< ٢ أخبار 19 >

وَرَجَعَ يَهُوشَافَاطُ مَلِكُ يَهُوذَا إِلَى بَيْتِهِ بِسَلَامٍ إِلَى أُورُشَلِيمَ. ١ 1
Yəhuda padşahı Yehoşafat Yerusəlimə, evinə salamat qayıtdı.
وَخَرَجَ لِلِقَائِهِ يَاهُو بْنُ حَنَانِي ٱلرَّائِي وَقَالَ لِلْمَلِكِ يَهُوشَافَاطَ: «أَتُسَاعِدُ ٱلشِّرِّيرَ وَتُحِبُّ مُبْغِضِي ٱلرَّبِّ؟ فَلِذَلِكَ ٱلْغَضَبُ عَلَيْكَ مِنْ قِبَلِ ٱلرَّبِّ. ٢ 2
Xanani oğlu görücü Yehu onun önünə çıxdı və padşah Yehoşafata dedi: «Pis adama kömək etmək və Rəbbə nifrət edənləri sevmək sənə lazım idimi? Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir.
غَيْرَ أَنَّهُ وُجِدَ فِيكَ أُمُورٌ صَالِحَةٌ لِأَنَّكَ نَزَعْتَ ٱلسَّوَارِيَ مِنَ ٱلْأَرْضِ وَهَيَّأْتَ قَلْبَكَ لِطَلَبِ ٱللهِ». ٣ 3
Lakin sənin yaxşı işlərin də var: Aşera bütlərini ölkədən yox etdin və öz ürəyini Allahı axtarmaq üçün hazırladın».
وَأَقَامَ يَهُوشَافَاطُ فِي أُورُشَلِيمَ، ثُمَّ رَجَعَ وَخَرَجَ أَيْضًا بَيْنَ ٱلشَّعْبِ مِنْ بِئْرِ سَبْعٍ إِلَى جَبَلِ أَفْرَايِمَ وَرَدَّهُمْ إِلَى ٱلرَّبِّ إِلَهِ آبَائِهِمْ. ٤ 4
Yehoşafat Yerusəlimdə yaşadı. Təkrar Beer-Şevadan Efrayimin dağlıq bölgəsinə qədər xalq arasında gəzdi və onları atalarının Allahı Rəbbə tərəf döndərdi.
وَأَقَامَ قُضَاةً فِي ٱلْأَرْضِ فِي كُلِّ مُدُنِ يَهُوذَا ٱلْمُحَصَّنَةِ فِي كُلِّ مَدِينَةٍ فَمَدِينَةٍ. ٥ 5
Ölkəyə, Yəhudanın bütün qalalı şəhərlərinə hakimlər – hər şəhərə bir hakim qoydu.
وَقَالَ لِلْقُضَاةِ: «ٱنْظُرُوا مَا أَنْتُمْ فَاعِلُونَ، لِأَنَّكُمْ لَا تَقْضُونَ لِلْإِنْسَانِ بَلْ لِلرَّبِّ، وَهُوَ مَعَكُمْ فِي أَمْرِ ٱلْقَضَاءِ. ٦ 6
O, hakimlərə dedi: «Baxın ki nə edirsiniz, çünki insan üçün deyil, Rəbb üçün hakimlik edirsiniz və hakimlik işində O sizinlədir.
وَٱلْآنَ لِتَكُنْ هَيْبَةُ ٱلرَّبِّ عَلَيْكُمُ. ٱحْذَرُوا وَٱفْعَلُوا. لِأَنَّهُ لَيْسَ عِنْدَ ٱلرَّبِّ إِلَهِنَا ظُلْمٌ وَلَا مُحَابَاةٌ وَلَا ٱرْتِشَاءٌ». ٧ 7
İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur».
وَكَذَا فِي أُورُشَلِيمَ أَقَامَ يَهُوشَافَاطُ مِنَ ٱللَّاوِيِّينَ وَٱلْكَهَنَةِ وَمِنْ رُؤُوسِ آبَاءِ إِسْرَائِيلَ لِقَضَاءِ ٱلرَّبِّ وَٱلدَّعَاوِي. وَرَجَعُوا إِلَى أُورُشَلِيمَ. ٨ 8
Yehoşafat Rəbbin hakimliyinə və mübahisəli işlər üçün Yerusəlimə də bəzi Levililəri, kahinləri və İsrailin nəsil başçılarını təyin etdi. Onlar Yerusəlimə qayıdanda
وَأَمَرَهُمْ قَائِلًا: «هَكَذَا تَفْعَلُونَ بِتَقْوَى ٱلرَّبِّ بِأَمَانَةٍ وَقَلْبٍ كَامِلٍ. ٩ 9
padşah onlara əmr edib dedi: «Rəbb qorxusu ilə, sədaqətlə və bütün ürəklə belə edin:
وَفِي كُلِّ دَعْوَى تَأْتِي إِلَيْكُمْ مِنْ إِخْوَتِكُمُ ٱلسَّاكِنِينَ فِي مُدُنِهِمْ، بَيْنَ دَمٍ وَدَمٍ، بَيْنَ شَرِيعَةٍ وَوَصِيَّةٍ مِنْ جِهَةِ فَرَائِضَ أَوْ أَحْكَامٍ، حَذِّرُوهُمْ فَلَا يَأْثَمُوا إِلَى ٱلرَّبِّ فَيَكُونَ غَضَبٌ عَلَيْكُمْ وَعَلَى إِخْوَتِكُمْ. هَكَذَا ٱفْعَلُوا فَلَا تَأْثَمُوا. ١٠ 10
öz şəhərlərində yaşayan qohumlarınızdan sizə gələcək hər mübahisəli iş üçün, istər qan işi olsun, istərsə də qanun, əmr, qayda və hökm barədə olsun, onlara xəbərdarlıq edin ki, Rəbbin qarşısında təqsirkar olmasınlar və Onun qəzəbi sizin və qohumlarınızın üzərinə gəlməsin. Belə etməklə siz təqsirkar olmayacaqsınız.
وَهُوَذَا أَمَرْيَا ٱلْكَاهِنُ ٱلرَّأْسُ عَلَيْكُمْ فِي كُلِّ أُمُورِ ٱلرَّبِّ، وَزَبَدْيَا بْنُ يَشْمَعِئِيلَ ٱلرَّئِيسُ عَلَى بَيْتِ يَهُوذَا فِي كُلِّ أُمُورِ ٱلْمَلِكِ، وَٱلْعُرَفَاءُ ٱللَّاوِيُّونَ أَمَامَكُمْ. تَشَدَّدُوا وَٱفْعَلُوا، وَلْيَكُنِ ٱلرَّبُّ مَعَ ٱلصَّالِحِ». ١١ 11
Budur, Rəbbin hər işi üçün başçı kahin Amarya, padşahın hər işi üçün isə Yəhudanın qəbilə rəisi İsmail oğlu Zevadya başçınız olacaq, önünüzdə də Levililər məmur olacaq. Cəsarətlə davranın. Rəbb yaxşılıq edənlərlə olsun».

< ٢ أخبار 19 >