< اَلْمَزَامِيرُ 119 >

طُوبَى لِلْكَامِلِينَ طَرِيقًا، ٱلسَّالِكِينَ فِي شَرِيعَةِ ٱلرَّبِّ. ١ 1
Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.
طُوبَى لِحَافِظِي شَهَادَاتِهِ. مِنْ كُلِّ قُلُوبِهِمْ يَطْلُبُونَهُ. ٢ 2
Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər, Bütün qəlbi ilə Onu axtaranlar.
أَيْضًا لَا يَرْتَكِبُونَ إِثْمًا. فِي طُرُقِهِ يَسْلُكُونَ. ٣ 3
Həqiqətən, onlar fitnəkarlıq etməzlər, Rəbbin yolunda gəzərlər.
أَنْتَ أَوْصَيْتَ بِوَصَايَاكَ أَنْ تُحْفَظَ تَمَامًا. ٤ 4
Sən qayda-qanunlarını qoydun, Bunlara bağlı qalmağı buyurdun.
لَيْتَ طُرُقِي تُثَبَّتُ فِي حِفْظِ فَرَائِضِكَ. ٥ 5
Sənin qaydalarına bağlı qalmaq üçün Kaş tutduğum yolda möhkəm olaydım.
حِينَئِذٍ لَا أَخْزَى إِذَا نَظَرْتُ إِلَى كُلِّ وَصَايَاكَ. ٦ 6
Onda xəcalət çəkməzdim, Sənin bütün əmrlərindən gözümü çəkməzdim.
أَحْمَدُكَ بِٱسْتِقَامَةِ قَلْبٍ عِنْدَ تَعَلُّمِي أَحْكَامَ عَدْلِكَ. ٧ 7
Adil hökmlərini öyrənərkən Sənə düz qəlblə şükür edəcəyəm.
وَصَايَاكَ أَحْفَظُ. لَا تَتْرُكْنِي إِلَى ٱلْغَايَةِ. ٨ 8
Sənin qaydalarına əməl edəcəyəm, Sən məni tamamilə tərk etmə!
بِمَ يُزَكِّي ٱلشَّابُّ طَرِيقَهُ؟ بِحِفْظِهِ إِيَّاهُ حَسَبَ كَلَامِكَ. ٩ 9
Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla.
بِكُلِّ قَلْبِي طَلَبْتُكَ. لَا تُضِلَّنِي عَنْ وَصَايَاكَ. ١٠ 10
Bütün qəlbimlə Səni axtarmışam, Qoyma əmrlərindən çıxım.
خَبَأْتُ كَلَامَكَ فِي قَلْبِي لِكَيْلَا أُخْطِئَ إِلَيْكَ. ١١ 11
Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
مُبَارَكٌ أَنْتَ يَارَبُّ. عَلِّمْنِي فَرَائِضَكَ. ١٢ 12
Ya Rəbb, Sənə alqış olsun! Qaydalarını mənə öyrət.
بِشَفَتَيَّ حَسَبْتُ كُلَّ أَحْكَامِ فَمِكَ. ١٣ 13
Ağzından çıxan hər hökmü Dilimlə bəyan edirəm.
بِطَرِيقِ شَهَادَاتِكَ فَرِحْتُ كَمَا عَلَى كُلِّ ٱلْغِنَى. ١٤ 14
Göstərişlərinin ardınca gedərkən sevinirəm, Elə bil bolluca var-dövlətə çatmışam.
بِوَصَايَاكَ أَلْهَجُ، وَأُلَاحِظُ سُبُلَكَ. ١٥ 15
Qayda-qanunlarını dərindən düşünürəm, Sənin yollarından gözümü çəkmirəm.
بِفَرَائِضِكَ أَتَلَذَّذُ. لَا أَنْسَى كَلَامَكَ. ١٦ 16
Qaydalarından zövq alıram, Sözünü unutmuram.
أَحْسِنْ إِلَى عَبْدِكَ، فَأَحْيَا وَأَحْفَظَ أَمْرَكَ. ١٧ 17
Quluna comərdliyini göstər, Qoy yaşayım və sözünə bağlı qalım.
ٱكْشِفْ عَنْ عَيْنَيَّ فَأَرَى عَجَائِبَ مِنْ شَرِيعَتِكَ. ١٨ 18
Gözlərimi aç ki, Qanununun xariqələrini görüm.
غَرِيبٌ أَنَا فِي ٱلْأَرْضِ. لَا تُخْفِ عَنِّي وَصَايَاكَ. ١٩ 19
Əmrlərini məndən gizlətmə, Çünki mən bu dünyada bir qəribəm,
ٱنْسَحَقَتْ نَفْسِي شَوْقًا إِلَى أَحْكَامِكَ فِي كُلِّ حِينٍ. ٢٠ 20
Hökmlərinin həsrətini çəkməkdən Hər zaman ürəyim ağrıyır.
ٱنْتَهَرْتَ ٱلْمُتَكَبِّرِينَ ٱلْمَلَاعِينَ ٱلضَّالِّينَ عَنْ وَصَايَاكَ. ٢١ 21
Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin, Çünki onlar lənətləndi.
دَحْرِجْ عَنِّي ٱلْعَارَ وَٱلْإِهَانَةَ، لِأَنِّي حَفِظْتُ شَهَادَاتِكَ. ٢٢ 22
Həqarəti, tənəni məndən uzaq et, Göstərişlərinə əməl etmişəm.
جَلَسَ أَيْضًا رُؤَسَاءُ، تَقَاوَلُوا عَلَيَّ. أَمَّا عَبْدُكَ فَيُنَاجِي بِفَرَائِضِكَ. ٢٣ 23
Başçılar yığılıb mənim üçün qəsd qurdular, Lakin mən qulun qaydalarını dərin düşünürəm.
