< اَلْمَزَامِيرُ 49 >

لِإِمَامِ ٱلْمُغَنِّينَ. لِبَنِي قُورَحَ. مَزْمُورٌ اِسْمَعُوا هَذَا يَا جَمِيعَ ٱلشُّعُوبِ. أَصْغُوا يَا جَمِيعَ سُكَّانِ ٱلدُّنْيَا، ١ 1
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri,
عَالٍ وَدُونٍ، أَغْنِيَاءَ وَفُقَرَاءَ، سَوَاءً. ٢ 2
Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın!
فَمِي يَتَكَلَّمُ بِٱلْحِكَمِ، وَلَهَجُ قَلْبِي فَهْمٌ. ٣ 3
Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir.
أُمِيلُ أُذُنِي إِلَى مَثَلٍ، وَأُوضِّحُ بِعُودٍ لُغْزِي. ٤ 4
Bu məsəllərə qulaq asacağam, Bu müəmmamı mən lira ilə açacağam:
لِمَاذَا أَخَافُ فِي أَيَّامِ ٱلشَّرِّ عِنْدَمَا يُحِيطُ بِي إِثْمُ مُتَعَقِّبِيَّ؟ ٥ 5
Niyə yaman günlərdən, Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?
ٱلَّذِينَ يَتَّكِلُونَ عَلَى ثَرْوَتِهِمْ، وَبِكَثْرَةِ غِنَاهُمْ يَفْتَخِرُونَ. ٦ 6
Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər.
ٱلْأَخُ لَنْ يَفْدِيَ ٱلْإِنْسَانَ فِدَاءً، وَلَا يُعْطِيَ ٱللهَ كَفَّارَةً عَنْهُ. ٧ 7
Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz.
وَكَرِيمَةٌ هِيَ فِدْيَةُ نُفُوسِهِمْ، فَغَلِقَتْ إِلَى ٱلدَّهْرِ. ٨ 8
Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki,
حَتَّى يَحْيَا إِلَى ٱلْأَبَدِ فَلَا يَرَى ٱلْقَبْرَ. ٩ 9
İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin.
بَلْ يَرَاهُ! ٱلْحُكَمَاءُ يَمُوتُونَ. كَذَلِكَ ٱلْجَاهِلُ وَٱلْبَلِيدُ يَهْلِكَانِ، وَيَتْرُكَانِ ثَرْوَتَهُمَا لِآخَرِينَ. ١٠ 10
Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur.
بَاطِنُهُمْ أَنَّ بُيُوتَهُمْ إِلَى ٱلْأَبَدِ، مَسَاكِنَهُمْ إِلَى دَوْرٍ فَدَوْرٍ. يُنَادُونَ بِأَسْمَائِهِمْ فِي ٱلْأَرَاضِي. ١١ 11
Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
وَٱلْإِنْسَانُ فِي كَرَامَةٍ لَا يَبِيتُ. يُشْبِهُ ٱلْبَهَائِمَ ٱلَّتِي تُبَادُ. ١٢ 12
İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır.
هَذَا طَرِيقُهُمُ ٱعْتِمَادُهُمْ، وَخُلَفَاؤُهُمْ يَرْتَضُونَ بِأَقْوَالِهِمْ. سِلَاهْ. ١٣ 13
Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. (Sela)
مِثْلَ ٱلْغَنَمِ لِلْهَاوِيَةِ يُسَاقُونَ. ٱلْمَوْتُ يَرْعَاهُمْ، وَيَسُودُهُمُ ٱلْمُسْتَقِيمُونَ. غَدَاةً وَصُورَتُهُمْ تَبْلَى. ٱلْهَاوِيَةُ مَسْكَنٌ لَهُمْ. (Sheol h7585) ١٤ 14
Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar. (Sheol h7585)
إِنَّمَا ٱللهُ يَفْدِي نَفْسِي مِنْ يَدِ ٱلْهَاوِيَةِ لِأَنَّهُ يَأْخُذُنِي. سِلَاهْ. (Sheol h7585) ١٥ 15
Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. (Sela) (Sheol h7585)
لَا تَخْشَ إِذَا ٱسْتَغْنَى إِنْسَانٌ، إِذَا زَادَ مَجْدُ بَيْتِهِ. ١٦ 16
Qorxma bir adam varlı olanda, Evinə sərvət yığılanda.
لِأَنَّهُ عِنْدَ مَوْتِهِ كُلَّهُ لَا يَأْخُذُ. لَا يَنْزِلُ وَرَاءَهُ مَجْدُهُ. ١٧ 17
Çünki öləndə heç nə apara bilməz, Sərvəti ardınca getməz.
لِأَنَّهُ فِي حَيَاتِهِ يُبَارِكُ نَفْسَهُ، وَيَحْمَدُونَكَ إِذَا أَحْسَنْتَ إِلَى نَفْسِكَ. ١٨ 18
Sağ ikən özünü xoşbəxt saysa da, Uğur qazananda təriflənsə də,
تَدْخُلُ إِلَى جِيلِ آبَائِهِ، ٱلَّذِينَ لَا يُعَايِنُونَ ٱلنُّورَ إِلَى ٱلْأَبَدِ. ١٩ 19
Ata-babalarının yanına gedəcək, Sonsuzadək orada işıq görməyəcək.
إِنْسَانٌ فِي كَرَامَةٍ وَلَا يَفْهَمُ يُشْبِهُ ٱلْبَهَائِمَ ٱلَّتِي تُبَادُ. ٢٠ 20
İnsan dəyərli olsa da, anlamır, Həlak olan heyvana oxşayır.

< اَلْمَزَامِيرُ 49 >