< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 28 >

1 Երբ փրկուեցան, գիտցան թէ այդ կղզիին անունը Մելիտէ էր: Բնիկ ժողովուրդը արտասովոր մարդասիրութիւն ցոյց տուաւ մեզի.
Xilas olandan sonra öyrəndik ki, adanın adı Maltadır.
2 որովհետեւ կրակ վառեցին եւ մեզ բոլորս ալ ընդունեցին՝ եկած անձրեւին ու ցուրտին պատճառով:
Oranın sakinləri bizə gözlənilməz bir mehribanlıq göstərdi. Hava yağışlı və soyuq olduğu üçün ocaq qalayıb hamımızı hərarətlə qarşıladılar.
3 Երբ Պօղոս առատ խռիւ ժողվեց եւ դրաւ կրակին վրայ, ջերմութենէն իժ մը ելաւ ու կառչեցաւ անոր ձեռքին:
Paul bir dəstə çırpı götürüb ocağa atdı. O zaman istinin təsirindən bir gürzə çıxıb onun əlinə yapışdı.
4 Երբ բնիկները տեսան այդ անասունը՝ կախուած անոր ձեռքէն, ըսին իրարու. «Անշուշտ ասիկա մարդասպան մըն է. թէպէտ փրկուեցաւ ծովէն, արդարութիւնը չթոյլատրեց որ ան ապրի»:
Oranın sakinləri Paulun əlinə ilanın yapışdığını görəndə bir-birlərinə dedilər: «Demək bu adam qatildir. Dənizdən xilas olsa da, ədalət ilahəsi onu yaşamağa qoymur».
5 Իսկ ինք թօթուեց անասունը կրակին մէջ, եւ ո՛չ մէկ վնաս կրեց:
Amma Paul əlini silkələyib ilanı oda ataraq heç bir xətər görmədi.
6 Անոնք ալ կը սպասէին որ ան ուռի, կամ յանկարծ մեռած իյնայ. բայց երբ շատ սպասեցին ու տեսան թէ ո՛չ մէկ անտեղի բան եղաւ անոր, իրենց կարծիքը փոխելով ըսին թէ “աստուած մըն է”:
Camaat gözləyirdi ki, Paulun bədəni şişəcək yaxud birdən-birə yıxılıb öləcək. Amma çox gözlədilər, ona heç nə olmadığını görəndə fikirlərini dəyişib dedilər: «Bu bir allahdır».
7 Այդ տեղին շրջակայքը կը գտնուէին ագարակները կղզիին գլխաւոր մարդուն, որուն անունը Պոպղիոս էր: Ան ընդունեց մեզ, եւ բարեսրտութեամբ հիւրընկալեց մեզ երեք օր:
O yerin yaxınlığında malikanə var idi ki, ora adanın baş məmuru Publi adlı bir şəxsin idi. Bu adam bizi öz evində qəbul etdi və üç gün bizə mehribanlıqla qonaqpərvərlik göstərdi.
8 Պոպղիոսի հայրը կը պառկէր՝ տենդով ու թանչքով հիւանդացած: Պօղոս մտաւ անոր քով, եւ աղօթելով՝ ձեռքերը դրաւ անոր վրայ ու բժշկեց զայն:
O ərəfədə Publinin atası qızdırma və qanlı ishal üzündən xəstə yatırdı. Paul xəstənin yanına gəldi və dua edərək əllərini onun üzərinə qoyub sağaltdı.
9 Երբ ասիկա պատահեցաւ, ուրիշ հիւանդներ ալ՝ որ այդ կղզիին մէջ կը գտնուէին՝ եկան եւ բուժուեցան:
Bu hadisədən sonra adadakı qalan xəstələr də gəlib şəfa tapdılar.
10 Ասոնք ալ մեծապէս պատուեցին մեզ, ու երբ կը մեկնէինք՝ հայթայթեցին մեզի պէտք եղած բաները:
Bizə çoxlu bəxşiş verərək şərəfləndirdilər. Biz dənizə çıxanda isə bizə lazım olan şeyləri gəmiyə yüklədilər.
11 Երեք ամիս ետք՝ մեկնեցանք աղեքսանդրիական նաւով մը, որ ձմերած էր այդ կղզին եւ ունէր Դիոսկուրացիներուն զինանշանը:
Üç aydan sonra qışı adada keçirmiş, başında Əkiz Tanrılar heykəlini gəzdirən bir İsgəndəriyyə gəmisi ilə dənizdən yelkən açdıq.
