< إِرْمِيَا 15 >

ثُمَّ قَالَ ٱلرَّبُّ لِي: «وَإِنْ وَقَفَ مُوسَى وَصَمُوئِيلُ أَمَامِي لَا تَكُونُ نَفْسِي نَحْوَ هَذَا ٱلشَّعْبِ. اِطْرَحْهُمْ مِنْ أَمَامِي فَيَخْرُجُوا. ١ 1
Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər.
وَيَكُونُ إِذَا قَالُوا لَكَ: إِلَى أَيْنَ نَخْرُجُ؟ أَنَّكَ تَقُولُ لَهُمْ: هَكَذَا قَالَ ٱلرَّبُّ: ٱلَّذِينَ لِلْمَوْتِ فَإِلَى ٱلْمَوْتِ، وَٱلَّذِينَ لِلسَّيْفِ فَإِلَى ٱلسَّيْفِ، وَٱلَّذِينَ لِلْجُوعِ فَإِلَى ٱلْجُوعِ، وَٱلَّذِينَ لِلسَّبْيِ فَإِلَى ٱلسَّبْيِ. ٢ 2
Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir: “Vəba üçün ayrılanlar vəbaya, Qılınc üçün ayrılanlar qılınca, Aclıq üçün ayrılanlar aclığa, Sürgün üçün ayrılanlar sürgünə”.
وَأُوَكِّلُ عَلَيْهِمْ أَرْبَعَةَ أَنْوَاعٍ، يَقُولُ ٱلرَّبُّ: ٱلسَّيْفَ لِلْقَتْلِ، وَٱلْكِلَابَ لِلسَّحْبِ، وَطُيُورَ ٱلسَّمَاءِ وَوُحُوشَ ٱلْأَرْضِ لِلْأَكْلِ وَٱلْإِهْلَاكِ. ٣ 3
Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları.
وَأَدْفَعُهُمْ لِلْقَلَقِ فِي كُلِّ مَمَالِكِ ٱلْأَرْضِ مِنْ أَجْلِ مَنَسَّى بْنِ حَزَقِيَّا مَلِكِ يَهُوذَا، مِنْ أَجْلِ مَا صَنَعَ فِي أُورُشَلِيمَ. ٤ 4
Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.
فَمَنْ يَشْفُقُ عَلَيْكِ يَا أُورُشَلِيمُ، وَمَنْ يُعَزِّيكِ، وَمَنْ يَمِيلُ لِيَسْأَلَ عَنْ سَلَامَتِكِ؟ ٥ 5
Ey Yerusəlim, bəs sənə kim acıyacaq? Sənin üçün kim yas tutacaq? Halını soruşmaq üçün Kim yolundan dönüb sənin yanına gələcək?
أَنْتِ تَرَكْتِنِي، يَقُولُ ٱلرَّبُّ. إِلَى ٱلْوَرَاءِ سِرْتِ. فَأَمُدُّ يَدِي عَلَيْكِ وَأُهْلِكُكِ. مَلِلْتُ مِنَ ٱلنَّدَامَةِ. ٦ 6
Rəbb bəyan edir: “Sən Məni rədd etdin, Geri çəkildin. Mən də əlimi uzadıb səni məhv edirəm. Daha bağışlamaqdan yoruldum.
وَأُذْرِيهِمْ بِمِذْرَاةٍ فِي أَبْوَابِ ٱلْأَرْضِ. أُثْكِلُ وَأُبِيدُ شَعْبِي. لَمْ يَرْجِعُوا عَنْ طُرُقِهِمْ. ٧ 7
Onları ölkənin şəhər darvazalarında Kürəklə sovurdum, Xalqımı övladsız qoydum, Onları məhv etdim. Çünki yollarından dönmədilər.