أَيْضًا شَهَادَاتُكَ هِيَ لَذَّتِي، أَهْلُ مَشُورَتِي. ٢٤ 24
Göstərişlərin mənə zövq verir, Onlar mənim məsləhətçilərimdir.
لَصِقَتْ بِٱلتُّرَابِ نَفْسِي، فَأَحْيِنِي حَسَبَ كَلِمَتِكَ. ٢٥ 25
Mən torpağa düşmüşəm, Öz sözünə görə məni həyata qaytar.
قَدْ صَرَّحْتُ بِطُرُقِي فَٱسْتَجَبْتَ لِي. عَلِّمْنِي فَرَائِضَكَ. ٢٦ 26
Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin, Mənə qaydalarını öyrət.
طَرِيقَ وَصَايَاكَ فَهِّمْنِي، فَأُنَاجِيَ بِعَجَائِبِكَ. ٢٧ 27
Qayda-qanunlarının yollarını mənə Özün izah et, Xariqələrin barədə dərin düşünüm.
قَطَرَتْ نَفْسِي مِنَ ٱلْحُزْنِ. أَقِمْنِي حَسَبَ كَلَامِكَ. ٢٨ 28
Kədərdən canım üzülüb, Öz sözünə görə mənə güc ver.
طَرِيقَ ٱلْكَذِبِ أَبْعِدْ عَنِّي، وَبِشَرِيعَتِكَ ٱرْحَمْنِي. ٢٩ 29
Məni yanlış yoldan uzaqlaşdır, Qanununa görə mənə lütf göstər.
ٱخْتَرْتُ طَرِيقَ ٱلْحَقِّ. جَعَلْتُ أَحْكَامَكَ قُدَّامِي. ٣٠ 30
Mən sədaqət yolunu seçdim, Hökmlərini gözümün önünə gətirdim.
لَصِقْتُ بِشَهَادَاتِكَ. يَارَبُّ، لَا تُخْزِنِي. ٣١ 31
Sənin göstərişlərindən yapışmışam, Ya Rəbb, qoyma xəcalətli qalım.
فِي طَرِيقِ وَصَايَاكَ أَجْرِي، لِأَنَّكَ تُرَحِّبُ قَلْبِي. ٣٢ 32
Qəlbimin düşüncəsini genişləndirərkən Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.
عَلِّمْنِي يَارَبُّ طَرِيقَ فَرَائِضِكَ، فَأَحْفَظَهَا إِلَى ٱلنِّهَايَةِ. ٣٣ 33
Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, Onlara axıradək əməl edəcəyəm.
فَهِّمْنِي فَأُلَاحِظَ شَرِيعَتَكَ، وَأَحْفَظَهَا بِكُلِّ قَلْبِي. ٣٤ 34
Mənə ağıl ver, qanununa görə yaşayım, Bütün qəlbimlə ona bağlanım.
دَرِّبْنِي فِي سَبِيلِ وَصَايَاكَ، لِأَنِّي بِهِ سُرِرْتُ. ٣٥ 35
Mənə əmrlərinin yollarını göstər, Bu yollardan zövq alaram.
أَمِلْ قَلْبِي إِلَى شَهَادَاتِكَ، لَا إِلَى ٱلْمَكْسَبِ. ٣٦ 36
Qəlbimi haram qazanca deyil, Göstərişlərinə tərəf yönəlt.
حَوِّلْ عَيْنَيَّ عَنِ ٱلنَّظَرِ إِلَى ٱلْبَاطِلِ. فِي طَرِيقِكَ أَحْيِنِي. ٣٧ 37
Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et.
أَقِمْ لِعَبْدِكَ قَوْلَكَ ٱلَّذِي لِمُتَّقِيكَ. ٣٨ 38
Səndən qorxanlara verdiyin vədini Qulun üçün həyata keçirt.
أَزِلْ عَارِي ٱلَّذِي حَذِرْتُ مِنْهُ، لِأَنَّ أَحْكَامَكَ طَيِّبَةٌ. ٣٩ 39
Qorxduğum tənələri məndən sovuşdur, Sənin hökmlərin nə yaxşıdır!
هَأَنَذَا قَدِ ٱشْتَهَيْتُ وَصَايَاكَ. بِعَدْلِكَ أَحْيِنِي. ٤٠ 40
Qayda-qanunlarının həsrətini çəkirəm, Salehliyinlə məni yaşat.
لِتَأْتِنِي رَحْمَتُكَ يَارَبُّ، خَلَاصُكَ حَسَبَ قَوْلِكَ، ٤١ 41
Ya Rəbb, mənə məhəbbətini göstər, Kəlamına görə məni qurtar!
فَأُجَاوِبَ مُعَيِّرِي كَلِمَةً، لِأَنِّي ٱتَّكَلْتُ عَلَى كَلَامِكَ. ٤٢ 42
Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm, Çünki Sənin sözlərinə güvənirəm.
وَلَا تَنْزِعْ مِنْ فَمِي كَلَامَ ٱلْحَقِّ كُلَّ ٱلنَّزْعِ، لِأَنِّي ٱنْتَظَرْتُ أَحْكَامَكَ. ٤٣ 43
Qoy həqiqət kəlamı dilimdən düşməsin, Çünki Sənin hökmlərinə ümid bağlamışam.
فَأَحْفَظَ شَرِيعَتَكَ دَائِمًا، إِلَى ٱلدَّهْرِ وَٱلْأَبَدِ، ٤٤ 44
Daim, əbədi olaraq Qanununa bağlı qalacağam.
وَأَتَمَشَّى فِي رَحْبٍ، لِأَنِّي طَلَبْتُ وَصَايَاكَ. ٤٥ 45
Azad gəzib-dolaşacağam, Çünki qayda-qanunlarını axtarmışam.
وَأَتَكَلَّمُ بِشَهَادَاتِكَ قُدَّامَ مُلُوكٍ وَلَا أَخْزَى، ٤٦ 46
Padşahların hüzurunda göstərişlərindən danışacağam, Bundan utanmayacağam.
