< ԵԲՐԱՅԵՑԻՍ 4 >

1 Ուրեմն վախնա՛նք, որպէսզի ձեզմէ ո՛չ մէկը զրկուած թուի անոր հանգստավայրը մտնելու խոստումէն, որ մնացած է մեզի:
Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.
2 Որովհետեւ մեզի՛ ալ աւետուած էր՝ ինչպէս անոնց. բայց անոնց օգտակար չեղաւ այդ խօսքը լսելը, քանի որ հաւատքի միացած չէր լսողներուն մէջ:
Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.
3 Իսկ մենք՝ որ հաւատացինք, պիտի մտնենք հանգիստը, ինչպէս ըսաւ. «Հետեւաբար երդում ըրի իմ բարկութեանս մէջ. “Անոնք պիտի չմտնեն իմ հանգստավայրս”», թէպէտ իր գործերը աշխարհի հիմնադրութենէն ի վեր եղած էին:
Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır.
4 Որովհետեւ Գիրքը սա՛ կ՚ըսէ տեղ մը՝ եօթներորդ օրուան համար. «Եւ Աստուած եօթներորդ օրը հանգստացաւ իր բոլոր գործերէն»:
Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi».
5 Ու հոս դարձեալ կ՚ըսէ. «Անոնք պիտի չմտնեն իմ հանգստավայրս»:
Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər».
6 Ուրեմն, քանի որ ոմանց կը մնայ հոն մտնել, իսկ անոնք որ նախապէս ստացած էին աւետիսը՝ անհնազանդութեան պատճառով չմտան,
Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər.
7 դարձեալ օր մը կը սահմանէ՝ ա՛յնքան ժամանակէ ետք, եւ Դաւիթի բերանով կ՚ըսէ՝ «այսօր», ինչպէս ըսուեցաւ. «Այսօր, եթէ պիտի լսէք անոր ձայնը, մի՛ խստացնէք ձեր սիրտերը»:
Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz inadkar olmasın».
8 Որովհետեւ եթէ Յեսու հանգստացուցած ըլլար զանոնք, ա՛լ անկէ ետք պիտի չխօսէր ուրիշ օրուան մասին:
Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı.
9 Ուրեմն դեռ հանգիստի Շաբաթ մը կը մնայ Աստուծոյ ժողովուրդին.
Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.
10 որովհետեւ ա՛ն որ մտաւ անոր հանգստավայրը, ի՛նք ալ հանգստացաւ իր գործերէն, ինչպէս Աստուած՝ իրեններէն:
Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.
11 Ուրեմն ջանա՛նք մտնել այդ հանգստավայրը, որպէսզի ո՛չ մէկը իյնայ՝ նոյն անհնազանդութեան օրինակին պէս:
Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.
12 Որովհետեւ Աստուծոյ խօսքը կենարար է, ազդու, եւ ամէն երկսայրի սուրէ կտրուկ: Ան թափանցելով կը բաժնէ անձն ու հոգին, յօդերը եւ ծուծը. կը քննարկէ սիրտին մտածումներն ու մտադրութիւնները:
Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.
13 Չկայ արարած մը՝ որ աներեւոյթ ըլլայ անոր առջեւ, հապա ամէն բան մերկ ու բաց է անոր աչքերուն առջեւ՝ որուն պիտի տանք մեր հաշիւը:
Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
14 Ուրեմն, քանի որ ունինք երկինքը անցած մեծ Քահանայապետ մը, Յիսուսը՝ Աստուծոյ Որդին, ամո՛ւր բռնենք մեր դաւանութիւնը:
Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.
15 Արդարեւ մենք չունինք քահանայապետ մը՝ որ անկարող ըլլայ կարեկցիլ մեր տկարութիւններուն, հապա ինք ամէն բանի մէջ փորձուած է մեզի նման, սակայն առանց մեղքի:
Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
16 Ուրեմն համարձակութեա՛մբ մօտենանք շնորհքի գահին, որպէսզի ողորմութիւն ստանանք եւ շնորհք գտնենք՝ պատեհ ատեն օգնելու մեզի:
Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.

< ԵԲՐԱՅԵՑԻՍ 4 >