< ՂՈԻԿԱՍ 24 >

1 Մէկշաբթի օրը՝ առտուն շատ կանուխ՝ եկան գերեզմանը, ու բերին այն բոյրերը՝ որ պատրաստած էին. ուրիշ ոմանք ալ եկան անոնց հետ:
Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər.
2 Գտան քարը՝ գերեզմանէն մէկդի գլորուած,
Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər.
3 ու ներս մտնելով՝ հոն չգտան Տէր Յիսուսի մարմինը:
Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar.
4 Երբ մեծ տարակոյսի մէջ էին այս մասին, ահա՛ երկու մարդիկ՝ լուսափայլ տարազով՝ հասան անոնց:
Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu.
5 Քանի վախցած ըլլալով՝ խոնարհեցուցին իրենց երեսները դէպի գետին, այդ մարդիկը ըսին անոնց. «Ինչո՞ւ ողջը կը փնտռէք մեռելներուն մէջ:
Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız?
6 Ան հոս չէ, հապա յարութիւն առաւ. յիշեցէ՛ք թէ ի՛նչպէս խօսեցաւ ձեզի, երբ դեռ Գալիլեայի մէջ էր, ըսելով.
O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın.
7 “Մարդու Որդին պէտք է որ մատնուի մեղաւոր մարդոց ձեռքը, խաչուի, եւ յարութիւն առնէ երրորդ օրը”»:
Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”».
8 Այն ատեն յիշեցին անոր խօսքերը,
Qadınlar da İsanın sözlərini yada saldılar.
9 ու վերադառնալով գերեզմանէն՝ պատմեցին այս բոլորը տասնմէկին եւ ուրիշներու:
Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər.
10 Այս կիներն էին՝ Մարիամ Մագդաղենացին, Յովհաննա, Յակոբոսի մայրը՝ Մարիամ, եւ անոնց հետ ուրիշներ ալ, որոնք պատմեցին այս բաները առաքեալներուն:
Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi.
11 Սակայն ասոնց առջեւ զառանցանք թուեցան անոնց խօսքերը, ու չէին հաւատար անոնց:
Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar.
12 Բայց Պետրոս կանգնեցաւ եւ վազեց դէպի գերեզմանը. ծռելով՝ տեսաւ թէ լաթերը առանձին դրուած էին, ու գնաց՝ ինքնիրեն զարմանալով այդ պատահածին վրայ:
Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.
13 Եւ ահա՛ նոյն օրը աշակերտներէն երկուքը կ՚երթային Էմմաւուս անունով գիւղ մը, որ Երուսաղէմէն վաթսուն ասպարէզ հեռու էր:
Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi.
14 Անոնք կը խօսէին իրարու հետ այս բոլոր պատահարներուն մասին:
Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi.
15 Մինչ անոնք կը խօսակցէին ու կը վիճաբանէին, Յիսուս ինք ալ՝ մօտենալով՝ կ՚երթար անոնց հետ.
Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi.
16 բայց անոնց աչքերը ծածկուած էին, որպէսզի չճանչնան զինք:
Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.
17 Եւ ըսաւ անոնց. «Ինչի՞ մասին կը խօսակցիք՝ իրարու հետ քալելով, ու տրտում ալ էք»:
İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar.
18 Անոնցմէ մէկը՝ որուն անունը Կղէովպաս էր, պատասխանեց անոր. «Միայն դո՞ւն ես որ՝ Երուսաղէմի մէջ պանդխտացած ըլլալով՝ չես գիտեր թէ ինչե՜ր պատահեցան հոն, այս օրերս»:
Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Yerusəlimdə qalıb bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan bircə sənsənmi?»
19 Ան ալ ըսաւ անոնց. «Ի՞նչ»: Անոնք ալ ըսին անոր. «Ինչ որ կը վերաբերի Նազովրեցի Յիսուսի, որ գործով ու խօսքով եղաւ զօրաւոր մարգարէ մը՝ Աստուծոյ եւ ամբողջ ժողովուրդին առջեւ.
İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi.
20 ի՜նչպէս քահանայապետներն ու մեր պետերը մահուան մատնեցին զայն, եւ խաչեցին:
Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.
21 Իսկ մենք կը յուսայինք թէ ի՛նքն էր որ պիտի ազատագրէր Իսրայէլը: Բացի այս բոլորէն՝ այս երրորդ օրն է, որ այս բաները պատահեցան:
Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib.
22 Նոյնիսկ մեր մէջէն քանի մը կիներ շշմեցուցին մեզ. անոնք առտու կանուխ գացին գերեզմանը,
Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib
23 ու չգտնելով անոր մարմինը՝ եկան եւ ըսին թէ հրեշտակներու տեսիլք ալ տեսան, որոնք ըսեր են թէ “ան ողջ է”:
Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər.
24 Մեզմէ ոմանք ալ գացին գերեզմանը, ու ա՛յնպէս գտան՝ ինչպէս ըսին այդ կիները. սակայն չտեսան զինք»:
Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».
25 Ան ալ ըսաւ անոնց. «Ո՛վ յիմարներ եւ դանդաղամիտներ՝ հաւատալու այն բոլոր բաներուն, որ մարգարէները խօսեցան:
Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər!
26 Միթէ Քրիստոս պէտք չէ՞ր այսպէս չարչարուէր, ու մտնէր իր փառքը»:
Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?»
27 Եւ սկսելով Մովսէսէն ու բոլոր Մարգարէներէն՝՝, կը մեկնէր անոնց՝ ի՛նչ որ գրուած էր իր մասին բոլոր Գիրքերուն մէջ:
Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.
