< اَلْمَزَامِيرُ 72 >

لِسُلَيْمَانَ اَللَّهُمَّ، أَعْطِ أَحْكَامَكَ لِلْمَلِكِ، وَبِرَّكَ لِٱبْنِ ٱلْمَلِكِ. ١ 1
Süleymanın məzmuru. Ey Allah, padşaha ədalət ver, Şah oğluna salehlik ver.
يَدِينُ شَعْبَكَ بِٱلْعَدْلِ، وَمَسَاكِينَكَ بِٱلْحَقِّ. ٢ 2
Qoy Sənin xalqına salehliklə, Məzlumlara ədalətlə hakimlik etsin.
تَحْمِلُ ٱلْجِبَالُ سَلَامًا لِلشَّعْبِ، وَٱلْآكَامُ بِٱلْبِرِّ. ٣ 3
Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın.
يَقْضِي لِمَسَاكِينِ ٱلشَّعْبِ. يُخَلِّصُ بَنِي ٱلْبَائِسِينَ، وَيَسْحَقُ ٱلظَّالِمَ. ٤ 4
Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin.
يَخْشَوْنَكَ مَا دَامَتِ ٱلشَّمْسُ، وَقُدَّامَ ٱلْقَمَرِ إِلَى دَوْرٍ فَدَوْرٍ. ٥ 5
Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun.
يَنْزِلُ مِثْلَ ٱلْمَطَرِ عَلَى ٱلْجُزَازِ، وَمِثْلَ ٱلْغُيُوثِ ٱلذَّارِفَةِ عَلَى ٱلْأَرْضِ. ٦ 6
Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün.
يُشْرِقُ فِي أَيَّامِهِ ٱلصِّدِّيقُ، وَكَثْرَةُ ٱلسَّلَامِ إِلَى أَنْ يَضْمَحِلَّ ٱلْقَمَرُ. ٧ 7
Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın.
وَيَمْلِكُ مِنَ ٱلْبَحْرِ إِلَى ٱلْبَحْرِ، وَمِنَ ٱلنَّهْرِ إِلَى أَقَاصِي ٱلْأَرْضِ. ٨ 8
Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
أَمَامَهُ تَجْثُو أَهْلُ ٱلْبَرِّيَّةِ، وَأَعْدَاؤُهُ يَلْحَسُونَ ٱلتُّرَابَ. ٩ 9
Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun.
مُلُوكُ تَرْشِيشَ وَٱلْجَزَائِرِ يُرْسِلُونَ تَقْدِمَةً. مُلُوكُ شَبَا وَسَبَإٍ يُقَدِّمُونَ هَدِيَّةً. ١٠ 10
Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin.
وَيَسْجُدُ لَهُ كُلُّ ٱلْمُلُوكِ. كُلُّ ٱلْأُمَمِ تَتَعَبَّدُ لَهُ. ١١ 11
Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
لِأَنَّهُ يُنَجِّي ٱلْفَقِيرَ ٱلْمُسْتَغِيثَ، وَٱلْمِسْكِينَ إِذْ لَا مُعِينَ لَهُ. ١٢ 12
Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır.
يُشْفِقُ عَلَى ٱلْمِسْكِينِ وَٱلْبَائِسِ، وَيُخَلِّصُ أَنْفُسَ ٱلْفُقَرَاءِ. ١٣ 13
Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir.
مِنَ ٱلظُّلْمِ وَٱلْخَطْفِ يَفْدِي أَنْفُسَهُمْ، وَيُكْرَمُ دَمُهُمْ فِي عَيْنَيْهِ. ١٤ 14
Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir.
وَيَعِيشُ وَيُعْطِيهِ مِنْ ذَهَبِ شَبَا. وَيُصَلِّي لِأَجْلِهِ دَائِمًا. ٱلْيَوْمَ كُلَّهُ يُبَارِكُهُ. ١٥ 15
Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin.
تَكُونُ حُفْنَةُ بُرٍّ فِي ٱلْأَرْضِ فِي رُؤُوسِ ٱلْجِبَالِ. تَتَمَايَلُ مِثْلَ لُبْنَانَ ثَمَرَتُهَا، وَيُزْهِرُونَ مِنَ ٱلْمَدِينَةِ مِثْلَ عُشْبِ ٱلْأَرْضِ. ١٦ 16
Qoy ölkənin zəmiləri bol olsun, Dağların başında dalğalansın. Bu ölkə Livan kimi məhsul versin, Qoy şəhərin əhalisi ot kimi bitsin.
يَكُونُ ٱسْمُهُ إِلَى ٱلدَّهْرِ. قُدَّامَ ٱلشَّمْسِ يَمْتَدُّ ٱسْمُهُ، وَيَتَبَارَكُونَ بِهِ. كُلُّ أُمَمِ ٱلْأَرْضِ يُطَوِّبُونَهُ. ١٧ 17
Qoy padşahın adı əbədi qalsın, Günəşin ömrü tək adı var olsun. Onun vasitəsilə insanlar xeyir-dua alsın, Onu bütün millətlər bəxtiyar adlandırsın!
مُبَارَكٌ ٱلرَّبُّ ٱللهُ إِلَهُ إِسْرَائِيلَ، ٱلصَّانِعُ ٱلْعَجَائِبَ وَحْدَهُ. ١٨ 18
Alqış olsun Rəbb Allaha, İsrailin Allahına, Xariqələrin yeganə yaradanına!
وَمُبَارَكٌ ٱسْمُ مَجْدِهِ إِلَى ٱلدَّهْرِ، وَلْتَمْتَلِئِ ٱلْأَرْضُ كُلُّهَا مِنْ مَجْدِهِ. آمِينَ ثُمَّ آمِينَ. ١٩ 19
Onun şərəfli adına əbədi alqış olsun, Bütün yer üzü Onun izzətinə bürünsün! Amin! Amin!
تَمَّتْ صَلَوَاتُ دَاوُدَ بْنِ يَسَّى ٢٠ 20
Yessey oğlu Davudun duaları burada sona çatır.

< اَلْمَزَامِيرُ 72 >