12 Սիրակուսա իջնելով՝ երեք օր մնացինք հոն.
Sirakuza şəhərinə çatıb üç gün orada qaldıq.
13 անկէ ալ շրջագայելով՝ հասանք Հռեգիոն: Մէկ օր ետք, երբ հարաւային հովը փչեց, երկրորդ օրը հասանք Պատեողոս:
Oradan yolumuza davam edərək Regiuma gəldik. Ertəsi gün əsməyə başlayan cənub küləyinin köməyi ilə iki günə Puteoliyə çatdıq.
14 Հոն գտանք եղբայրներ, որոնք աղաչեցին որ եօթը օր մնանք իրենց քով. եւ այսպէս գացինք Հռոմ:
Orada rastlaşdığımız imanlı bacı-qardaşlar bizdən xahiş etdilər ki, onların yanında bir həftə qalaq. Sonra Romaya çatdıq.
15 Երբ եղբայրները լսեցին մեր մասին, անկէ եկան մինչեւ Ապփիոսի Հրապարակը ու Երեք Պանդոկները՝ դիմաւորելու մեզ: Պօղոս ալ տեսնելով զանոնք՝ շնորհակալ եղաւ Աստուծմէ եւ քաջալերուեցաւ:
Bizdən xəbər tutan Romadakı imanlı bacı-qardaşlar bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görəndə Allaha şükür edib ürəkləndi.
16 Երբ մտանք Հռոմ, հարիւրապետը յանձնեց բանտարկեալները զօրագլուխին. իսկ Պօղոսի արտօնուեցաւ որ առանձին բնակի՝ զինք պահող զինուորի մը հետ:
Romaya gələndə Paula izin verildi ki, bir əsgərin nəzarəti altında tək yaşasın.
17 Երեք օր ետք ան հրաւիրեց Հրեաներուն գլխաւորները, ու երբ համախմբուեցան՝ ըսաւ անոնց. «Մարդի՛կ եղբայրներ, թէպէտ ես ժողովուրդին կամ հայրենական սովորութիւններուն դէմ ոչինչ ըրեր էի, Երուսաղէմի մէջ Հռոմայեցիներուն ձեռքը մատնուեցայ իբր բանտարկեալ:
Üç gün sonra Paul Yəhudilərin orada olan başçılarını toplantıya dəvət etdi. Onlar bir yerə yığılandan sonra Paul onlara belə dedi: «Soydaşlar, xalqımıza və ata-babalarımızın adət-ənənəsinə zidd heç nə etmədiyim halda Yerusəlimdə həbs edilib Romalılara təslim edildim.
18 Երբ անոնք հարցաքննեցին զիս՝ ուզեցին արձակել, որովհետեւ իմ վրաս մահուան արժանի ո՛չ մէկ պատճառ կար:
Onlar məni sorğu-suala çəkəndən sonra azad etmək istədilər. Çünki ölüm cəzasına layiq bir təqsirim yox idi.
19 Բայց երբ Հրեաները հակաճառեցին, հարկադրուեցայ բողոքել կայսրին, սակայն առանց որեւէ ամբաստանութիւն ունենալու ազգիս դէմ:
Amma Yəhudilər buna qarşı çıxanda məcbur olub qeysərin məhkəməsinə müraciət etmək istədim, lakin öz millətimi heç nədə ittihamlandırmaq istəmirdim.
20 Ուրեմն ասոր համար կանչեցի ձեզ՝ որպէսզի տեսնեմ ձեզ եւ խօսիմ ձեզի. որովհետեւ Իսրայէլի յոյսին համար կը կրեմ այս շղթան»:
Bu səbəbdən sizi buraya görüşüb söhbət etmək üçün çağırmışam. Axı mən İsrailin ümidi uğrunda belə zəncirlənmişəm».
21 Անոնք ալ ըսին իրեն. «Մենք քու մասիդ Հրէաստանէն ո՛չ գրութիւն ընդունեցինք, ո՛չ ալ եղբայրներէն մէկը հոս գալով՝ չարութիւն մը պատմեց կամ խօսեցաւ քու մասիդ:
Onlar Paula dedilər: «Yəhudeyadan sənin barəndə nə məktub almışıq, nə də buraya gələn soydaşlardan kimsə sənin barəndə bizə xəbər gətirərək pis bir söz deyib.