وَأَتَلَذَّذُ بِوَصَايَاكَ ٱلَّتِي أَحْبَبْتُ. ٤٧ 47
Sənin əmrlərindən zövq alıram, Onları sevirəm.
وَأَرْفَعُ يَدَيَّ إِلَى وَصَايَاكَ ٱلَّتِي وَدِدْتُ، وَأُنَاجِي بِفَرَائِضِكَ. ٤٨ 48
Sevdiyim əmrlərinə tərəf əl açacağam, Sənin qaydalarını dərindən düşünəcəyəm.
اُذْكُرْ لِعَبْدِكَ ٱلْقَوْلَ ٱلَّذِي جَعَلْتَنِي أَنْتَظِرُهُ. ٤٩ 49
Sən quluna verdiyin sözü xatırla, Bu sözünlə mənə ümid vermisən.
هَذِهِ هِيَ تَعْزِيَتِي فِي مَذَلَّتِي، لِأَنَّ قَوْلَكَ أَحْيَانِي. ٥٠ 50
Əzab çəkəndə bundan təsəlli tapıram ki, Kəlamın məni həyata qaytaracaq.
ٱلْمُتَكَبِّرُونَ ٱسْتَهْزَأُوا بِي إِلَى ٱلْغَايَةِ. عَنْ شَرِيعَتِكَ لَمْ أَمِلْ. ٥١ 51
Lovğalar mənə çox istehza etdilər, Amma Sənin qanunundan dönmədim.
تَذَكَّرْتُ أَحْكَامَكَ مُنْذُ ٱلدَّهْرِ يَارَبُّ، فَتَعَزَّيْتُ. ٥٢ 52
Əzəldən var olan hökmlərini xatırladıqca, Ya Rəbb, bunlardan təsəlli tapıram.
ٱلْحَمِيَّةُ أَخَذَتْنِي بِسَبَبِ ٱلْأَشْرَارِ تَارِكِي شَرِيعَتِكَ. ٥٣ 53
Qanununu atan pisləri görərkən Qəzəb məni bürüyür.
تَرْنِيمَاتٍ صَارَتْ لِي فَرَائِضُكَ فِي بَيْتِ غُرْبَتِي. ٥٤ 54
Sənin qaydalarını bu qürbət eldə İlahi tək oxuyuram.
ذَكَرْتُ فِي ٱللَّيْلِ ٱسْمَكَ يَارَبُّ، وَحَفِظْتُ شَرِيعَتَكَ. ٥٥ 55
Hər gecə adını yadıma salıram, Ya Rəbb, qanununa bağlı qalıram.
هَذَا صَارَ لِي، لِأَنِّي حَفِظْتُ وَصَايَاكَ. ٥٦ 56
Bu mənə bir adət oldu, Sənin qayda-qanunlarını yerinə yetirdim.
نَصِيبِي ٱلرَّبُّ، قُلْتُ لِحِفْظِ كَلَامِكَ. ٥٧ 57
Ya Rəbb, mənim nəsibimsən, Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
تَرَضَّيْتُ وَجْهَكَ بِكُلِّ قَلْبِي. ٱرْحَمْنِي حَسَبَ قَوْلِكَ. ٥٨ 58
Bütün qəlbimlə Sənə yalvarıram, Sən Öz kəlamına görə mənə lütf göstər.
تَفَكَّرْتُ فِي طُرُقِي، وَرَدَدْتُ قَدَمَيَّ إِلَى شَهَادَاتِكَ. ٥٩ 59
Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
أَسْرَعْتُ وَلَمْ أَتَوَانَ لِحِفْظِ وَصَايَاكَ. ٦٠ 60
Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
حِبَالُ ٱلْأَشْرَارِ ٱلْتَفَّتْ عَلَيَّ. أَمَّا شَرِيعَتُكَ فَلَمْ أَنْسَهَا. ٦١ 61
Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım.
فِي مُنْتَصَفِ ٱللَّيْلِ أَقُومُ لِأَحْمَدَكَ عَلَى أَحْكَامِ بِرِّكَ. ٦٢ 62
Adil hökmlərinə görə Sənə şükür etmək üçün Gecə yarısı qalxıram.
رَفِيقٌ أَنَا لِكُلِّ ٱلَّذِينَ يَتَّقُونَكَ وَلِحَافِظِي وَصَايَاكَ. ٦٣ 63
Səndən qorxanların hamısı ilə, Qayda-qanunlarına bağlı qalanlarla dostam.
رَحْمَتُكَ يَارَبُّ قَدْ مَلَأَتِ ٱلْأَرْضَ. عَلِّمْنِي فَرَائِضَكَ. ٦٤ 64
Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb, Mənə qaydalarını öyrət.
خَيْرًا صَنَعْتَ مَعَ عَبْدِكَ يَارَبُّ حَسَبَ كَلَامِكَ. ٦٥ 65
Ya Rəbb, verdiyin sözə görə Quluna xeyirxahlıq etmisən.
ذَوْقًا صَالِحًا وَمَعْرِفَةً عَلِّمْنِي، لِأَنِّي بِوَصَايَاكَ آمَنْتُ. ٦٦ 66
Mənə ağıl, bilik öyrət, Çünki əmrlərinə inanıram.
قَبْلَ أَنْ أُذَلَّلَ أَنَا ضَلَلْتُ، أَمَّا ٱلْآنَ فَحَفِظْتُ قَوْلَكَ. ٦٧ 67
Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam.
صَالِحٌ أَنْتَ وَمُحْسِنٌ. عَلِّمْنِي فَرَائِضَكَ. ٦٨ 68
Nə qədər yaxşısan, xeyirxahlıq edirsən! Mənə qaydalarını öyrət.
