< ՄԱՐԿՈՍ 16 >

1 Երբ Շաբաթը անցաւ, Մարիամ Մագդաղենացին, Յակոբոսի մայրը՝ Մարիամ, ու Սողովմէ բոյրեր գնեցին, որպէսզի երթան եւ օծեն զայն:
Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər.
2 Մէկշաբթի առտուն՝ շատ կանուխ, երբ արեւը կը ծագէր, գացին գերեզմանը,
Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər.
3 ու կ՚ըսէին իրարու. «Մեզի համար ո՞վ պիտի գլորէ քարը՝ գերեզմանին դռնէն»,
Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?»
4 որովհետեւ շատ մեծ էր: Բայց նայելով՝ տեսան թէ քարը գլորուած էր:
Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.
5 Մտնելով գերեզմանէն ներս՝ տեսան երիտասարդ մը, որ նստած էր աջ կողմը՝ ճերմակ պարեգօտ հագած, եւ զարհուրեցան:
Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.
6 Ան ալ ըսաւ անոնց. «Մի՛ զարհուրիք. Յիսուս Նազովրեցի՛ն կը փնտռէք՝ որ խաչուեցաւ: Ան յարութի՛ւն առաւ, հոս չէ: Ահա՛ այն տեղը՝ ուր դրին զայն:
Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.
7 Ուրեմն գացէ՛ք, ըսէ՛ք անոր աշակերտներուն ու Պետրոսի՝ թէ ահա՛ ձեզմէ առաջ կ՚երթայ Գալիլեա. հո՛ն պիտի տեսնէք զայն՝ ինչպէս ըսաւ ձեզի»:
İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».
8 Անոնք՝ դողով եւ հիացումով համակուած՝ դուրս ելան՝՝ ու փախան գերեզմանէն, եւ ո՛չ մէկ բան ըսին ոեւէ մէկուն, քանի որ կը վախնային:
Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.
9 (note: The most reliable and earliest manuscripts do not include Mark 16:9-20.) Յիսուս՝ Մէկշաբթի առտուն յարութիւն առած՝ նախ երեւցաւ Մարիամ Մագդաղենացիին, որմէ հաներ էր եօթը դեւ:
(note: The most reliable and earliest manuscripts do not include Mark 16:9-20.) İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü.
10 Ինք ալ գնաց եւ պատմեց անոնց՝ որոնք անոր հետ էին, մինչ կը սգային ու կու լային:
Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.
11 Իսկ երբ անոնք լսեցին թէ ան ողջ է եւ ինք տեսած է զայն, չհաւատացին:
Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.
12 Յետոյ ուրիշ կերպարանքով երեւցաւ անոնցմէ երկուքին՝ որոնք քալելով արտը կ՚երթային:
Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.
13 Իրենք ալ գացին ու պատմեցին միւսներուն. բայց իրե՛նց ալ չհաւատացին:
Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.
14 Յետոյ երեւցաւ տասնմէկին՝ երբ սեղան նստած էին, ու կշտամբեց անոնց անհաւատութիւնը եւ սիրտի կարծրութիւնը, որովհետեւ չհաւատացին անոնց՝ որոնց ինք երեւցաւ՝ մեռելներէն յարութիւն առած:
Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.
15 Նաեւ ըսաւ անոնց. «Գացէ՛ք ամբողջ աշխարհը, ու քարոզեցէ՛ք աւետարանը բոլոր արարածներուն:
İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.
16 Ա՛ն որ հաւատայ եւ մկրտուի՝ պիտի փրկուի. ա՛ն որ չհաւատայ՝ պիտի դատապարտուի:
İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.
17 Սա՛ նշանները պիտի հետեւին անոնց՝ որ կը հաւատան.- դեւե՛ր դուրս պիտի հանեն իմ անունովս, նո՛ր լեզուներ պիտի խօսին,
İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,
18 օձե՛ր պիտի առնեն իրենց ձեռքերուն մէջ, ու եթէ խմեն մահառիթ դեղ մը՝ պիտի չվնասէ իրենց. ձեռք պիտի դնեն հիւանդներու վրայ, եւ անոնք պիտի առողջանան»:
ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».
19 Այսպէս՝ անոնց հետ խօսելէն ետք՝ Տէրը համբարձաւ երկինք, ու բազմեցաւ Աստուծոյ աջ կողմը.
Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu.
20 իսկ անոնք գացին եւ կը քարոզէին ամէնուրեք: Տէրը անոնց գործակից էր, ու կը հաստատէր խօսքը՝ ընկերացող նշաններով: Ամէն:
Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.

< ՄԱՐԿՈՍ 16 >