< اَلْمَزَامِيرُ 94 >

يَا إِلَهَ ٱلنَّقَمَاتِ يَارَبُّ، يَا إِلَهَ ٱلنَّقَمَاتِ، أَشْرِقِ. ١ 1
Ya Rəbb, qisas alan Allah! Ey qisas alan Allah, nurunu saç!
ٱرْتَفِعْ يَا دَيَّانَ ٱلْأَرْضِ. جَازِ صَنِيعَ ٱلْمُسْتَكْبِرِينَ. ٢ 2
Ey dünyanın Hakimi, qalx, Təkəbbürlülərin əvəzini ödə!
حَتَّى مَتَى ٱلْخُطَاةُ يَارَبُّ، حَتَّى مَتَى ٱلْخُطَاةُ يَشْمَتُونَ؟ ٣ 3
Ya Rəbb, nə vaxtadək pislər – Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər?
يُبِقُّونَ، يَتَكَلَّمُونَ بِوَقَاحَةٍ. كُلُّ فَاعِلِي ٱلْإِثْمِ يَفْتَخِرُونَ. ٤ 4
Dillərindən lovğa sözlər tökülür, Bütün şər iş görənlər öyünürlər.
يَسْحَقُونَ شَعْبَكَ يَارَبُّ، وَيُذِلُّونَ مِيرَاثَكَ. ٥ 5
Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər.
يَقْتُلُونَ ٱلْأَرْمَلَةَ وَٱلْغَرِيبَ، وَيُمِيتُونَ ٱلْيَتِيمَ. ٦ 6
Dul qadını və qəribi öldürürlər, Yetimləri qırırlar.
وَيَقُولُونَ: «ٱلرَّبُّ لَا يُبْصِرُ، وَإِلَهُ يَعْقُوبَ لَا يُلَاحِظُ». ٧ 7
Belə deyirlər: «Rəbb heç nə görmür, Yaqubun Allahı heç nə dərk etmir».
اِفْهَمُوا أَيُّهَا ٱلْبُلَدَاءُ فِي ٱلشَّعْبِ، وَيَا جُهَلَاءُ مَتَى تَعْقِلُونَ؟ ٨ 8
Dərk edin, ey xalqın nadanları! Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
ٱلْغَارِسُ ٱلْأُذُنِ أَلَا يَسْمَعُ؟ ٱلصَّانِعُ ٱلْعَيْنَ أَلَا يُبْصِرُ؟ ٩ 9
Qulaqları yaradan eşitməzmi? Gözlərə quruluş verən görməzmi?
ٱلْمُؤَدِّبُ ٱلْأُمَمَ أَلَا يُبَكِّتُ؟ ٱلْمُعَلِّمُ ٱلْإِنْسَانَ مَعْرِفَةً. ١٠ 10
Məgər millətlərə təlim verən, İnsanlara bilik öyrədən tənbeh etməzmi?
ٱلرَّبُّ يَعْرِفُ أَفْكَارَ ٱلْإِنْسَانِ أَنَّهَا بَاطِلَةٌ. ١١ 11
Rəbb insanın düşüncələrini görər, Bunların boş olduğunu bilər.
طُوبَى لِلرَّجُلِ ٱلَّذِي تُؤَدِّبُهُ يَارَبُّ، وَتُعَلِّمُهُ مِنْ شَرِيعَتِكَ ١٢ 12
Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən, Öz qanununu öyrətmisən!
لِتُرِيحَهُ مِنْ أَيَّامِ ٱلشَّرِّ، حَتَّى تُحْفَرَ لِلشِّرِّيرِ حُفْرَةٌ. ١٣ 13
Pislər üçün qəbir qazılanadək Onu dar gündən çıxarıb dinclik verəcəksən.
لِأَنَّ ٱلرَّبَّ لَا يَرْفُضُ شَعْبَهُ، وَلَا يَتْرُكُ مِيرَاثَهُ. ١٤ 14
Çünki Rəbb xalqını Özündən ayırmaz, İrsini Öz əlindən verməz.
لِأَنَّهُ إِلَى ٱلْعَدْلِ يَرْجِعُ ٱلْقَضَاءُ، وَعَلَى أَثَرِهِ كُلُّ مُسْتَقِيمِي ٱلْقُلُوبِ. ١٥ 15
Yenə ədalətli hökmlər çıxarılacaq, Ürəyidüz olanlar haqqın ardınca gedəcək.
مَنْ يَقُومُ لِي عَلَى ٱلْمُسِيئِينَ؟ مَنْ يَقِفُ لِي ضِدَّ فَعَلَةِ ٱلْإِثْمِ؟ ١٦ 16
Kim mənim üçün pislərə qarşı durar? Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
لَوْلَا أَنَّ ٱلرَّبَّ مُعِينِي، لَسَكَنَتْ نَفْسِي سَرِيعًا أَرْضَ ٱلسُّكُوتِ. ١٧ 17
Əgər Rəbb köməyim olmasaydı, Canım sükut diyarına vaxtsız köçərdi.
إِذْ قُلْتُ: «قَدْ زَلَّتْ قَدَمِي» فَرَحْمَتُكَ يَارَبُّ تَعْضُدُنِي. ١٨ 18
Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
عِنْدَ كَثْرَةِ هُمُومِي فِي دَاخِلِي، تَعْزِيَاتُكَ تُلَذِّذُ نَفْسِي. ١٩ 19
Mən daxilən çox narahat olarkən Təsəlli verərək məni fərəhləndirirsən.
هَلْ يُعَاهِدُكَ كُرْسِيُّ ٱلْمَفَاسِدِ، ٱلْمُخْتَلِقُ إِثْمًا عَلَى فَرِيضَةٍ؟ ٢٠ 20
Qanun bəhanəsi ilə şər quran Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
يَزْدَحِمُونَ عَلَى نَفْسِ ٱلصِّدِّيقِ، وَيَحْكُمُونَ عَلَى دَمٍ زَكِيٍّ. ٢١ 21
Əlbir olub salehlərin canına qəsd qururlar, Məhkum edib təqsirsizin qanına bais olurlar.
فَكَانَ ٱلرَّبُّ لِي صَرْحًا، وَإِلَهِي صَخْرَةَ مَلْجَإِي. ٢٢ 22
Amma Rəbb mənə qala oldu, Allahım mənə sığınacaq bir qaya oldu!
وَيَرُدُّ عَلَيْهِمْ إِثْمَهُمْ، وَبِشَرِّهِمْ يُفْنِيهِمْ. يُفْنِيهِمُ ٱلرَّبُّ إِلَهُنَا. ٢٣ 23
Pislərin şər işlərini başlarına gətirəcək, Pisliklərinə görə onları yox edəcək, Bəli, Allahımız Rəbb onları yox edəcək!

< اَلْمَزَامِيرُ 94 >