كَثُرَتْ لِي أَرَامِلُهُمْ أَكْثَرَ مِنْ رَمْلِ ٱلْبِحَارِ. جَلَبْتُ عَلَيْهِمْ، عَلَى أُمِّ ٱلشُّبَّانِ، نَاهِبًا فِي ٱلظَّهِيرَةِ. أَوْقَعْتُ عَلَيْهَا بَغْتَةً رَعْدَةً وَرُعُبَاتٍ. ٨ 8
Mənim önümdə onların dul qadınlarının sayı Dəniz qumundan da çox oldu. Günorta çağı Cavanlarının analarını ağlar qoymaq üçün Məhv edəni gətirdim. Qəflətən onları qorxu və dəhşətə saldım.
ذَبُلَتْ وَالِدَةُ ٱلسَّبْعَةِ. أَسْلَمَتْ نَفْسَهَا. غَرَبَتْ شَمْسُهَا إِذْ بَعْدُ نَهَارٌ. خَزِيَتْ وَخَجِلَتْ. أَمَّا بَقِيَّتُهُمْ فَلِلسَّيْفِ أَدْفَعُهَا أَمَامَ أَعْدَائِهِمْ، يَقُولُ ٱلرَّبُّ». ٩ 9
Yeddi uşaq doğan qadın zəifləyib can verdi, Onun günəşi günorta çağı batdı, Utanıb alçaldı. Onlardan sağ qalanlarını Düşmənlərinin önündə Qılınca təslim edəcəyəm”» Rəbb belə bəyan edir.
وَيْلٌ لِي يَا أُمِّي لِأَنَّكِ وَلَدْتِنِي إِنْسَانَ خِصَامٍ وَإِنْسَانَ نِزَاعٍ لِكُلِّ ٱلْأَرْضِ. لَمْ أَقْرِضْ وَلَا أَقْرَضُونِي، وَكُلُّ وَاحِدٍ يَلْعَنُنِي. ١٠ 10
Vay mənim halıma! Ey anam, sən məni bütün ölkə ilə Mübahisə və dava etmək üçün doğmusan! Mən heç kəsə sələm vermədim, Heç kəs də mənə sələm vermədi. Ancaq hamı məni lənətləyir.
قَالَ ٱلرَّبُّ: «إِنِّي أَحُلُّكَ لِلْخَيْرِ. إِنِّي أَجْعَلُ ٱلْعَدُوَّ يَتَضَرَّعُ إِلَيْكَ فِي وَقْتِ ٱلشَّرِّ وَفِي وَقْتِ ٱلضِّيقِ. ١١ 11
Rəbb dedi: «Bundan sonra mütləq səni Xeyir üçün xilas edəcəyəm. Bəla və kədər vaxtı düşmənlərini Sənə yalvarmağa məcbur edəcəyəm.
«هَلْ يَكْسِرُ ٱلْحَدِيدُ ٱلْحَدِيدَ ٱلَّذِي مِنَ ٱلشِّمَالِ وَٱلنُّحَاسَ؟ ١٢ 12
Dəmiri, şimaldan gələn dəmiri və tuncu Kim qıra bilər?
ثَرْوَتُكَ وَخَزَائِنُكَ أَدْفَعُهَا لِلنَّهْبِ، لَا بِثَمَنٍ، بَلْ بِكُلِّ خَطَايَاكَ وَفِي كُلِّ تُخُومِكَ. ١٣ 13
Sənin sərvətini və xəzinələrini Qarət malı kimi başqalarına havayı verəcəyəm. Bunu ölkənin hər tərəfində Sənin günahlarından ötrü edəcəyəm.
وَأُعَبِّرُكَ مَعَ أَعْدَائِكَ فِي أَرْضٍ لَمْ تَعْرِفْهَا، لِأَنَّ نَارًا قَدْ أُشْعِلَتْ بِغَضَبِي تُوقَدُ عَلَيْكُمْ». ١٤ 14
Mən səni tanımadığın ölkədə Düşmənlərinə qul edəcəyəm. Çünki qəzəbim od tutub Sizi yandıracaq».
