< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 27 >

1 Երբ որոշուեցաւ նաւարկել դէպի Իտալիա, Պօղոսը եւ ուրիշ քանի մը բանտարկեալներ յանձնեցին հարիւրապետի մը՝ որուն անունը Յուլիոս էր, Սեբաստեան գունդէն:
İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər.
2 Մտնելով ադրամինտական նաւ մը՝ մեկնեցանք, եւ պիտի նաւարկէինք Ասիայի ծովեզերքէն. մեզի հետ էր նաեւ Արիստարքոս Մակեդոնացին՝ Թեսաղոնիկէէն:
Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi.
3 Հետեւեալ օրը իջանք Սիդոն. Յուլիոս՝ մարդասիրութեամբ վարուելով Պօղոսի հետ՝ արտօնեց որ երթայ բարեկամներուն եւ վայելէ անոնց խնամքը:
Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin.
4 Մեկնելով անկէ՝ նաւարկեցինք Կիպրոսի վարի կողմէն, քանի որ հովերը հակառակ էին:
Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik.
5 Յետոյ՝ նաւարկելով Կիլիկիայի ու Պամփիւլիայի ծովուն մէջէն՝ իջանք Լիկիայի Միւռա քաղաքը:
Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik.
6 Հարիւրապետը գտաւ հոն աղեքսանդրիական նաւ մը՝ որ կ՚երթար Իտալիա, ու մեզ մտցուց անոր մէջ:
Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi.
7 Շատ օրեր դանդաղօրէն նաւարկելէ ետք՝ հազիւ հասանք Կնիդոսի դիմաց. քանի հովը չէր թոյլատրեր, Կրետէի վարի կողմէն՝ Սաղմոնայի դիմացէն նաւարկեցինք,
Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik.
8 եւ դժուարութեամբ անկէ անցնելով՝ եկանք տեղ մը, որ կը կոչուէր Գեղեցիկ նաւահանգիստ. անոր մօտ էր Ղասեա քաղաքը:
Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq.
9 Երբ բաւական ժամանակ անցաւ, ու նաւարկութիւնը արդէն վտանգաւոր էր՝ քանի որ ծոմին ատենն ալ արդէն անցած էր, Պօղոս յորդորեց զանոնք՝
Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək
10 ըսելով. «Մարդի՛կ, ես կը նշմարեմ թէ այս նաւարկութիւնը պիտի ըլլայ վնասով ու կորուստով, ո՛չ միայն բեռին եւ նաւուն՝ հապա մեր անձերուն ալ»:
dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək».
11 Բայց հարիւրապետը կ՚անսար աւելի նաւավարին ու նաւատիրոջ՝ քան Պօղոսի խօսքերուն:
Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu.
12 Եւ քանի որ այդ նաւահանգիստը անյարմար էր ձմերելու, շատեր կը թելադրէին մեկնիլ անկէ, որպէսզի ջանային հասնիլ Փիւնիկէ, որ Կրետէի մէկ նաւահանգիստն է ու կը նայի դէպի հարաւ-արեւմուտք եւ հիւսիս-արեւմուտք, ու հոն ձմերել:
Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi.
13 Երբ հարաւային հովը մեղմութեամբ փչեց, կարծելով թէ հասած են իրենց առաջադրութեան՝ թուլցուցին խարիսխը ու նաւարկեցին Կրետէի քովէն:
Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər.
14 Բայց քիչ ետք՝ անոր դէմ ելաւ մրրկալից հով մը, որ կը կոչուէր Եւրակիկլոն:
Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu.
15 Երբ նաւը յափշտակուեցաւ եւ չկրցաւ դիմադրել հովին, թողուցինք որ քշուի:
Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı.
16 Սուրալով Կղօդա կոչուող փոքր կղզիի մը վարի կողմէն՝ հազիւ կրցանք բռնել մակոյկը:
Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik.
17 Երբ վերցուցին զայն, օգնութեան միջոցներ գործածելով՝ տակէն կապեցին նաւը: Վախնալով որ իյնան յորձանուտը՝ իջեցուցին առագաստը, եւ ա՛յդպէս կը քշուէին:
Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı.
18 Քանի սաստիկ մրրիկի մէջ էինք, յաջորդ օրը դուրս նետեցին բեռները:
Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar.
19 Իսկ երրորդ օրը՝ մենք մեր ձեռքերով դուրս նետեցինք նաւուն գործիքները:
Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar.
20 Երբ շատ օրեր՝ ո՛չ արեւ, ո՛չ ալ աստղեր երեւցան, ու սաստիկ մրրիկ կար մեզի դէմ, ա՛լ փրկուելու ամէն յոյս կտրուեցաւ մեզմէ:
Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı.
21 Քանի որ շատ օրերէ ի վեր անօթի էին, Պօղոս՝ կայնելով անոնց մէջ՝ ըսաւ. «Մարդի՛կ, պէտք էր որ մտիկ ընէիք ինծի ու չնաւարկէիք Կրետէէն, եւ չկրէիք այս վնասն ու կորուստը:
Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz.