ٱلْمُتَكَبِّرُونَ قَدْ لَفَّقُوا عَلَيَّ كَذِبًا، أَمَّا أَنَا فَبِكُلِّ قَلْبِي أَحْفَظُ وَصَايَاكَ. ٦٩ 69
Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
سَمِنَ مِثْلَ ٱلشَّحْمِ قَلْبُهُمْ، أَمَّا أَنَا فَبِشَرِيعَتِكَ أَتَلَذَّذُ. ٧٠ 70
Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram.
خَيْرٌ لِي أَنِّي تَذَلَّلْتُ لِكَيْ أَتَعَلَّمَ فَرَائِضَكَ. ٧١ 71
Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
شَرِيعَةُ فَمِكَ خَيْرٌ لِي مِنْ أُلُوفِ ذَهَبٍ وَفِضَّةٍ. ٧٢ 72
Ağzından çıxan qanun mənim üçün Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.
يَدَاكَ صَنَعَتَانِي وَأَنْشَأَتَانِي. فَهِّمْنِي فَأَتَعَلَّمَ وَصَايَاكَ. ٧٣ 73
Əllərinlə yaranmışam, mənə surət vermisən, Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
مُتَّقُوكَ يَرَوْنَنِي فَيَفْرَحُونَ، لِأَنِّي ٱنْتَظَرْتُ كَلَامَكَ. ٧٤ 74
Səndən qorxanlar məni görərkən sevinsinlər, Çünki Sənin sözünə ümid bağlamışam.
قَدْ عَلِمْتُ يَارَبُّ أَنَّ أَحْكَامَكَ عَدْلٌ، وَبِٱلْحَقِّ أَذْلَلْتَنِي. ٧٥ 75
Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
فَلْتَصِرْ رَحْمَتُكَ لِتَعْزِيَتِي، حَسَبَ قَوْلِكَ لِعَبْدِكَ. ٧٦ 76
Quluna verdiyin kəlama görə Məhəbbətin mənə təsəlli versin.
لِتَأْتِنِي مَرَاحِمُكَ فَأَحْيَا، لِأَنَّ شَرِيعَتَكَ هِيَ لَذَّتِي. ٧٧ 77
Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram.
لِيَخْزَ ٱلْمُتَكَبِّرُونَ لِأَنَّهُمْ زُورًا ٱفْتَرَوْا عَلَيَّ. أَمَّا أَنَا فَأُنَاجِي بِوَصَايَاكَ. ٧٨ 78
Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
لِيَرْجِعْ إِلَيَّ مُتَّقُوكَ وَعَارِفُو شَهَادَاتِكَ. ٧٩ 79
Səndən qorxanlar yanıma gəlsin, Onlar Sənin göstərişlərini bilənlərdir.
لِيَكُنْ قَلْبِي كَامِلًا فِي فَرَائِضِكَ لِكَيْلَا أَخْزَى. ٨٠ 80
Qaydalarına görə mənim qəlbim kamil olsun, Qoy heç zaman xəcalət çəkməyim!
تَاقَتْ نَفْسِي إِلَى خَلَاصِكَ. كَلَامَكَ ٱنْتَظَرْتُ. ٨١ 81
Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb, Sözünə ümid bağlamışam.
كَلَّتْ عَيْنَايَ مِنَ ٱلنَّظَرِ إِلَى قَوْلِكَ، فَأَقُولُ: «مَتَى تُعَزِّينِي؟». ٨٢ 82
Sözünün intizarından gözümün nuru sönür. Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»
لِأَنِّي قَدْ صِرْتُ كَزِقٍّ فِي ٱلدُّخَانِ، أَمَّا فَرَائِضُكَ فَلَمْ أَنْسَهَا. ٨٣ 83
Tüstü içindəki tuluq kimi oldum, Amma qaydalarını unutmuram.
كَمْ هِيَ أَيَّامُ عَبْدِكَ؟ مَتَى تُجْرِي حُكْمًا عَلَى مُضْطَهِدِيَّ؟ ٨٤ 84
Qulun daha nə qədər gözləsin? Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?
ٱلْمُتَكَبِّرُونَ قَدْ كَرَوْا لِي حَفَائِرَ. ذَلِكَ لَيْسَ حَسَبَ شَرِيعَتِكَ. ٨٥ 85
Qanununu pozan lovğa insanlar Mənim üçün quyu qazıblar.
كُلُّ وَصَايَاكَ أَمَانَةٌ. زُورًا يَضْطَهِدُونَنِي. أَعِنِّي. ٨٦ 86
Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir.
لَوْلَا قَلِيلٌ لَأَفْنَوْنِي مِنَ ٱلْأَرْضِ. أَمَّا أَنَا فَلَمْ أَتْرُكْ وَصَايَاكَ. ٨٧ 87
Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam.
حَسَبَ رَحْمَتِكَ أَحْيِنِي، فَأَحْفَظَ شَهَادَاتِ فَمِكَ. ٨٨ 88
Məhəbbətinə görə mənə həyat ver, Ağzından çıxan göstərişlərə bağlı qalım.
إِلَى ٱلْأَبَدِ يَارَبُّ كَلِمَتُكَ مُثَبَّتَةٌ فِي ٱلسَّمَاوَاتِ. ٨٩ 89
Ya Rəbb, sözün əbədidir, Göylərdədir, dəyişməzdir.
إِلَى دَوْرٍ فَدَوْرٍ أَمَانَتُكَ. أَسَّسْتَ ٱلْأَرْضَ فَثَبَتَتْ. ٩٠ 90
Sədaqətin nəsildən-nəslə çatır, Yer üzünü Sən qurmusan, möhkəm qalır.
عَلَى أَحْكَامِكَ ثَبَتَتِ ٱلْيَوْمَ، لِأَنَّ ٱلْكُلَّ عَبِيدُكَ. ٩١ 91
Hökmlərinə görə bu günədək hər şey qalır, Onlar Sənin xidmətində dayanırlar.
