրեն»:
Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»

< ՄԱՐԿՈՍ 4 >