< اَلْمَزَامِيرُ 55 >

لِإِمَامِ ٱلْمُغَنِّينَ عَلَى «ذَوَاتِ ٱلْأَوْتَارِ». قَصِيدَةٌ لِدَاوُدَ اِصْغَ يَا ٱللهُ إِلَى صَلَاتِي، وَلَا تَتَغَاضَ عَنْ تَضَرُّعِي. ١ 1
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə!
ٱسْتَمِعْ لِي وَٱسْتَجِبْ لِي. أَتَحَيَّرُ فِي كُرْبَتِي وَأَضْطَرِبُ ٢ 2
Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam.
مِنْ صَوْتِ ٱلْعَدُوِّ، مِنْ قِبَلِ ظُلْمِ ٱلشِّرِّيرِ. لِأَنَّهُمْ يُحِيلُونَ عَلَيَّ إِثْمًا، وَبِغَضَبٍ يَضْطَهِدُونَنِي. ٣ 3
Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur.
يَمْخَضُ قَلْبِي فِي دَاخِلِي، وَأَهْوَالُ ٱلْمَوْتِ سَقَطَتْ عَلَيَّ. ٤ 4
Köksümdəki ürəyim sancır, Ölüm dəhşəti üzərimə düşdü.
خَوْفٌ وَرَعْدَةٌ أَتَيَا عَلَيَّ، وَغَشِيَنِي رُعْبٌ. ٥ 5
Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
فَقُلْتُ: «لَيْتَ لِي جَنَاحًا كَٱلْحَمَامَةِ، فَأَطِيرَ وَأَسْتَرِيحَ! ٦ 6
Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
هَأَنَذَا كُنْتُ أَبْعُدُ هَارِبًا، وَأَبِيتُ فِي ٱلْبَرِّيَّةِ. سِلَاهْ. ٧ 7
Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. (Sela)
كُنْتُ أُسْرِعُ فِي نَجَاتِي مِنَ ٱلرِّيحِ ٱلْعَاصِفَةِ، وَمِنَ ٱلنَّوْءِ». ٨ 8
Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».
أَهْلِكْ يَارَبُّ، فَرِّقْ أَلْسِنَتَهُمْ، لِأَنِّي قَدْ رَأَيْتُ ظُلْمًا وَخِصَامًا فِي ٱلْمَدِينَةِ. ٩ 9
Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm;
نَهَارًا وَلَيْلًا يُحِيطُونَ بِهَا عَلَى أَسْوَارِهَا، وَإِثْمٌ وَمَشَقَّةٌ فِي وَسَطِهَا. ١٠ 10
Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,
مَفَاسِدُ فِي وَسَطِهَا، وَلَا يَبْرَحُ مِنْ سَاحَتِهَا ظُلْمٌ وَغِشٌّ. ١١ 11
Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.
لِأَنَّهُ لَيْسَ عَدُوٌّ يُعَيِّرُنِي فَأَحْتَمِلَ. لَيْسَ مُبْغِضِي تَعَظَّمَ عَلَيَّ فَأَخْتَبِئَ مِنْهُ. ١٢ 12
Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.
بَلْ أَنْتَ إِنْسَانٌ عَدِيلِي، إِلْفِي وَصَدِيقِي، ١٣ 13
Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim.
ٱلَّذِي مَعَهُ كَانَتْ تَحْلُو لَنَا ٱلْعِشْرَةُ. إِلَى بَيْتِ ٱللهِ كُنَّا نَذْهَبُ فِي ٱلْجُمْهُورِ. ١٤ 14
Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik.
لِيَبْغَتْهُمُ ٱلْمَوْتُ. لِيَنْحَدِرُوا إِلَى ٱلْهَاوِيَةِ أَحْيَاءً، لِأَنَّ فِي مَسَاكِنِهِمْ، فِي وَسْطِهِمْ شُرُورًا. (Sheol h7585) ١٥ 15
Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir. (Sheol h7585)
أَمَّا أَنَا فَإِلَى ٱللهِ أَصْرُخُ، وَٱلرَّبُّ يُخَلِّصُنِي. ١٦ 16
Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər.
مَسَاءً وَصَبَاحًا وَظُهْرًا أَشْكُو وَأَنُوحُ، فَيَسْمَعُ صَوْتِي. ١٧ 17
Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.
فَدَى بِسَلَامٍ نَفْسِي مِنْ قِتَالٍ عَلَيَّ، لِأَنَّهُمْ بِكَثْرَةٍ كَانُوا حَوْلِي. ١٨ 18
Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur.
يَسْمَعُ ٱللهُ فَيُذِلُّهُمْ، وَٱلْجَالِسُ مُنْذُ ٱلْقِدَمِ. سِلَاهْ. ٱلَّذِينَ لَيْسَ لَهُمْ تَغَيُّرٌ، وَلَا يَخَافُونَ ٱللهَ. ١٩ 19
Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. (Sela) Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar.
أَلْقَى يَدَيْهِ عَلَى مُسَالِمِيهِ. نَقَضَ عَهْدَهُ. ٢٠ 20
Yoldaşım dostuna əl qaldırır, Dostluq əhdini pozur.
أَنْعَمُ مِنَ ٱلزُّبْدَةِ فَمُهُ، وَقَلْبُهُ قِتَالٌ. أَلْيَنُ مِنَ ٱلزَّيْتِ كَلِمَاتُهُ، وَهِيَ سُيُوفٌ مَسْلُولَةٌ. ٢١ 21
Onun dili kərə yağından da yağlıdır, Qəlbində isə çəkişmələr yaşayır, Sözləri zeytun yağından yumşaqdır, Amma sıyrılmış qılınclardır.
أَلْقِ عَلَى ٱلرَّبِّ هَمَّكَ فَهُوَ يَعُولُكَ. لَا يَدَعُ ٱلصِّدِّيقَ يَتَزَعْزَعُ إِلَى ٱلْأَبَدِ. ٢٢ 22
Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.
وَأَنْتَ يَا ٱللهُ تُحَدِّرُهُمْ إِلَى جُبِّ ٱلْهَلَاكِ. رِجَالُ ٱلدِّمَاءِ وَٱلْغِشِّ لَا يَنْصُفُونَ أَيَّامَهُمْ. أَمَّا أَنَا فَأَتَّكِلُ عَلَيْكَ. ٢٣ 23
Ey Allah, qanlı, hiyləgər adamları Qəbirə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız Sənə güvənirəm!

< اَلْمَزَامِيرُ 55 >