لَوْ لَمْ تَكُنْ شَرِيعَتُكَ لَذَّتِي، لَهَلَكْتُ حِينَئِذٍ فِي مَذَلَّتِي. ٩٢ 92
Sənin qanunundan zövq almasaydım, Əzab çəkməkdən həlak olardım.
إِلَى ٱلدَّهْرِ لَا أَنْسَى وَصَايَاكَ، لِأَنَّكَ بِهَا أَحْيَيْتَنِي. ٩٣ 93
Qayda-qanunlarını heç vaxt unutmaram, Çünki onlarla məni həyata qaytarmısan.
لَكَ أَنَا فَخَلِّصْنِي، لِأَنِّي طَلَبْتُ وَصَايَاكَ. ٩٤ 94
Qurtar məni, mən Səninəm, Qayda-qanunlarını axtarmışam.
إِيَّايَ ٱنْتَظَرَ ٱلْأَشْرَارُ لِيُهْلِكُونِي. بِشَهَادَاتِكَ أَفْطُنُ. ٩٥ 95
Pislər məni öldürmək üçün pusqu qurarkən Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
لِكُلِّ كَمَالٍ رَأَيْتُ حَدًّا، أَمَّا وَصِيَّتُكَ فَوَاسِعَةٌ جِدًّا. ٩٦ 96
Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur, Sənin əmrlərin isə sərhəd tanımır.
كَمْ أَحْبَبْتُ شَرِيعَتَكَ! ٱلْيَوْمَ كُلَّهُ هِيَ لَهَجِي. ٩٧ 97
Qanununu nə qədər sevirəm! Həmişə onun üzərində dərindən düşünürəm.
وَصِيَّتُكَ جَعَلَتْنِي أَحْكَمَ مِنْ أَعْدَائِي، لِأَنَّهَا إِلَى ٱلدَّهْرِ هِيَ لِي. ٩٨ 98
Əmrlərin məni düşmənlərimdən daha müdrik edir, Çünki onlar həmişə mənimlədir.
أَكْثَرَ مِنْ كُلِّ مُعَلِّمِيَّ تَعَقَّلْتُ، لِأَنَّ شَهَادَاتِكَ هِيَ لَهَجِي. ٩٩ 99
Bütün müəllimlərimdən daha aqil olmuşam, Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
أَكْثَرَ مِنَ ٱلشُّيُوخِ فَطِنْتُ، لِأَنِّي حَفِظْتُ وَصَايَاكَ. ١٠٠ 100
Ağsaqqallardan da artıq dərrakəliyəm, Çünki qayda-qanunlarına əməl edirəm.
مِنْ كُلِّ طَرِيقِ شَرٍّ مَنَعْتُ رِجْلَيَّ، لِكَيْ أَحْفَظَ كَلَامَكَ. ١٠١ 101
Ayağımı hər pis yoldan kənar qoydum ki, Sözlərinə bağlı qalım.
عَنْ أَحْكَامِكَ لَمْ أَمِلْ، لِأَنَّكَ أَنْتَ عَلَّمْتَنِي. ١٠٢ 102
Hökmlərindən dönməmişəm, Çünki məni Sən belə öyrətmisən.
مَا أَحْلَى قَوْلَكَ لِحَنَكِي! أَحْلَى مِنَ ٱلْعَسَلِ لِفَمِي. ١٠٣ 103
Vədlərin damağıma necə də ləzzət verir! Onlar dilimdə baldan şirindir.
مِنْ وَصَايَاكَ أَتَفَطَّنُ، لِذَلِكَ أَبْغَضْتُ كُلَّ طَرِيقِ كَذِبٍ. ١٠٤ 104
Qayda-qanunlarına görə dərrakəliyəm, Buna görə hər yanlış yola nifrət edirəm.
سِرَاجٌ لِرِجْلِي كَلَامُكَ وَنُورٌ لِسَبِيلِي. ١٠٥ 105
Sözün addımıma çıraqdır, Yollarıma işıqdır.
حَلَفْتُ فَأَبِرُّهُ، أَنْ أَحْفَظَ أَحْكَامَ بِرِّكَ. ١٠٦ 106
Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm, Yerinə yetirəcəyəm.
تَذَلَّلْتُ إِلَى ٱلْغَايَةِ. يَارَبُّ، أَحْيِنِي حَسَبَ كَلَامِكَ. ١٠٧ 107
Ya Rəbb, nə qədər əzab çəkmişəm! Öz sözünə görə həyatımı qoru.
ٱرْتَضِ بِمَنْدُوبَاتِ فَمِي يَارَبُّ، وَأَحْكَامَكَ عَلِّمْنِي. ١٠٨ 108
Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et, Mənə Öz hökmlərini öyrət.
نَفْسِي دَائِمًا فِي كَفِّي، أَمَّا شَرِيعَتُكَ فَلَمْ أَنْسَهَا. ١٠٩ 109
Həyatım daim təhlükəyə düşdü, Amma qanununu unutmadım.
ٱلْأَشْرَارُ وَضَعُوا لِي فَخًّا، أَمَّا وَصَايَاكَ فَلَمْ أَضِلَّ عَنْهَا. ١١٠ 110
Pislər mənə tələ quranda belə, Mən Sənin qayda-qanunlarını pozmadım.
وَرِثْتُ شَهَادَاتِكَ إِلَى ٱلدَّهْرِ، لِأَنَّهَا هِيَ بَهْجَةُ قَلْبِي. ١١١ 111
Əbədilik Sənin göstərişlərinə malikəm, Çünki onlar qəlbimə sevinc verir.
عَطَفْتُ قَلْبِي لِأَصْنَعَ فَرَائِضَكَ إِلَى ٱلدَّهْرِ إِلَى ٱلنِّهَايَةِ. ١١٢ 112
Qəlbimi əbədilik, sonsuzadək Qaydalarına əməl etməyə meyl etdirmişəm.