22 Բայց արժանավայել է լսել քեզմէ թէ դուն ի՛նչ կը մտածես. որովհետեւ մենք տեղեկացած ենք այդ աղանդին մասին՝ թէ ամէնուրեք ատոր դէմ կը խօսին»:
Biz sənin fikirlərini sənin özündən eşitmək istəyirik. Çünki hər yerdə bu təriqətə qarşı çıxıldığını bilirik».
23 Երբ որոշեցին օր մը անոր հետ, շատեր գացին անոր քով՝ իր հիւրանոցը: Անոնց կը բացատրէր Աստուծոյ թագաւորութիւնը եւ կը վկայէր անոր մասին. առտուընէ մինչեւ իրիկուն կը համոզէր զանոնք՝ փաստարկելով Յիսուսի մասին թէ՛ Մովսէսի Օրէնքէն, թէ՛ ալ Մարգարէներէն:
Bir gün təyin edib, həmin gün daha böyük kütlə ilə Paulun qaldığı yerə gəldilər. Paul səhərdən axşamacan Allahın Padşahlığından şəhadət edərək onlara açıqlama verdi, həm Musanın Qanunundan, həm də Peyğəmbərlərin yazdıqlarından onları İsaya inandırmağa çalışdı.
24 Ոմանք անսացին ըսածներուն, ոմանք ալ չհաւատացին:
Bəziləri onun sözlərinə inandı, bəziləri isə inanmadı.
25 Իրարու հետ չհամաձայնած՝ բաժնուեցան, երբ Պօղոս խօսք մըն ալ ըսաւ. «Սուրբ Հոգին ճիշդ խօսեցաւ մեր հայրերուն՝ Եսայի մարգարէին միջոցով,
Bir-birləri ilə razılığa gəlməyəndə Paulun bu son sözlərinə qulaq asıb ayrıldılar: «Müqəddəs Ruh Yeşaya peyğəmbərin vasitəsilə ata-babalarınıza bu gözəl sözü dedi:
26 ըսելով. “Գնա՛ այս ժողովուրդին եւ ըսէ՛. «Շատ պիտի լսէք՝ բայց պիտի չհասկնաք, շատ պիտի տեսնէք՝ բայց պիտի չըմբռնէք:
“Get bu xalqa bunu çatdır: ‹Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.
27 Որովհետեւ այս ժողովուրդին սիրտը թանձրացաւ. իրենց ականջներով ծանր լսեցին եւ իրենց աչքերը գոցեցին, որպէսզի իրենց աչքերով չտեսնեն, ականջներով չլսեն, սիրտով չհասկնան եւ դարձի չգան, ու ես չբժշկեմ զանոնք»”:
Çünki bu xalqın ürəyi kütləşdi, Qulaqları ağır eşitdi, Gözlərini yumdular ki, Gözləri ilə görməsinlər, Qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim›”.
28 Ուրեմն գիտցէ՛ք թէ Աստուծոյ փրկութիւնը ղրկուեցաւ հեթանոսներուն, եւ անո՛նք մտիկ պիտի ընեն»:
İndi bilin ki, Allahın verdiyi bu xilas başqa millətlərə göndərilib və onlar buna qulaq asacaqlar».
29 Ու երբ ըսաւ ասիկա, Հրեաները մեկնեցան՝ սաստիկ վիճաբանելով իրարու հետ:
30 Պօղոս լման երկու տարի բնակեցաւ իր վարձած տունը,
Paul düz iki il kirayə tutduğu evdə qalıb yanına gələnlərin hamısını qəbul edirdi.
31 ու կ՚ընդունէր բոլոր իրեն եկողները՝ քարոզելով Աստուծոյ թագաւորութիւնը եւ սորվեցնելով Տէր Յիսուս Քրիստոսի մասին՝ ամբողջ համարձակութեամբ, առանց արգելքի:
Heç bir maneə olmadan tam bir cəsarətlə Allahın Padşahlığını vəz edir və Rəbb İsa Məsihlə bağlı həqiqətləri öyrədirdi.

< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 28 >