< ԱՌԱՋԻՆ ԿՈՐՆԹԱՑԻՍ 11 >

1 Ինծի՛ նմանեցէք, ինչպէս ես ալ՝ Քրիստոսի:
Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.
2 Կը գովեմ ձեզ, եղբայրնե՛ր, որ ամէն բանի մէջ կը յիշէք զիս ու կը պահէք սորվեցուցածներս՝ ինչպէս ես աւանդեցի ձեզի:
Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm.
3 Բայց կ՚ուզեմ որ գիտնաք թէ ամէն այր մարդու գլուխը Քրիստոսն է, ու կնոջ գլուխը՝ այր մարդը, եւ Քրիստոսի գլուխը՝ Աստուած:
Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır.
4 Ամէն այր մարդ՝ որ կ՚աղօթէ կամ կը մարգարէանայ ծածկուած գլուխով, կ՚անպատուէ իր գլուխը:
Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir.
5 Իսկ ամէն կին՝ որ կ՚աղօթէ կամ կը մարգարէանայ չծածկուած գլուխով, կ՚անպատուէ իր գլուխը. քանի որ միեւնոյնն է՝ որպէս թէ ածիլուած ըլլար:
Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur.
6 Որովհետեւ եթէ կինը չի ծածկուիր, թող կտրէ իր մազերն ալ. իսկ եթէ ամօթ է կնոջ մը՝ իր մազերը կտրելը կամ ածիլուիլը, թող ծածկուի:
Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün.
7 Արդարեւ այր մարդը պարտաւոր չէ ծածկել գլուխը, քանի որ Աստուծոյ պատկերն ու փառքն է. բայց կինը՝ մարդո՛ւն փառքն է:
Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir.
8 Որովհետեւ ո՛չ թէ այր մարդը կնոջմէն է, հապա՝ կինը այր մարդէն.
Çünki kişi qadından yox, qadın kişidən yarandı.
9 ո՛չ ալ այր մարդը ստեղծուեցաւ կնոջ համար, հապա՝ կինը մարդուն համար:
Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı.
10 Հետեւաբար կինը պարտաւոր է շուք դնել իր գլուխին՝ հրեշտակներուն պատճառով:
Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyarı olmalıdır.
11 Սակայն ո՛չ այր մարդը առանց կնոջ է, ո՛չ ալ կինը առանց այր մարդու՝ Տէրոջմով:
Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir.
12 Որովհետեւ ինչպէս կինը այր մարդէն է, նոյնպէս ալ այր մարդը կնոջ միջոցով. բայց ամէն բան՝ Աստուծմէ:
Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır.
13 Դո՛ւք ձեզմէ դատեցէք. պատշա՞ճ է որ կին մը աղօթէ Աստուծոյ՝ չծածկուած գլուխով:
Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?
14 Նոյնինքն բնութիւնն ալ չի՞ սորվեցներ ձեզի, թէ այր մարդ մը եթէ երկար մազեր ունի, ատիկա անպատուութիւն է իրեն:
Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik,
15 Իսկ կին մը եթէ երկար մազեր ունի, ատիկա փառք է իրեն. որովհետեւ մազերը ծածկոցի տեղ տրուած են իրեն:
qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib.
16 Սակայն եթէ մէկուն յարմար թուի հակառակիլ, ո՛չ մենք այդպիսի սովորութիւն ունինք, ո՛չ ալ Աստուծոյ եկեղեցիները:
Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, bizim də, Allahın cəmiyyətlərinin də belə bir adəti yoxdur.
17 Բայց ասիկա պատուիրելով՝ չեմ գովեր ձեզ, որովհետեւ ձեր համախմբումը ո՛չ թէ աւելի լաւ՝ հապա աւելի գէշ արդիւնք կ՚ունենայ.
Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm.