ٱلْمُتَقَلِّبِينَ أَبْغَضْتُ، وَشَرِيعَتَكَ أَحْبَبْتُ. ١١٣ 113
İkiüzlü insanlara nifrət edirəm, Qanununu isə sevirəm.
سِتْرِي وَمِجَنِّي أَنْتَ. كَلَامَكَ ٱنْتَظَرْتُ. ١١٤ 114
Sən pənahgahım, sipərimsən, Sözünə ümid bağlamışam.
ٱنْصَرِفُوا عَنِّي أَيُّهَا ٱلْأَشْرَارُ، فَأَحْفَظَ وَصَايَا إِلَهِي. ١١٥ 115
Siz ey pislər, məndən uzaq olun! Qoy Allahımın əmrlərinə əməl edim.
ٱعْضُدْنِي حَسَبَ قَوْلِكَ فَأَحْيَا، وَلَا تُخْزِنِي مِنْ رَجَائِي. ١١٦ 116
Kəlamınla mənə dayaq ol ki, yaşayım, Ümidim boşa çıxmasın, utanmayım.
أَسْنِدْنِي فَأَخْلُصَ، وَأُرَاعِيَ فَرَائِضَكَ دَائِمًا. ١١٧ 117
Özün mənə dayaq ol, qoy mən nicat tapım, Sənin qaydalarını həmişə nəzərimdə tutum.
ٱحْتَقَرْتَ كُلَّ ٱلضَّالِّينَ عَنْ فَرَائِضِكَ، لِأَنَّ مَكْرَهُمْ بَاطِلٌ. ١١٨ 118
Qaydalarını atanları Özündən kənar edirsən, Çünki onların bütün fəndləri boşdur.
كَزَغَلٍ عَزَلْتَ كُلَّ أَشْرَارِ ٱلْأَرْضِ، لِذَلِكَ أَحْبَبْتُ شَهَادَاتِكَ. ١١٩ 119
Yer üzünün bütün pislərini tullantı hesab edirsən, Buna görə göstərişlərini sevirəm.
قَدِ ٱقْشَعَرَّ لَحْمِي مِنْ رُعْبِكَ، وَمِنْ أَحْكَامِكَ جَزِعْتُ. ١٢٠ 120
Zəhmindən bədənim lərzəyə gəlir, Hökmlərindən çox qorxuram.
أَجْرَيْتُ حُكْمًا وَعَدْلًا. لَا تُسْلِمْنِي إِلَى ظَالِمِيَّ. ١٢١ 121
Ədalətli, düz işlər görmüşəm, Məni zülmkarlara təslim etmə.
كُنْ ضَامِنَ عَبْدِكَ لِلْخَيْرِ، لِكَيْلَا يَظْلِمَنِي ٱلْمُسْتَكْبِرُونَ. ١٢٢ 122
Qulunun xeyri üçün zamin dur, Qoyma lovğa insanlar mənə zülm etsin.
كَلَّتْ عَيْنَايَ ٱشْتِيَاقًا إِلَى خَلَاصِكَ وَإِلَى كَلِمَةِ بِرِّكَ. ١٢٣ 123
Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən Gözümün nuru sönür.
ٱصْنَعْ مَعَ عَبْدِكَ حَسَبَ رَحْمَتِكَ، وَفَرَائِضَكَ عَلِّمْنِي. ١٢٤ 124
Quluna məhəbbət göstər, Qaydalarını mənə öyrət.
عَبْدُكَ أَنَا. فَهِّمْنِي فَأَعْرِفَ شَهَادَاتِكَ. ١٢٥ 125
Qulunam, mənə ağıl ver ki, Sənin göstərişlərini dərk edim.
إِنَّهُ وَقْتُ عَمَلٍ لِلرَّبِّ. قَدْ نَقَضُوا شَرِيعَتَكَ. ١٢٦ 126
Ya Rəbb, insanlar qanununu pozdular, Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
لِأَجْلِ ذَلِكَ أَحْبَبْتُ وَصَايَاكَ أَكْثَرَ مِنَ ٱلذَّهَبِ وَٱلْإِبْرِيزِ. ١٢٧ 127
Qızıldan, saf qızıldan çox Sənin əmrlərini sevirəm.
لِأَجْلِ ذَلِكَ حَسِبْتُ كُلَّ وَصَايَاكَ فِي كُلِّ شَيْءٍ مُسْتَقِيمَةً. كُلَّ طَرِيقِ كَذِبٍ أَبْغَضْتُ. ١٢٨ 128
Bəli, bütün qayda-qanunlarına görə Mən düz yolla gedirəm, Bütün səhv yollarasa nifrət edirəm.
عَجِيبَةٌ هِيَ شَهَادَاتُكَ، لِذَلِكَ حَفِظَتْهَا نَفْسِي. ١٢٩ 129
Göstərişlərinin heyrətamizliyinə görə Onlara ürəkdən əməl edirəm.
فَتْحُ كَلَامِكَ يُنِيرُ، يُعَقِّلُ ٱلْجُهَّالَ. ١٣٠ 130
Kəlamının açıqlanması nur saçır, Hər nadanı ağıllandırır.
فَغَرْتُ فَمِي وَلَهَثْتُ، لِأَنِّي إِلَى وَصَايَاكَ ٱشْتَقْتُ. ١٣١ 131
Ağız açıb ah-zar edirəm, Çünki əmrlərinin həsrətini çəkirəm.
ٱلْتَفِتْ إِلَيَّ وَٱرْحَمْنِي، كَحَقِّ مُحِبِّي ٱسْمِكَ. ١٣٢ 132
Adını sevənlər üçün etdiyin adətə görə Mənə bax və lütf göstər.