22 Իսկ հիմա կը յորդորեմ ձեզ որ ոգեւորուիք, քանի որ ձեզմէ ո՛չ մէկուն անձը պիտի կորսուի, բայց միայն նաւը:
İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq.
23 Արդարեւ այս գիշեր քովս կայնեցաւ հրեշտակը այն Աստուծոյն, որուն կը պատկանիմ եւ որ կը պաշտեմ,
Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi:
24 ու ըսաւ. “Մի՛ վախնար, Պօղո՛ս. դուն պէտք է որ կայսրին ներկայանաս. եւ ահա՛ Աստուած շնորհեց քեզի բոլոր անոնք՝ որ կը նաւարկեն քեզի հետ”:
“Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”.
25 Ուստի, մարդի՛կ, ոգեւորուեցէ՛ք, որովհետեւ ես կը հաւատամ Աստուծոյ. պիտի ըլլայ այնպէս՝ ինչպէս ըսուեցաւ ինծի:
Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq.
26 Սակայն պէտք է որ նաւը կղզիի մը առջեւ խրի՝՝»:
Amma bizə bir adaya düşmək lazımdır».
27 Երբ տասնչորրորդ գիշերն էր՝ որ կը տարուբերուէինք Ադրիական ծովուն մէջ, կէս գիշերին նաւաստիները ենթադրեցին թէ մօտեցած են ցամաքի մը:
On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar.
28 Ձգելով խորաչափը՝ գտան քսան գրկաչափ. քիչ մը յառաջ երթալով՝ դարձեալ ձգեցին, ու գտան տասնհինգ գրկաչափ:
Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır.
29 Վախնալով որ գուցէ զարնուինք խարակներու՝՝, ետեւի կողմէն ձգեցին չորս խարիսխ, եւ կ՚ըղձային որ առտու ըլլայ:
Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər.
30 Իսկ նաւաստիները կը ջանային փախչիլ նաւէն, ու ծովը իջեցուցին մակոյկը՝ պատրուակելով թէ առջեւի կողմէն ալ պիտի ձգեն խարիսխներ:
Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər.
31 Բայց Պօղոս ըսաւ հարիւրապետին ու զինուորներուն. «Եթէ ասոնք չմնան նաւուն մէջ՝ դուք չէք կրնար փրկուիլ»:
Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz».
32 Այն ատեն զինուորները կտրեցին մակոյկին չուանները, եւ թողուցին որ դուրս իյնայ:
Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar.
33 Մինչ առտուն կը մօտենար, Պօղոս կ՚աղաչէր բոլորին որ կերակուր ուտեն՝ ըսելով. «Այսօր տասնչորս օր է՝ որ դուք սպասելով անօթի մնացած էք, ու ոչինչ կերած էք:
Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız.
34 Ուստի կ՚աղաչեմ ձեզի՝ որ կերակուր ուտէք, որովհետեւ ասիկա՛ ալ ձեր փրկութեան համար է. քանի որ ձեզմէ ո՛չ մէկուն գլուխէն մա՛զ մը պիտի իյնայ»:
Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq».
35 Այսպէս խօսելէ ետք՝ հաց առաւ, բոլորին առջեւ շնորհակալ եղաւ Աստուծմէ, ու կտրելով սկսաւ ուտել:
Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı.
36 Բոլորն ալ ոգեւորուեցան, եւ իրենք ալ կերակուր կերան:
Bundan hamı ürəklənib yemək yedi.
37 Նաւուն մէջ՝ բոլորս երկու հարիւր եօթանասունվեց անձ էինք:
Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik.
38 Երբ կշտացան կերակուրով, թեթեւցուցին նաւը՝ ծովը թափելով ցորենը:
Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər.
39 Երբ առտու եղաւ՝ չէին ճանչնար ցամաքը. բայց նշմարելով ծոց մը՝ որ ծովեզերք ունէր, ծրագրեցին նաւը խրել անոր մէջ՝ եթէ կարելի ըլլար:
Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada oturtsunlar.
40 Ուստի ծովը թողուցին խարիսխները՝ կտրելով պարանները, թուլցուցին ղեկերուն պարանները, եւ հովին բանալով առագաստը՝ ուղղուեցան դէպի այդ ծովեզերքը:
Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər.
41 Զարնուելով աւազակոյտի մը՝՝, խրեցին նաւը. առջեւի կողմը մխրճուելով՝ մնաց անշարժ, իսկ ետեւի կողմը կը քակուէր ալիքներուն սաստկութենէն:
Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı.
42 Զինուորներն ալ ծրագրեցին սպաննել բանտարկեալները, որպէսզի անոնցմէ ո՛չ մէկը լողալով փախչի:
Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın.
43 Բայց հարիւրապետը, որ կը փափաքէր փրկել Պօղոսը, արգելք եղաւ անոնց ծրագիրին: Հրամայեց որ լողալ գիտցողնե՛րը նախ ծով նետուին ու ցամաք ելլեն.
Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər,
44 իսկ միւսները հետեւին՝ ոմանք տախտակներով, եւ ոմանք՝ նաւուն ուրիշ բաներով: Այսպէս՝ բոլորը ազատելով ցամաք հասան:
sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı.

< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 27 >