أَنْتَ يَارَبُّ عَرَفْتَ. ٱذْكُرْنِي وَتَعَهَّدْنِي وَٱنْتَقِمْ لِي مِنْ مُضْطَهِدِيَّ. بِطُولِ أَنَاتِكَ لَا تَأْخُذْنِي. اِعْرِفِ ٱحْتِمَالِي ٱلْعَارَ لِأَجْلِكَ. ١٥ 15
Sən bilirsən, ya Rəbb! Məni yada sal və qayğıma qal. Məni təqib edənlərdən qisasımı al, Səbirli olduğuna görə məni həlak etmə. Bil ki, Sənin üçün rüsvay oldum.
وُجِدَ كَلَامُكَ فَأَكَلْتُهُ، فَكَانَ كَلَامُكَ لِي لِلْفَرَحِ وَلِبَهْجَةِ قَلْبِي، لِأَنِّي دُعِيتُ بِٱسْمِكَ يَارَبُّ إِلَهَ ٱلْجُنُودِ. ١٦ 16
Sözlərini tapıb yedim, Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, Ey Ordular Allahı Rəbb!
لَمْ أَجْلِسْ فِي مَحْفَلِ ٱلْمَازِحِينَ مُبْتَهِجًا. مِنْ أَجْلِ يَدِكَ جَلَسْتُ وَحْدِي، لِأَنَّكَ قَدْ مَلَأْتَنِي غَضَبًا. ١٧ 17
Kef çəkənlərin məclisində oturaraq Sevinib coşmadım, Əlin üzərimdə olduğuna görə Tək-tənha oturdum. Çünki məni qəzəblə doldurmuşdun.
لِمَاذَا كَانَ وَجَعِي دَائِمًا وَجُرْحِي عَدِيمَ ٱلشِّفَاءِ، يَأْبَى أَنْ يُشْفَى؟ أَتَكُونُ لِي مِثْلَ كَاذِبٍ، مِثْلَ مِيَاهٍ غَيْرِ دَائِمَةٍ؟ ١٨ 18
Nə üçün ağrım kəsilməz, Yaram çarəsizdir, Şəfasına ümid yoxdur? Məgər mənim üçün suyu qurumuş, Etibarsız bir vadi olacaqsan?
لِذَلِكَ هَكَذَا قَالَ ٱلرَّبُّ: «إِنْ رَجَعْتَ أُرَجِّعْكَ، فَتَقِفْ أَمَامِي. وَإِذَا أَخْرَجْتَ ٱلثَّمِينَ مِنَ ٱلْمَرْذُولِ فَمِثْلَ فَمِي تَكُونُ. هُمْ يَرْجِعُونَ إِلَيْكَ وَأَنْتَ لَا تَرْجِعُ إِلَيْهِمْ. ١٩ 19
Buna görə Rəbb belə deyir: «Əgər sən tövbə etsən, Səni yenə qəbul edib xidmətimə təyin edərəm. Əgər cəfəngiyat danışmaq əvəzinə Qiymətli sözlər söyləsən, O zaman Mənim dilimlə danışacaqsan. Onlar özləri sənə tərəf dönəcək, Amma sən onlara tərəf qayıtmayacaqsan.
وَأَجْعَلُكَ لِهَذَا ٱلشَّعْبِ سُورَ نُحَاسٍ حَصِينًا، فَيُحَارِبُونَكَ وَلَا يَقْدِرُونَ عَلَيْكَ، لِأَنِّي مَعَكَ لِأُخَلِّصَكَ وَأُنْقِذَكَ، يَقُولُ ٱلرَّبُّ. ٢٠ 20
Səni bu xalq üçün Möhkəm tunc bir divar edəcəyəm. Sənə qarşı döyüşəcəklər, Ancaq qalib gələ bilməyəcəklər. Çünki Mən səninlə olacağam ki, Səni qurtarıb azad edim» Rəbb belə bəyan edir.
فَأُنْقِذُكَ مِنْ يَدِ ٱلْأَشْرَارِ وَأَفْدِيكَ مِنْ كَفِّ ٱلْعُتَاةِ». ٢١ 21
«Səni pis adamların əlindən azad edəcəyəm, Zülmkarların pəncəsindən satın alacağam».

< إِرْمِيَا 15 >