ثَبِّتْ خُطُوَاتِي فِي كَلِمَتِكَ، وَلَا يَتَسَلَّطْ عَلَيَّ إِثْمٌ. ١٣٣ 133
Kəlamınla addımlarımı möhkəmləndir, Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
ٱفْدِنِي مِنْ ظُلْمِ ٱلْإِنْسَانِ، فَأَحْفَظَ وَصَايَاكَ. ١٣٤ 134
Məni insanların zülmündən qurtar, Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
أَضِئْ بِوَجْهِكَ عَلَى عَبْدِكَ، وَعَلِّمْنِي فَرَائِضَكَ. ١٣٥ 135
Üzün qulunun üstünə nur saçsın, Sən mənə qaydalarını öyrət.
جَدَاوِلُ مِيَاهٍ جَرَتْ مِنْ عَيْنَيَّ، لِأَنَّهُمْ لَمْ يَحْفَظُوا شَرِيعَتَكَ. ١٣٦ 136
Gözlərimdən sellər kimi yaş axır, Çünki insanlar qanununa bağlı qalmırlar.
بَارٌّ أَنْتَ يَارَبُّ، وَأَحْكَامُكَ مُسْتَقِيمَةٌ. ١٣٧ 137
Ya Rəbb, adilsən, Hökmlərin doğrudur.
عَدْلًا أَمَرْتَ بِشَهَادَاتِكَ، وَحَقًّا إِلَى ٱلْغَايَةِ. ١٣٨ 138
Buyurduğun göstərişlər ədalətlidir, Onlar tamamilə etibarlıdır.
أَهْلَكَتْنِي غَيْرَتِي، لِأَنَّ أَعْدَائِي نَسُوا كَلَامَكَ. ١٣٩ 139
Qeyrətim məni yandırıb-yaxıb, Çünki düşmənlərim Sənin sözlərini unudub.
كَلِمَتُكَ مُمَحَّصَةٌ جِدًّا، وَعَبْدُكَ أَحَبَّهَا. ١٤٠ 140
Sənin kəlamın çox safdır, Bu qulun onu sevir.
صَغِيرٌ أَنَا وَحَقِيرٌ، أَمَّا وَصَايَاكَ فَلَمْ أَنْسَهَا. ١٤١ 141
Kiçik sayılsam da, mənə xor baxsalar da, Qayda-qanunlarını unutmamışam.
عَدْلُكَ عَدْلٌ إِلَى ٱلدَّهْرِ، وَشَرِيعَتُكَ حَقٌّ. ١٤٢ 142
Salehliyin əbədi salehlikdir, Sənin qanunun həqiqətdir.
ضِيْقٌ وَشِدَّةٌ أَصَابَانِي، أَمَّا وَصَايَاكَ فَهِيَ لَذَّاتِي. ١٤٣ 143
Başıma sıxıntı və məşəqqət gəldi, Amma Sənin əmrlərin mənə zövq verdi.
عَادِلَةٌ شَهَادَاتُكَ إِلَى ٱلدَّهْرِ. فَهِّمْنِي فَأَحْيَا. ١٤٤ 144
Sənin göstərişlərin həmişə ədalətlidir, Mənə ağıl ver ki, yaşayım.
صَرَخْتُ مِنْ كُلِّ قَلْبِي. ٱسْتَجِبْ لِي يَارَبُّ. فَرَائِضَكَ أَحْفَظُ. ١٤٥ 145
Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm, Sənin qaydalarına əməl edəcəyəm.
دَعَوْتُكَ. خَلِّصْنِي، فَأَحْفَظَ شَهَادَاتِكَ. ١٤٦ 146
Səni səslədim, məni qurtar, Qoy göstərişlərinə bağlı qalım.
تَقَدَّمْتُ فِي ٱلصُّبْحِ وَصَرَخْتُ. كَلَامَكَ ٱنْتَظَرْتُ. ١٤٧ 147
Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram, Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
تَقَدَّمَتْ عَيْنَايَ ٱلْهُزُعَ، لِكَيْ أَلْهَجَ بِأَقْوَالِكَ. ١٤٨ 148
Gecə boyu gözümə yuxu getmir, Kəlamını dərindən düşünürəm.
صَوْتِيَ ٱسْتَمِعْ حَسَبَ رَحْمَتِكَ. يَارَبُّ، حَسَبَ أَحْكَامِكَ أَحْيِنِي. ١٤٩ 149
Məhəbbətinə görə mənim səsimi eşit, Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
ٱقْتَرَبَ ٱلتَّابِعُونَ ٱلرَّذِيلَةَ. عَنْ شَرِيعَتِكَ بَعُدُوا. ١٥٠ 150
Şər ardınca qaçanlar mənə yaxınlaşdılar, Onlar Sənin qanunundan uzaqlaşdılar.
قَرِيبٌ أَنْتَ يَارَبُّ، وَكُلُّ وَصَايَاكَ حَقٌّ. ١٥١ 151
Ya Rəbb, Sən mənə yaxınsan, Bütün əmrlərin həqiqətdir.
مُنْذُ زَمَانٍ عَرَفْتُ مِنْ شَهَادَاتِكَ أَنَّكَ إِلَى ٱلدَّهْرِ أَسَّسْتَهَا. ١٥٢ 152
Göstərişlərini lap əvvəldən öyrənirəm, Əbədi qalsın deyə öyüdlərini verdin.
اُنْظُرْ إِلَى ذُلِّي وَأَنْقِذْنِي، لِأَنِّي لَمْ أَنْسَ شَرِيعَتَكَ. ١٥٣ 153
Çəkdiyim əzabı gör, məni qurtar, Çünki qanununu unutmamışam.
أَحْسِنْ دَعْوَايَ. ١٥٤ 154
Münaqişəmi həll edib Özün məni azad et, Mənə kəlamına görə həyat bəxş et.
ٱلْخَلَاصُ بَعِيدٌ عَنِ ٱلْأَشْرَارِ، لِأَنَّهُمْ لَمْ يَلْتَمِسُوا فَرَائِضَكَ. ١٥٥ 155
Pislər qurtuluşdan uzaqdır, Çünki onlar Sənin qaydalarını axtarmırlar.