18 քանի որ նախ՝ երբ կը համախմբուիք եկեղեցիին մէջ, կը լսեմ թէ պառակտումներ կ՚ըլլան ձեր մէջ, եւ մասամբ կը հաւատամ:
Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram.
19 Արդարեւ պէտք է որ հերձուածներ ալ ըլլան ձեր մէջ, որպէսզի երեւան ելլեն անո՛նք՝ որ գնահատելի են ձեր մէջ:
Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır!
20 Ուրեմն երբ դուք կը համախմբուիք տեղ մը, ատիկա Տէրոջ ընթրիքը ուտել չէ.
Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil.
21 որովհետեւ՝ ուտելու ատեն՝ իւրաքանչիւրը նախ կ՚ուտէ իր ընթրիքը. մէկը անօթի կը մնայ, իսկ միւսը կ՚արբենայ:
Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur.
22 Միթէ տուն չունի՞ք՝ ուտելու եւ խմելու համար. կամ կ՚արհամարհէ՞ք Աստուծոյ եկեղեցին, եւ կ՚ամչցնէք չքաւորները: Ի՞նչ ըսեմ ձեզի, գովե՞մ ձեզ այս բանին համար. չեմ գովեր:
Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm.
23 Արդարեւ ես Տէրոջմէն ընդունեցի զայն՝ որ ձեզի ալ աւանդեցի, թէ Տէր Յիսուս՝ իր մատնուած գիշերը՝ հաց առաւ,
Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü,
24 ու շնորհակալ ըլլալէ ետք՝ կտրեց եւ ըսաւ. «Առէ՛ք ու կերէ՛ք, ա՛յս է իմ մարմինս՝ որ կը կտրուի ձեզի համար. ըրէ՛ք ասիկա՝ իմ յիշատակիս համար»:
şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
25 Նոյնպէս ալ՝ ընթրիքէն ետք՝ բաժակը առաւ ու ըսաւ. «Այս բաժակը նո՛ր ուխտն է՝ իմ արիւնովս. ըրէ՛ք ասիկա՝ քանի՛ անգամ որ խմէք՝ իմ յիշատակիս համար:
Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».
26 Որովհետեւ քանի անգամ որ ուտէք այս հացը եւ խմէք այս բաժակը, Տէրոջ մահը կը պատմէք՝ մինչեւ որ ինք գայ»:
Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.
27 Հետեւաբար ո՛վ որ ուտէ այս հացը կամ խմէ Տէրոջ բաժակը անարժանաբար, պարտապան պիտի ըլլայ Տէրոջ մարմինին եւ արիւնին:
Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır.
28 Ուրեմն իւրաքանչիւրը թող քննէ ինքզինք, ու ա՛յդպէս ուտէ հացէն եւ խմէ բաժակէն:
Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.
29 Որովհետեւ ա՛ն որ կ՚ուտէ ու կը խմէ անարժանաբար, կ՚ուտէ ու կը խմէ ինքնիր դատապարտութիւնը, քանի որ չի զատորոշեր Տէրոջ մարմինը:
Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir.
30 Այս պատճառով շատեր ձեր մէջ տկար եւ հիւանդ են, ու շատեր ալ կը ննջեն:
Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir.
31 Որովհետեւ եթէ մենք մեզ դատէինք՝ չէինք դատուեր:
Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik.
32 Իսկ երբ կը դատուինք՝ կը պատժուինք Տէրոջմէն, որպէսզի չդատապարտուինք աշխարհի հետ:
Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.
33 Հետեւաբար, եղբայրնե՛րս, երբ կը համախմբուիք ուտելու համար՝ սպասեցէ՛ք իրարու:
Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin.
34 Իսկ եթէ մէկը անօթի է՝ թող ուտէ իր տան մէջ, որպէսզի չհամախմբուիք դատապարտութեան համար: Մնացածը պիտի պատուիրեմ՝ երբ գամ:
Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam.

< ԱՌԱՋԻՆ ԿՈՐՆԹԱՑԻՍ 11 >