28 Երբ մօտեցան այն գիւղին՝ ուր կ՚երթային, ինք կը ձեւացնէր թէ պիտի երթար աւելի՛ հեռաւոր տեղ մը:
Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı.
29 Բայց ստիպեցին զինք՝ ըսելով. «Մնացի՛ր մեր քով, որովհետեւ իրիկունը մօտ է եւ օրը՝ մթնցած»: Ու մտաւ՝ մնալու անոնց հետ:
Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.
30 Երբ սեղան նստաւ՝՝ անոնց հետ, առաւ հացը, օրհնեց, եւ կտրելով տուաւ անոնց:
İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi.
31 Այն ատեն անոնց աչքերը բացուեցան ու ճանչցան զինք, իսկ ինք աներեւոյթ եղաւ անոնցմէ:
Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu.
32 Անոնք ալ ըսին իրարու. «Մեր սիրտերը չէի՞ն բորբոքեր մեր ներսը՝ երբ ինք կը խօսէր ճամբան մեզի հետ, ու Գիրքերը կը բացատրէր մեզի»:
Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»
33 Եւ կանգնեցան, նոյն ժամուն վերադարձան Երուսաղէմ, ու համախմբուած գտան տասնմէկը եւ անոնց հետ եղողները,
Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər.
34 որոնք կ՚ըսէին. «Ի՛րապէս Տէրը յարութիւն առաւ ու երեւցաւ Սիմոնի»:
Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür».
35 Իրենք ալ պատմեցին ինչ որ պատահեցաւ ճամբան, եւ թէ ի՛նչպէս ինքզինք ճանչցուց իրենց՝ հացը կտրած ատեն:
Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.
36 Մինչ անոնք այսպէս կը խօսէին, Յիսուս ինք կայնեցաւ անոնց մէջտեղ ու ըսաւ անոնց. «Խաղաղութի՜ւն ձեզի»:
Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi.
37 Բայց անոնք՝ սարսափած եւ վախցած՝ կը կարծէին թէ ոգի՛ մը կը տեսնեն:
Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər.
38 Ըսաւ անոնց. «Ինչո՞ւ վրդոված էք, եւ ինչո՞ւ մտածումներ կը ծագին ձեր սիրտերուն մէջ:
Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir?
39 Տեսէ՛ք ձեռքերս ու ոտքերս, որ ես ինքս եմ. շօշափեցէ՛ք զիս եւ տեսէ՛ք, որովհետեւ ոգին մարմին ու ոսկորներ չ՚ունենար, ինչպէս կը տեսնէք զիս՝ որ ունիմ»:
Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».
40 Ասիկա ըսելով՝ ցուցուց անոնց ձեռքերն ու ոտքերը:
İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi.
41 Երբ իրենց ուրախութենէն՝ տակաւին չէին հաւատար եւ զարմանքի մէջ էին, ըսաւ անոնց. «Կերակուր մը ունի՞ք հոս»:
Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?»
42 Անոնք ալ կտոր մը խորոված ձուկ ու մեղրախորիսխ տուին իրեն:
Ona bir tikə bişmiş balıq verdilər.
43 Առաւ, կերաւ անոնց առջեւ,
İsa da yeməyi götürüb onların qabağında yedi.
44 եւ ըսաւ անոնց. «Ահա՛ւասիկ այն խօսքերը՝ որ ըսի ձեզի, երբ դեռ ձեզի հետ էի. “Պէտք է որ իրագործուին բոլոր բաները՝ որոնք գրուած են իմ մասիս Մովսէսի Օրէնքին մէջ, Մարգարէներուն մէջ եւ Սաղմոսներուն մէջ”»:
Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır».
45 Այն ատեն բացաւ անոնց միտքերը՝ որպէսզի հասկնան Գիրքերը,
Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı.
46 ու ըսաւ անոնց. «Ա՛յս գրուած է, եւ ա՛յսպէս պէտք էր որ Քրիստոս չարչարուէր, ու մեռելներէն յարութիւն առնէր երրորդ օրը.
İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir.
47 եւ անոր անունով ապաշխարութիւն ու մեղքերու ներում քարոզուէր բոլոր ազգերուն մէջ՝ սկսելով Երուսաղէմէն:
Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir.
48 Դո՛ւք էք այս բաներուն վկաները:
Siz bu hadisələrin şahidisiniz.
49 Եւ ահա՛ ես կը ղրկեմ ձեր վրայ իմ Հօրս խոստումը. բայց դուք կեցէ՛ք Երուսաղէմ քաղաքին մէջ, մինչեւ որ բարձրէն ղրկուած զօրութիւն հագնիք»:
Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm. Sizsə ucalardan gələn qüdrətə bürünənədək bu şəhərdə qalın».
50 Ու դուրս հանեց զանոնք՝ մինչեւ Բեթանիա, եւ իր ձեռքերը վերցնելով՝ օրհնեց զանոնք:
İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi;
51 Մինչ կ՚օրհնէր զանոնք՝ զատուեցաւ անոնցմէ, ու վերացաւ երկինք:
xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı.
52 Անոնք ալ երկրպագելով անոր՝ վերադարձան Երուսաղէմ մեծ ուրախութեամբ:
Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar.
53 Եւ ամէն ատեն տաճարին մէջ էին, ու կը գովաբանէին եւ կ՚օրհնէին Աստուած: Ամէն:
Onlar daim Allaha alqış edərək məbəddə olurdular.

< ՂՈԻԿԱՍ 24 >