كَثِيرَةٌ هِيَ مَرَاحِمُكَ يَارَبُّ. حَسَبَ أَحْكَامِكَ أَحْيِنِي. ١٥٦ 156
Ya Rəbb, mərhəmətin çoxdur, Hökmlərinə görə məni yaşat.
كَثِيرُونَ مُضْطَهِدِيَّ وَمُضَايِقِيَّ، أَمَّا شَهَادَاتُكَ فَلَمْ أَمِلْ عَنْهَا. ١٥٧ 157
Düşmənlərim, məni təqib edənlər çoxdur, Lakin Sənin göstərişlərindən dönmədim.
رَأَيْتُ ٱلْغَادِرِينَ وَمَقَتُّ، لِأَنَّهُمْ لَمْ يَحْفَظُوا كَلِمَتَكَ. ١٥٨ 158
Bu xainlərə ikrahla baxıram, Çünki Sənin vədinə bağlı qalmayıblar.
ٱنْظُرْ أَنِّي أَحْبَبْتُ وَصَايَاكَ. يَارَبُّ، حَسَبَ رَحْمَتِكَ أَحْيِنِي. ١٥٩ 159
Sənin qayda-qanunlarını gör nə qədər sevirəm, Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
رَأْسُ كَلَامِكَ حَقٌّ، وَإِلَى ٱلدَّهْرِ كُلُّ أَحْكَامِ عَدْلِكَ. ١٦٠ 160
Sözlərinin mahiyyəti həqiqətdir, Bütün ədalətli hökmlərin əbədidir.
رُؤَسَاءُ ٱضْطَهَدُونِي بِلَا سَبَبٍ، وَمِنْ كَلَامِكَ جَزِعَ قَلْبِي. ١٦١ 161
Başçılar boş yerə məni təqib edir, Amma ürəyim Sənin sözlərindən qorxur.
أَبْتَهِجُ أَنَا بِكَلَامِكَ كَمَنْ وَجَدَ غَنِيمَةً وَافِرَةً. ١٦٢ 162
Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.
أَبْغَضْتُ ٱلْكَذِبَ وَكَرِهْتُهُ، أَمَّا شَرِيعَتُكَ فَأَحْبَبْتُهَا. ١٦٣ 163
Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm.
سَبْعَ مَرَّاتٍ فِي ٱلنَّهَارِ سَبَّحْتُكَ عَلَى أَحْكَامِ عَدْلِكَ. ١٦٤ 164
Ədalətli hökmlərinə görə Hər gün yeddi dəfə Sənə həmd edirəm.
سَلَامَةٌ جَزِيلَةٌ لِمُحِبِّي شَرِيعَتِكَ، وَلَيْسَ لَهُمْ مَعْثَرَةٌ. ١٦٥ 165
Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
رَجَوْتُ خَلَاصَكَ يَارَبُّ، وَوَصَايَاكَ عَمِلْتُ. ١٦٦ 166
Ya Rəbb, xilasına ümid bəsləmişəm, Əmrlərinə əməl etmişəm.
حَفِظَتْ نَفْسِي شَهَادَاتِكَ، وَأُحِبُّهَا جِدًّا. ١٦٧ 167
Göstərişlərinə ürəkdən bağlanmışam, Onları çox sevirəm!
حَفِظْتُ وَصَايَاكَ وَشَهَادَاتِكَ، لِأَنَّ كُلَّ طُرُقِي أَمَامَكَ. ١٦٨ 168
Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram, Çünki bütün yollarım Sənin hüzurundadır.
لِيَبْلُغْ صُرَاخِي إِلَيْكَ يَارَبُّ. حَسَبَ كَلَامِكَ فَهِّمْنِي. ١٦٩ 169
Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın, Mənə Öz sözünə görə ağıl ver.
لِتَدْخُلْ طِلْبَتِي إِلَى حَضْرَتِكَ. كَكَلِمَتِكَ نَجِّنِي. ١٧٠ 170
Qoy yalvarışım hüzuruna çatsın, Məni Öz kəlamınla azad et.
تُنَبِّعُ شَفَتَايَ تَسْبِيحًا إِذَا عَلَّمْتَنِي فَرَائِضَكَ. ١٧١ 171
Qoy dilimdən həmdlər tökülsün, Mənə qaydalarını öyrətmisən.
يُغَنِّي لِسَانِي بِأَقْوَالِكَ، لِأَنَّ كُلَّ وَصَايَاكَ عَدْلٌ. ١٧٢ 172
Sənin kəlamını dilim tərənnüm etsin, Çünki Sənin bütün əmrlərin ədalətlidir.
لِتَكُنْ يَدُكَ لِمَعُونَتِي، لِأَنَّنِي ٱخْتَرْتُ وَصَايَاكَ. ١٧٣ 173
Sənin əlin mənə kömək etsin, Çünki Sənin qayda-qanunlarını seçdim.
ٱشْتَقْتُ إِلَى خَلَاصِكَ يَارَبُّ، وَشَرِيعَتُكَ هِيَ لَذَّتِي. ١٧٤ 174
Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm, Qanunundan zövq alıram.
لِتَحْيَ نَفْسِي وَتُسَبِّحَكَ، وَأَحْكَامُكَ لِتُعِنِّي. ١٧٥ 175
Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum, Hökmlərin qoy mənə kömək olsun.
ضَلَلْتُ، كَشَاةٍ ضَالَّةٍ. ٱطْلُبْ عَبْدَكَ، لِأَنِّي لَمْ أَنْسَ وَصَايَاكَ. ١٧٦ 176
İtən quzu kimi azmışam, qulunu axtar, Çünki əmrlərini unutmamışam.

< اَلْمَزَامِيرُ 119 >